|
![](/i/favi32.png) Ministry of education of azerbaijan republic sumgayit state universityXƏZƏR DƏNİZİNİN QİDA ZƏNCİRİNDƏ BALIQLAR VƏ ONLARIN DƏNİZDƏ YAYILMAmagistr2021 3 2XƏZƏR DƏNİZİNİN QİDA ZƏNCİRİNDƏ BALIQLAR VƏ ONLARIN DƏNİZDƏ YAYILMA
XÜSUSİYYƏTLƏRİ
Daşdəmirova X.N.
Azərbaycan Dövlət İqtisad Universiteti
E-mail:
xanimdashdamirova@gmail.com
Xəzər dənizi planetimizin ən böyük kontinent daxili şortəhər sulu, axarsız, okeanlarla əlaqəsi
olmayan, lakin dənizlərə xas bütün əlamətlərə malik olan su hövzəsidir.Xəzər dənizinin unikal təbiəti onun
fiziki-coğrafi xüsusiyyətlərinin özünəməxsusluğu ilə əlaqədardır. Xəzər dənizinin bioloji məhsuldarlığı
başlıca olaraq onun hövzəsinin su toplayıcı sahələrində (maye, biogen və üzvi axarlar) formalaşan təbii-
iqlim faktorlarından asılıdır.
İri pelagik hevanlar (makroplankton və ixtionekton) Xəzər dənizinin ümumi qida balansında və
pelagial qruplaşmanın formalaşmasında və məskunlaşmasında mühüm rol oynayırlar. Lakin Xəzər dənizində
makroplanktonun və nektonun tərkibi, miqdarca inkişafı və vertikal miqrasiyası zəif öyrənilmişdir.
Nekton heyvanlar okeanın pelagik hissələrinin su qatlarında fəal üzərək suyun axımına müqavimət
göstərir və böyük məsafələri sərbəst qət edirlər. Nektonun növ tərkibi makroplankton kimi çox deyil.
Nektona başıayaqlı molyuskalar, balıqlar, balinakimilər, azsaylı su ilanları, bəzi suya cuman quşlar (pinqvin,
qarabattaq və s.) və kürəkayaqlılar aiddir. Xəzər dənizində balıqlardan başqa nektona xəzər tüleni və su ilanı
da daxildir.
Balıq növlərinin sayına görə Xəzər dənizi Aralıq (540 növ), Qara (180 növ) və Azov (79 növ)
dənizlərindən geridə qalır. A.N.Derjavin (1951) Xəzər dənizi üçün 78 növ, T.S.Rass (1965) - 75 növ və 17
yarımnöv, Y.A.Qazançeyev (1981) - 76 növ və 47 yarımnöv (bunların 62-si dəniz növüdür),
Y.A.Qazançeyev və V.N.Belyayeva (1989) 124 növ və yarımnöv balıq göstərmişlər. A.N.Derjavindən başqa
bütün müəlliflər Xəzər dənizinə tökülən çayların çayağzı rayonlarında yaşayan şirinsu balıqlarını da dənizin
|
|
|