83
Mirzə Ələkbər Sabir
ƏL’ƏMAN, SƏRKƏŞ OLUB...
Əl’əman, sərkəş olub, gündə bir əhvale düşən dövri-qəzanın bu dilazar cəfa kar,
müxalif əməlindən ki, yaxıb aləmi narə, qoyub avarə, xüsusən mənibiçarə ki lıəmvarə
yanıb ney kimi odlarə, belə cuşü xüruş eyləyirəm, sanki səmavarə dönən qəlbimə
minlərcə şərarə vurulub, əşki-tərim cari olur kaseyi-çeşmimdən, aman bari xudaya, bu nə
suziş ki, düşüb cismi-nəzarə, dili-zarə, kim edər dərdimə çarə ki, gəlib ərsəyə tazə oxumuş
bir neçə parə ürəfavü üdəbalər ki, qoyub bid'ətə elm adını, tərğib və təhris eləyirlər bizi ol
əmri-şəniə, yenə bunlar nə desə eyb eləməz çünki gedib elm oxuyub, kursu təmam
eyləyib, az-çox nə ola kəsbi-məratib də ediblər; a kişi, təngə gətirdi məni, vallahi, bu
naqqal şüəralər, hədərəndən-pədə- rəndən, nə bilim, boymadərəndən, necə sərsəm
danışırlar, nə iş olsa qarışırlar necə eyb axtanşırlar, necə gör yoldan azırlar, nə görürlərsə
yazırlar, necə hörmətli «qərib» olsa da fövrən tanışırlar; qulağım batdı, nə çox-çox
danışırlar, bu nə məktəb, nə məkatib, nə məratib, bizə bunlar nə münasib, əcəba, cəddlə
əcdadımızın irsi olub bizlərə mirasi-həqiqi, qalan adatü əlamat ilə ə’malımızı, halımızı,
cümlə bu əf alımızı şe’rlə təğyir və təbdil eləmək fikri-şəniində olub, bizləri hər bid’ətə
iğfal ilə iysal eləyirlər ki, apar oğlunu ver uşqola mollasına, əyləş balanın yasına, bax
bircə, sən Allah, buların verdiyi fitvasına: yə’ni öz əlinlə elə övladını bir rus; səd əfsus ki,
bir pak və pakizə müsəlman balası xarici övladı kimi şapqa qoyub, iştot-miştot oxuyub,
axırı bir doktor olub, millətiislamdə dərdə düşənə aptekanın nisfi çaxır, nisfi su əczalannı
çarə bilib, mö mini-dindarın edə qarnını murdar, və- halonki gözü sürməli, saqqalı hənalı,
əli təsbihli, Allah qulu, peyğəmbərimiz ümməti, könlündə tərəhhüm kök atıb rişə salan,
bir kəsə əslən, əbədən bircə xəyanət eləmək bilməyib, ömründə xərid ilə furuşi düz olub,
mişk əvəzi müştəriyə rübbi-biyan verməyən ol həzrətihacül-hərəmeynin gözəl əttar
dükanında ki, hərgiz də siçan həndəvərindən ötüşüb fəzlə sala bilmədiyi ağzı qapaqsız
qutularda ki, on ildən bəri saxlanmaq ilə ətri də, tə’siri də artmaqda olub, naxoşu hər dərdü
mərəzdən qutanb, qüssədən azad eləyən rişeyi-xətmi, küli-balunə, sənaimərməki, ya
həbbi-səlatin, zəkərək, behməni-piç ilə həlilə və bəlilə qala, ey vay!..
Alan olmaya əzvay,
Gedə qış, gələ həm yay,
Ötə il, dolana ay,
Sata bilməyə mumyay,
İş oldu bu da, hay-hay!..
84
Hophopnamə
1907
EYLƏ BİLİRDİM Kİ,...
Eylə bilirdim ki, dəxi sübh olub,
Mürği-səhər tək bir ağız banladım.
Səng şikəst eylədi balü pərim,
Banlamağın hasilini anladım.
Övci-fəzadə görərək bayquşu
Səhndə qaqqıllayıram indi mən.
Bir də məni vurma, aman, səngdil!
Rəhm elə, nıqqıllayıram indi mən.
Ay çalağanlar, məni qorxuzmayın,
Mən sizə tərk eyləmişəm İanəni!
Seyr eləyiz, övci-həvada uçuz.
Mən də gəzim səhnəçeyi-xanəni.
Ağlamayın, ağlamayın, cücələr,
Banlamaram, banlamaram bir daha!
Banlamamaqdır sizə əhdim mənim.
Söyləmirəm: anlamaram bir daha!..
EY FƏLƏK, ZÜLMÜN ƏYANDIR...
Ey fələk, zülmün ə’yandır, bu necə dövri-zəmandır ki, işim ahü fəğandır, məni
yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu
yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd bəhəmlər, ürəyim
indi vərəmlər, qəzetə, jurnala bu küfrşiyəmlər necə cür ətlə rəqəmlər yazıb, islamə
sitəmlər eləyirlər ki, gərək aləmiislamdə. hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər saçılıb,
məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir
olalar, başdan-ayağə geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyibid’ət, oxuyub
nəhvlə hikmət, alalar dərsitəbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət,
bata iffət... aman, ey vah! Ay Allah! Bu qövm oldu nə gümrah! Bu nə şiveyi-ikrah! Bu nə
zümreyibədxah! Salıb aləmə pərxaş, bular lal ola ey kaş, düşə başlarına daş! Xudaya, bu
nə güftar, nə rəftar, nə murdar, nə biar, fəna karə bizi sövq eləmək fikrinə amadə olublar!
Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don
yamamaq, səhnü səranı süpürüb, kasəni, qabı üfürüb, küftə, kələm dolması, mət halvası,
ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları da
bilməsə eyb eyləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məs ələni bilməyidir,
85
Mirzə Ələkbər Sabir
bilsə olur əmrə kifayət: biri oldur ki, gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya
çımxıra bilsin ki, ona söz deməyə etmiyə bir kimsə də cür’ət, biri də qaym ii
ə
sahibi
mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən
qazanılmış bu qədər mehrü məhəbbət ola təbdili-ədavət; biri, həm axın ən ümdəsi
damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək sə’y edə övrət, nə qədər
faidəsi var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət anası
söyləsə bu adları filfovr edər övladını rahət və qalar əqli səlamət, başı çəkməz də
məlamət...
Budur aləmi-nisvan!
Budur hali-müsəlman!
Gərəkdir edə məhdud
Öz övladını insan!
Sən, əmma, hələ qanma!
İnanmırsan, inanma!
Fərəhlən əməlindən,
Utanmırsan, utanma!..
NOLUR ŞİRİNMƏZAQ ETSƏ MƏNİ...
Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət,
Yesəm bir löqmə ondan, söyləsəm oxqay, hürriyyət!
De, xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında
Töküblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət;
Yığıb da doldururlar kisə-kisə, bağlanır möhkəm,
Urullar təllə, dağdan da aşır balayi-hürriyyət.
Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın,
Dedim, yaran, nolur versəz mənə bir payi-hürriyyət!
Sözüm xoş gəlməyib təhvildarə, söylədi: «Güm şo!
Bədəsti kütəh əz nəxl məcu xurmayi-hürriyyət?
Nəmidani ki, in dilbər bu gün məxsusi İranəst,
Tu xud naməhrəmi bər şahidi-zibayi-hürriyyət?»*
* Rədd ol, bu qısa əl ilə
İrana məxsusdur? Sən
xurma ağacından hürriyyət xurması dərə bilməzsən. Bilmirsənmi ki, bu gözəl bu gün
isə hürriyyətin gözəl dilbərinə naməhrəmsən.
Dostları ilə paylaş: |