Ministry of education of azerbaijan republic sumgayit state university


NEFT-QAZ SƏNAYESİNİN EKOLOGİYAYA TƏSİRİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə348/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   344   345   346   347   348   349   350   351   ...   579
magistr2021 3 2

NEFT-QAZ SƏNAYESİNİN EKOLOGİYAYA TƏSİRİ 
Həbibli P.A. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
punhane.hebibli@gmail.com
 
Neft-qaz sənayesi dövlət struktorlarıyla sıx əlaqədə çalışır ki, ictimaiyyətin və işçilərin sağlamlığını və 
təhlükəsizliyini qorusun. Sənaye qaydaları xəsarətlər haqqında müasir elmi biliyə təsir edir və onları 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
294 
azaltmaq üçün texnikanı təkminləşdirir. Yeni təkminləşdirilmiş idarəetmə sistemləri neft sənayesində təkcə 
işçilər üçün deyil, həm də ekoloji təhlükəsiz baxımından da səciyyəvidir.

Bu tip təşəbbüslərə nümunə olaraq :
 
İşçiləri turş qazın toksik konsentrasiyasının təsirindən qorumaq 
üçün ixtisaslaşdırılmış qurğular və təlimlərin təqdim edilməsi;
 
Avtomatlaşdırılmış qurğular və uzaqdan 
idarəetmə sistemləri təhlükəli işin potensialını azaldır; Sınaqdan çıxmış boru müayinə alətləri, istismar 
proqramları və monitorinq sistemləri boru xəttində baş verə biləcək hadisələrin sayını azaldır.
 
Neft-qaz sənayesinin inkişafının əsas açarı bu gün quru ekosistemlərini qorumaqdır. Neft-qaz sənayesi 
tərəfindən istifadə edilən bir çox ərazilər müvvəqətidir. Seismik briqadalar davamlı araşdırmalar aparmağa 
davam edir. Ortalama olaraq quyu 20-25 il ərzində məhsul verir. Qaynaqlar tükənən də və yeni 
texnologiyalar ortaya çıxan kimi digər obyektlər fəaliyyətini dayandıracaq. Meliorasiya başa çatana qədər 
ərazilərdən milli və xarici əməliyyat şirkətləri məsuliyyət daşıyır. Yeni texnologiyalar sənayenin zərərli 
təsirlərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. İndi yeni obyektlərin dizaynı, inşaatdan istismardan 
çıxarılanadək tam dövr müddəalarını əhatə edəcəkdir.
 
Buna baxmayaraq, neft və qaz sənaye sənayesinin fəaliyyətləri hələ də ətraf mühitə, bitkilərə və vəhşi 
aləmə zərərli təsir göstərə bilər. Bu təsirlər birbaşa və dolayı xaraketr daşıyır. Birbaşa təsirlər yaşayış 
mühitini pozduqda meydana gəlir. Dolayı təsirlər isə sənayenin yolları və kəsmə xətləri yaşayış mühiti olan 
ərazilərdən keçdikdə meydana gəlir. 
 
Neft-qaz sənayesinin ən böyük ekoloji təsirlərindən biri torpaq çirklənməsidir. Neft-qaz sənaye 
sahələrinin fəaliyyət göstərdiyi Quru ərazilərə axıdılann karbohidrogenlərin böyük bir hissəsi nəticədə 
buxarlanacaq və ya təbii bakteriya təsiri ilə tükənəcəkdir. Bu proses torpağı gübrələrlə işləyərək 
təmizləməklə sürətləndirilə bilər. Qlobal neft sənayesi ənənəvi olaraq dağılmaların əksəriyyətində bu “torpaq 
əkinçilik” metodundan istifadə etmişdir. Topağın çirklənməsi ilə yanaşı və onunla eyni dərəcədə mühüm 
olan digər bir problem suyun çirklənməsidir. Bu gün neft və qaz sənayesində su ehtiyatlarının qorunması 
istiqamətdə mövcud olan texnoloji yeniliklərdən istifadə edilir. Məsələn, ölkəmizdə əsas narahatlıq Xəzər 
dənizi sularının və canlı mühitinin qorunmasıdır. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə