258
xəncərlə yanaqlarını, əl və ayaqlarını çərtib qan axıdırlar. Çox vaxt
kişilərin lüt – üryan halda bir – birilə və ya dəstə - dəstəylə
qəbiristan yaxınlığındakı meydanda qılınclarla döyüşmələri kimi çox
eybəcər və murdar səhnələr olur. Böyük – böyük dəstələr bir – birilə
ötüşür və güləşir, sonra da pozğunluğa və ya at çapmağa girişirdilər.
Kimsə ağlayıb ulayırdı, kimsə də şeytan kimi özündən çıxırdı. Onlar
dilxoşluq edir, oynayır, rəqs edir və eybəcər işlərlə məşğul olub
murdarlığa qərq olurdular, çünki Xaliqin nurundan məhrum idilər.
Onlar oda və suya qurbanlar gətirir, naməlum yollar ilahəsinə, aya və
onların gözlərinə təəccüblü görünən bütün məxluqa sitayiş edirdilər.
Şəhvətli həvəslərinə uyaraq, öz vəhşi bütpərəst adətlərinə görə
atalarının arvadlarını, ya iki qardaş bir arvadı və ya bir neçə arvad
alırdılar. Müxtəlif eybəcər adətlərin və xurafatların çoxluğuna
baxmayaraq, onlar Ədalət Günəşini görməyi, dərk etməyi bilmirdilər.
İsrail hunların belə çirkin bütpərəst qanunlarına meylini
görəndə o, gecə - gündüz Allaha dua edib yalvardı ki, o, bu ölkəni
belə şeylərdən xilas etsin və onun özünə bunları xaçpərəstliyə
çevirmək üçün yol göstərsin. Onun göstərişi ilə ibadət vaxtı təyin
olundu ki, hunların bütün əyan və başqa nümayəndələri kilsəyə
yığışıb ilahi vəsiyyətlərə qulaq assınlar. Allah evinə gələn hunların
knyazı və camaatı yepiskopun sözlərini eşitməyə hazır idilər. Onlar
bir – birinə deyirdi: “ Gəlin ondan təskinlik verən sözlər eşidək,
çünki o,Müqəddəs Ruhun vəsiyyətlərini dünyaya yayan müqəddəs
xaçpərəst dininin təliminin təbliğatçısıdır”. Onların dinləməyə hazır
259
olduqlarını görən İsrail öz alimliyi və müdrikliyilə belə başladı:”
Övladlarım, xaçpərəstliyə dönün və Allaha inanın ki, O, mərhəmətə
gəlib sizə varlıq bağışlasın. Çünki O, Rəbbimiz və hər şeyin
Xaliqidir. Bu andan öz murdar inamlarınızı atın və xaliq olunana
daha ibadət etməyin, çünki bütün bunlar Şeytandan gəlir və insan
ruhunu korlayır. Heç kəs Allahın və Şeytanın badəsindən bir anda içə
bilməz və Allah – təalanın süfrəsindən dadan, eyni zamanda,
Şeytanın masasından yeyə bilməz. Qoy Allah sizin günahlarınızı,
istər şüurlusu olsun, istər şüursuzu, bağışlasın və qoy o sizi idrak
sobasına daxil etdirib sizi ədalətli cəzaya məhkum etsin. Bütün
kainatı Allahın aləmində nurlandıran, cahilliyə, nadanlığa qərq olmuş
bütpərəst xalqları zülmətdən çıxaran və onlara həqiqi dinin nurunu
gətirən Allah – təala sizi də Öz işıqsaçan mərhəmətilə aydınlığa
gətirər. Təki siz tərəddüd etmədən Allaha öz çevirəsiniz və möhkəm
iradənizlə Allah Oğlunun şərəfli adına müraciət edəsiniz. Müqəddəs
Üç Uqnuma inanın, etiqad edin! Çünki cisimsiz qoşunlar da tərifedici
səsləri ilə üçqat təkrar edirlər: “ Əziz, pak və müqəddəs Rəbb! Bütün
yer üzü Onun şərəfi ilə doludur!”
1
Məgər əvvəllər müqəddəs
havarilərin və şəhid Qriqorinin bizə vəsiyyət etdikləri İlahinin üçlük
vəhdətini – Ata Özünüdən, Oğul Atasından və Müqəddəs Ruh
onların varlığından – görmürsünüzmü? Bütün yer üzü Onun şərəfi
ilədoludur, yəni Xilaskarın sözü ilə bu Çarlığın İncili bütün aləmdə
1
İncil. İsayyanın kitabı, VI, 3.
260
təbliğ olunacaq”.
1
Və bütün bütpərəstlərə məlumdur ki, İncil bütün
dünyaya yayılmışdır. Zəburun ayəsində deyildiyi kimi O, dünyanı
əhatə etmişdir: “ Onun səsi bütün yer üzündə eşidilir və onların
sözləri də kainatın hüdudlarına qədər çatır”.
2
Başqa bir havari də
deyir: “ Çünki yer üzü sular dənizi dolduran kimi Allahın biliciliyi ilə
doldurulub”.
3
Və bu gün biz gördük ki, Allahın kəlamı üzərinizdə hakim
olur və yayılıb ürəklərimizin zəmilərində bar verir. Mahir
əkinçinlərin əməyi sayəsində toxum bol məhsul gətirib: dənin birisi –
yüzqat, birisi – altımışqat, birisi də - otuzqat.
4
Əgər sizin zəmiləriniz bu qədər məhsuldardırsa, onda nə üçün
siz ölümgətirən quşa icazə verirsiniz ki, o sizin ağlınızın pak və
çiçəklənən zəmisinə qonsun? Məgər siz bilmirsinizmi, bizim ulu
atamız Adəm məhz buna görə Cənnətdən qovulub, kollu və
dəvətikanlı torpağa varis olmuşdur? Bu barədə havari də deyir.
5
Qanunpozan knyaz Allah olmaq istəyəndə o, əlini uzadıb
bütün insanları bir – birinə günahla bağladı və Allahın xaliq olan
birinci insanına həsədindən onu itaətsizliklə qızışdırıb Adəmin
oğlunu xaincəsinə təhrik etdi ki, o, öz qardaşını öldürsün. Və bu
qətlin sayəsində o və onun bədbəxt nəsli bütün cismi günahların,
şübhələrin və lənətlər toxumlarının valideynlərinə çevrildilər və bu
1
İncil. Matfeydən, XXIV, 14.
2
İncil. Zəbur, XXVIII, 5.
3
İncil. İsayyanın kitabı, XI, 9.
4
İncil. Markdan, IV, 8, 20.
5
İncil. Pavelin romalılara risaləsi, I, 21və sonrakı, V, 1 və ardı.
261
barədə İncildə deyilib:
“ Və Lameh özünə iki arvad aldı”
1
Lamehin oğlu İuval isə
mahnılar yaradır, santur, boru, arfa, təbl və başqa səs doğuran musiqi
alətləri düzəldib,
2
bunların vasitəsilə bütpərəstliyə dəvət və zina
ehtirasına təhrik edirdi.
Navuxodonosor da metal alətlərin azğın səsləri ilə camaatı
çağırıb, qızıldan tökülmüş nəhəng bütə bütün öz bayramlarında
sitayiş edib qurban kəsməyə məcbur edəndə məhz bununla məşğul
idi.
3
Məgər Şeytana sitayiş edən Adəm oğlunun hədsiz şərhini
görmürsünüz? Qətl Şeytandan əmələ gələn kimi, ikiarvadlılıq və
musiqi alətlərinin icadı da həmin azdıran Şeytanın təhrikindən doğur.
Beləliklə də, Adəm oğlunun nəsilləri zinaya və pozğun işlərə qərq
olub lənətə gəlmiş Sifin qəbiləsinin qızları ilə qarışdılar. Və xoş
vədlərin yerinə Allah – təala onları cəzalandırmaq üçün üzərlərinə
Tufanı və ümumdünya qırğını göndərdi. Yalnız təkcə Nuh bütün
qəbiləsindən mömin və müqəddəs olduğu üçün Allahın buyruğu ilə
öz ailəsiylə birlikdə bu cəzadan - Tufandan xilas olundu. Beləliklə,
hörmətə və mükafata yalnız inam və qüdsiyyət layiq görüldü.
Kənan da deyilənə görə
4
, Nuhu lağa qoyan Xamın
həyasızlığına görə
5
lənətləmişdi: “ Kənan lənətlənib; o, qardaşlarının
1
İncil. Kövn, IV, 19
.
2
Yenə orada. IV, 21.
3
Bax: İncil. Daniyalın kitabı, III, 1-7.
4
Bax: İncil. Kövn, IX, 18.
5
Yenə orada. IX, 25.
Dostları ilə paylaş: |