Mm-dən mühazirələrin kanspekti


Kimyəvi silahların tətbiq vasitələri



Yüklə 6,07 Mb.
səhifə29/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   122
Mülki müdafiə

Kimyəvi silahların tətbiq vasitələri aşağıdakılardır:

- kimyəvi raketlər;

- reaktiv qurğular;

- kimyəvi reaktiv və artilleriya mərmi və minaları;

- kimyəvi aviasiya bombaları və kassetləri;

- kimyəvi fuqaslar;

- qranatlar;

- zəhərli tüstü bombaları və aerozol generatorları;

- püskürdücü aviasiya cihazları və s.

Partladıc­­ının tipindən asılı olaraq kimyəvi aviasiya bom­ba­la­rı zərbə və məsafədən təsir növlərinə bölünür. Birincilər torpağa və ya digər maneələrə toxunduqda partlayır, ikincilər müəyyən hü­ndürlükdə havada partlayır.

Az kalibrli bombalara kassetlərdə tətbiq olunur. Kim­yə­vi avia­bombalar davamlı və davamsız ZM doldurulur. Davamsız ZM dol­du­­rulmuş bombalar insanların və havanın zəhərlənməsi üçün nəzərdə tu­tulmuşdur, onları zərbə təsirli partlayıcılarla tətbiq edir­lər.

Davamsız ZM bombaları böyük kalibrli olur və partlayış anında zəhərləyici maddələrin böyük konsentrasiyaları iri sahəli əraziləri zədələyir.

Davamlı ZM doldurulmuş bombalar insanların, ərazinin və obyektlərin zədələnməsi üçün nəzərdə tutulur.

Püskürdücü aviasiya cihazları nazik divarlı metaldan hazır­lan­mış rasional rezervuar olub, tutumu bir neçə yüz litrə qədərdir. Rezervuarlara maye halında ZM doldurulur, tətbiq edilərkən dam­cı-maye halında torpağa çökür, həmin ərazidə fərdi mühafizə va­si­tə­si olmayan və sığınacaqlardan kənarda olan insanları zəhərləyir.

Döyüş məqsədilə tətbiq edilən an ZM buxar, aerozol və ha­va-damcı halında olur. Buxar və kiçik dispers aerozol (toz, du­man) formasında olan ZM havanın yerə yaxın qatının zədələnməsi üçün istifadə edilir. Kimyəvi döyüş sursatının tətbiqi zamanı əmə­lə gələn buxar və aerozol buludu birincili zəhərli hava buludu ad­la­nır. Torpağa düşən ZM-in buxarlanması nəticəsində əmələ gələn bu­xar buludu ikincili bulud adlanıır. Buxar və kiçik dispers aero­zol halında olan və küləklə müəyyən məsafəyə qədər aparılan ZM nəin­ki tətbiqi sahədəki canlıları, hətta uzaq məsafədəkiləri belə zədələyir. ZM yayılma dərinliyi açıq ərazilərə nisbətən meşəlik əra­zidə 1,5-3 dəfə azdır. Vadilərdə, dərələrdə, meşə və kolluq əra­zi­lərdə ZM çöküb uzun müddətə qala bilər və ya yayılma istiqa­mə­tini dəyişə bilər.

Şəkil 2.24. Kimyəvi silahlarla iş prosesi



Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə