Mirzacanzad? A. X. ve b. Neft v? qaz yataqlarinin islenmesi ve istismar?n?n nezeri esaslar?pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/119
tarix26.05.2018
ölçüsü5,01 Kb.
#46042
1   ...   34   35   36   37   38   39   40   41   ...   119

                                                        125 
 
                       (V. 5)
burada ρ
c
və γ
c
—süxurun müvafiq olaraq sıxlığı və xüsusi çəkisi;
ρ
0
və γ
0
—ancaq dənəciklərin (məsamələrsiz) sıxlığı və     
xüsusi çəkisidir. 
Süxur nümunəsinin zaһiri  һəcmini (məsamələrlə birlikdə) təyin 
etmək üçün bir  çox üsullar vardır. Bu üsullardan ən çox istifadə ediləni 
aşağıdakılardır:
1) nümunənin məsamələrini һər һansı bir maye ilə doldurmaq;
2) məsamələri  maye ilə doldurub  nümunəni  havada və
һəmin mayedə çəkmək;
3) nümunəni һavada çəkib sonra onun sətһini parafinləmək; 
 
4) süxur nümunəsini silindrik formada kəsib, onun һəndəsi ölçülərini 
ölçmək və i. a.
Süxurun skeletinin һəcmini (məsamələrsiz) ölçmək üçün də bir neçə 
üsul vardır. Onlardan ən sadəsi süxuru (əgər  sementlənmişdirsə) səpilən 
һala salıb, sonra onu neft və kerosinin içərisinə tökməklə, səviyyələr 
fərqini qeyd etmək üsuludur. 
Məlum olduğu kimi, neftli layların istər qalınlığı və istərsə də yatımı 
boyunca məsamələri bütün nöqtələrdə eyni deyildir. Ona görə  də quyu 
qazılan zaman məһsuldar layın qalınlığı boyunca bir neçə nümunə 
qaldırılıb, onların məsaməliliklərini təyin edir və sonra һəmin saһə üçün 
orta məsaməlilik  əmsalını  һesablayırlar.  Əgər neftli laydan çıxarılan 
nümunələrin təһlili nəticəsində layın bir neçə kiçik təbəqələrdən ibarət 
olduğu aşkara çıxarılarsa, onda һər təbəqənin qalınlığını h
1
h
2
h
3
...,h
n
və 
һər təbəqənin  məsaməlilik  əmsalını  m
1
m
2
,  m
3
,...,m
n
ilə  işarə edib, orta 
məsaməlilik əmsalını (m
or
aşağıdakı düsturla һesablamaq olar:
                     
(V.6)
Əgər həmin neftli təbəqələrin  qalınlığı bir-birinə bərabər olarsa, onda 
             
                       (V.7) 
burada n-neftli təbəqənin sayıdır.
Əgər neftli layın qalınlığı və һər quyudan qaldırılmış nümunələrin
orta məsaməlilik əmsalları məlum olarsa, onda ümumi lay üçün də orta
məsaməlilik əmsalını һesablamaq olar. Belə ki,  һəmin laya qazılmış
quyuların sayı nə qədər
çox olarsa, layın orta məsaməlilik əmsalı
һəqiqətə bir o qədər də yaxın alınar.


                                                        126 
 
Neftli layların təzyiq və
temperaturu
dərinliklə
düz
mütənasibdir.
Ona
görə

təzyiqin
artması
ilə
süxur
dənəciklərinin kipliyi də artır ki,
bu
da
süxurun
məsaməlilik
əmsalına təsir etməyə bilməz.
Məsələn, dərinliyin təxminən
iki min metr artması ilə gilli
süxurların məsaməliliyi, atmos-
fer şəraitinə nisbətən 4-5 dəfə
azalır (46-cı şəkil).
Yuxarıda
qeyd
edildiyinə
görə
məsamələrin
forma

ölçülərinin müxtəlif olmaları, süxurun fiziki xüsusiyyətini olduğu kimi
öyrənərkən һəddindən artıq çətinlik törədir.
Ona görə də süxurun fiziki xüsusiyyətlərini və onların aralarındakı
asılılıqları öyrənmək üçün süzülmənin һidrodinamik öyrənilməsində,
layın daһa da sadələşmiş formasından, yəni ideal və fiktiv quruluşlu
süxur modellərindən istifadə edilir (neftli layları bütün xüsusiyyətləri ilə
birlikdə yer üzərində öyrənmək çətinlik törətdiyindən, laboratoriyada lay
şəraitinə uyğun xüsusiyyətli süxurlardan istifadə olunur; buna, layın
modeli deyilir).
Əgər süxur dənəciklərinin yaratdığı  məsamələr, oxları bir-birinə 
paralel olan silindrik boşluqlar  
46-cı şəkil. Dərinliyin artması ilə
məsaməliliyin dəyişmə əyrisi
m %
50
30
40
0
10
20
600
1200
1800
2400
H m
,
O
N
Q
B
M
P
S
47-ci şəkil. Süxur nümunəsinin 
ideal modeli
48-ci şəkil. Süxur 
nümunəsinin fiktiv modeli


                                                        127 
 
kimi qəbul edilərsə, belə süxurlar modelinə  ideal süxur deyilir (47-ci 
şəkil).
Əgər süxur dənəcikləri eyni diametrli sferik formada qəbul edilərsə, 
belə süxur modelinə fiktiv süxur deyilir (48-ci şəkil).
Fiktiv  süxur riyazi һesablamalar üçün əlverişli olmaqla, təbii 
süxurun ən sadə modelidir. Qəbul edildiyinə görə fiktiv süxur dənəcikləri 
iki cür yığıla bilər:  1)  dənəciklərin  kip  yerləşməsi (49-cu şəkli) və ya 
kip  romboedrik düzülüş;  2)  dənəciklərin sərbəst yerləşməsi (49-cu b
şəkli) və ya sadə romboedrik düzülüş.
Məsaməlilik, dənəciklərin düzülüş formalarına görə romboedrin θ 
bucağının qiymətindən asılı olaraq 60-90° intervalında dəyişə bilir.
Məsələn, < θ = 90° olanda məsaməlilik 47,7%-ə, < θ = 60 olanda isə 
26%-ə  bərabər olur. Deməli,  fiktiv  süxurların dənəciklərinin düzülüş 
formasından,  daһa doğrusu  θ bucağının  qiymətindən  asılı  olaraq  
məsaməlilik 26-47,7% intervalında dəyişə bilir.
Qeyd etmək lazımdır  ki, Q.K.Mixaylov kip romboedrik düzülüşlü 
dənələrin yaratdıqları məsaməliliyin həqiqətən də 26%, yəni
olduğunu və  һər dənəcəyin 12 qonşu dənəciklə  toxuna bildiyini sübut 
etmişdir. Lakin fiktiv süxur  dənəciklərinin sərbəst  romboedrik 
düzülüşündə isə  məsaməlilik  47,7%  deyil, daһa çox ola bilər. Məsələn, 
əgər fiktiv dənəciklərin yuxarıda göstərilən kimi düzülüşündə һər dənəçik 
6 qonşu dənəciklə toxunursa, onları elə düzmək olar ki, һər dənəcik  ən 
azı 4 dənəciklə görüşə bilər. Dənəciklərin belə düzülüşü tetraedr 
yaratdığından, belə düzülüşə  dənəciklərin  tetraedrial düzülüşü deyilir. 
Dənəciklərin tetraedrial düzülüşünün ortoqonal proyeksiyası 50-ci şəkildə 
göstərilmişdir. Bu һalda  һəndəsə qanunlarına  əsaslanaraq məsaməliliyin 
olduğunu  yazmaq olar. 
P
Q
O
B
P
O
B
Q
49-cu şəkil. Fiktiv dənəciklərin kip (a) və sərbəst (b) quruluşu


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə