M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə1/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   197
Ali mekteb pedaqogikasi-kitab



M.İSMİXANOV, H.BAYRAMOV, S.VƏLİYEVA 
 
 
 
 
 
 
 
 
 
 
ALİ MƏKTƏB  
PEDAQOGİKASI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2019 


 
 

M.A.İSMİXANOV, H.B.BAYRAMOV, S.V.VƏLİYEVA 
 
 
 
 
 
 
 
 
 
ALİ MƏKTƏB PEDAQOGİKASI 
Dərs vəsaiti 
Yenidən işlənmiş ikinci nəşri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2019 


 
 

Elmi redaktor:
  
 prof. H.Ə.Əlizadə 
 
Rəyçilər:
 
 
prof. L.N.Qasımova 
prof. R.L.Hüseynzadə 
dos. R.S.Əliyev 
 
 
 
p.ü.f.d. L.A.Əliyeva 
 
 
 
İsmixanov  M.A.,  Bayramov  H.B.,  Vəliyeva  S.V.  Ali 
məktəb  pedaqogikası.  Dərs  vəsaiti.
  Bakı:  ADPU  nəşriyyatı, 
2019, 240 s. 
 
Dərs  vəsaitində  ali  məktəb  pedaqogikasının  əsas  problemləri 
şərh  olunur.  Burada  ali  məktəbdə  pedaqoji  prosesin  və  yüksək  ixti-
saslı  mütəxəssis  hazırlığının  elmi  əsasda  təşkili  və  idarə  olunması 
məsələləri  öz  əksini  tapmışdır.  Dərs  vəsaiti  ali  məktəbdə  elmi-pe-
daqoji fəaliyyətə hazırlanan magistrant və doktorantlar üçün nəzərdə 
tutulmuşdur.  Ondan  müvafiq  kursu  tədris  edən  ali  məktəb  müəl-
limləri, habelə təhsil işçiləri də istifadə edə bilərlər. 
 
 
D
ərs  vəsaiti 
Азярбайъан  Республикасы  Тящсил 
nазиринин  08  dekabr  2011-ci  ил  тарихли  1108  n
ömrəli 
ямриnя 
əsasən Odlar Yurdu Universitetinin qərarı ilə 
təsdiq edilmişdir

 
 
 
 
 
          
           
    
 
 
 
©ADPU nəşriyyatı, 2019 


 
 

GİRİŞ
 
 
Ali  məktəb  pedaqogikası,  pedaqogikanın  bir  qolu  kimi, 
elmi biliklər sistemində nisbətən gənc sahədir. O, ümumi peda-
qogikadan  təxminən  XX  əsrin  ortalarında  ayrılmış,  müstəqil 
elm  kimi  formalaşmağa  başlamış,  inkişaf  edən  cəmiyyətin 
tələbatı kimi meydana gəlmişdir. Cəmiyyət inkişaf etdikcə yük-
sək  ixtisaslı  kadrlara,  müstəqil  və  yaradıcı  düşünən  mütəxəs-
sislərə ehtiyac duyur. Bunsuz ictimai həyatın heç bir sahəsində 
irəliləmək mümkün deyildir. 
Bütün  dünyada  olduğu  kimi,  respublikamızda  da  müasir 
elmi-texniki tərəqqinin tələblərinə cavab verən  mütəxəssislərin 
hazırlanmasına böyük diqqət yetirilir. Ali təhsildə ciddi islahat-
lar aparılır, dünya təhsilinə inteqrasiya prosesi gedir. Bu sahədə 
ali  məktəb  pedaqogikası  da  mühüm  rol  oynayır.  Ali  məktəb 
pedaqogikası müasir ali məktəbdə pedaqoji prosesin və yüksək 
ixtisaslı  mütəxəssis  hazırlığının  elmi  əsasda  təşkili  və  idarə 
olunması məsələlərini tədqiq edir. 
Ali  məktəb  pedaqogikası  bir  çox  cəhətdən  orta  məktəb 
pedaqogikasından  fərqlənir.  Bu  fərq  onun  tədqiqat  obyekti  və 
predmetində,  təlim  və  tərbiyənin  məzmunu,  vasitə,  metod  və 
formalarında,  tədris  prosesinin  elmlə  inteqrasiyasında,  tədrisin 
mütəxəssis  hazırlığına  yönəlməsində,  habelə  müəllimin  işinin 
xarakterində,  ali  məktəbin  idarə  olunmasında  özünü  göstərir. 
Bu xüsusiyyətlərə uyğun olaraq ali məktəbdə pedaqoji prosesi, 
orta məktəbdən fərqli yeni əsaslarda qurmaq lazım gəlir. 
Təqdim olunan vəsait ali məktəb pedaqogikasının özünə-
məxsus cəhətlərinin, əsas problemlərinin şərhinə həsr olunmuş-
dur.  Onun  tərtibində  Bakı  Dövlət  Universitetinin  pedaqogika 
kafedrasında  işlənib  hazırlanmış  müvafiq  proqram  əsas  götü-
rülmüşdür.  Vəsait  hazırlanarkən  Azərbaycan  və  rus  dillərində 
mövcud dərslik və dərs vəsaitlərindən istifadə edilmiş, müəllif-
lərin  BDU-nun  magistraturasında  oxuduğu  mühazirə  material-
ları əsas götürülmüşdür. 
Vəsait haqqında öz rəy və mülahizələrini, tənqidi qeydlə-
rini  bildirən  oxuculara  qabaqcadan  öz  minnətdarlığımızı  bildi-
ririk. 


 
 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə