Mirvarid Dilbazi
Vətən oğlu
Canında canımız,
Qanında qanımız olan oğul!
Oğullar arasında
Şəklinə baxdım neçə yol
Gözlərim işıqlandı...
Oğul qarşısında
Ana dayandı.
Dərin kamallı,
İncə xəyallı,
Böyükürəkli,
Ucaboylu,
Enlikürəkli
Dünya qarşısına çıxan mərdim!
Sənə bir çələng hörərdim
Е1 məhəbbətindən olardı çiçəkləri.
Zaman soldurmayır
Е1 qoyduğu çələngləri.
Dilbazi M. Vətən oğlu // Seçilmiş əsərləri. – Bakı: Lider, 2004. – S.60.