Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə80/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   77   78   79   80   81   82   83   84   85

333

yerinə  dəyləmilər adlanan başqa bir xalq gəldi. Onların Salar

adlanan tanınmış rəhbərləri öz hakimiyyətini uzaqlara yayaraq

Albaniyanı, İranı və Erməniyyəni zəbt etdi. Bərdəyə gələrək şəhəri

öz əlinə aldı.

110


Elə həmin vaxt şimaldan Ruzik adlanan əcaib və yabançı

xalqın üç minə qədər nümayəndəsi tufan kimi geniş Xəzər dənizini

aşaraq qəflətən Albaniya paytaxtı olan Bərdəyə çatdılar və  şəhər də

onlara heç bir müqavimət göstərə bilmədi. Onlar əhalini qılıncdan

keçirərək istədikləri var – dövləti mənimsədilər. Saların özü onları

mühasirə etdi, lakin heç bir ziyan gətirə bilmədi, çünki onlar güclü və

yenilməz idilər. Şəhər qadınları hiylə işlədib Ruziklərə ölüm

piyaləsindən içirtmək istədilər, lakin onlar xəyanətdən xəbərdar olub

qadınlarla uşaqları amansızcasına məhv etdilər.

Altı ay Bərdədə qaldıqdan sonra onlar şəhəri dağıdıb

boşaltdılar və hamıdan gizli böyük və müxtəlif qənimətlə öz

ölkələrinə qayıtdılar.



ON DOQQUZUNCU FƏSİL

Albaniya hökmdarlarının adlar siyahısının qısa

təkrarı

 Biz dürüst bilirik ki, Mehranilər sülaləsinin nümayəndələri

erməni arvadlarını alaraq qohum olub bir yerdə  Şərq ölkəsini idarə



334

edirdilər.

Biz yuxarıda qeyd etdik ki

112


, Albaniyada Cəsur Vaçaqandan

Mömin Vaçaqana qədər on çar olub. Onlardan təkcə Mömin Vaçaqan

Şərq ölkəsində ildə olan günlər miqdarında kilsə tikdirib. Onun

vəfatından sonra nəsilləri zəiflədi. İrandan Sasani nəslinin bir qolu

olan Mehranilər gəlib Albaniya knyazları arasında yer tutdular.

Onların atadan oğula adları budur:

 Mehr, Armayel, Vard, İgid Vardan (İsaya inanan yox,

Girdıman qalasını saldıran), onun oğlu Vard. Vard Albaniyanın

birinci knyazını, Varaz – Qriqoru dünyaya gətirdi. Varaz – Qriqor

dünyaya dörd oğul gətirdi. Varaz – Peroju, Cavanşiri, Yezad –

Xosrovu və Varazmanı.

113


 Onların nəsillərindən biz yalnız

ermənilərə tanış olan böyük oğulların adlarını çəkəcəyik. Bunlar

aşağıdakılardır: Varaz – Peroj

114


, Varaz – Tiridat

115


, Vardan

116


,

Amansız Hersehdir ki, dindar adamların saçlarını dartıb ayaqlarına

buxov saladırdı və buna görə də çoxları istidən və təngnəfəslikdən

ölürdü. Elə bu niyyətlə də Nerseh xaçın kəndindən keçərək Suriyaya

getdi. Bazar günü idi. O, öz yoldaşlarından ayrılıb təkbaşına

müqəddəs xaça xidmət edən keşiş Simeonun yanına getdi və adını

gizlədərək başqaları ilə birlikdə ibadətdə oldu. Lakin xoşbəxt Simeon

ona müraciət edərək dedi: “ Sən kimsən? Allah sənin mürtəd

olduğunu mənə açdı. İndi də sənin oğulların sənin görünməmiş və

eşidilməmiş cinayətlərinin əsasını  əllərinə alıb təqib olunanların

canlarını almaq niyyətindədirlər. Məgər sən Suriyaya gedən və Şərq



335

ölkəsində kilsəslərə ziyan verdiyin kimi oranı da bədnam etmək

fikrində olan Nerseh deyilsənmi? Budur, sən o ölkəyə getmək

istəyirsən, lakin sən daha heç zaman öz atalarının vətənini açıq

gözlərinlə görə bilməyəcəksən!”

Nerseh keşişin ayaqlarına yıxıldı, lakin heç bir cavab ala

bilməyib təkbaşına yoluna davam etdi. Orada, keşiş Simeon dediyi

kimi, Nerseh öldü və onun cansız bədənini vətəninə apardılar.

Nersehin oğlu Qaqik idi, Qaqikin oğlu da Stepannos idi,

bunun bacısı da Aprasamin idi.

Bu Varaz – Tiridatı və onun oğlu Stepannosu onların

qohumları olan Filipp oğlu Nerseh Daduyi – Vəng adlı dərədə

öldürülmüşdü

117


.O zaman bu bəladan sonra öldürülən knyazın arvadı

ər mərdliyi ilə sağ qalan Sparam adlı qızını götürüb gecənin qorxulu

yolunu qət edərək xaçın qalasında gizləndi. O, öz evinin namusu

barəsində düşünərək Sparamı, Qeqam vilayətini zəbt edən Sünikin

hakimi Səhl oğlu Adarnersehə

118


 ərə verdi.

Onun Adarnerseh adlı oğlu ağıllı qadına rast gəldi və Allah

qorxusu ilə onlar öz həyatlarını möminliklə keçirib öz ölkələrində

hamının istəkliləri olmuşdular.

Həmin Adarnerseh Handu adlı qala tikdirdi, öz sarayını isə

çar hamamları olan Vayyunik kəndində bina etdi. Gələcəkdə onu

başqa knyazlarla birlikdə  İrana apardılar və o, orada bir çox il

keçirdi.


119

Xanım Sparam isə gözəl işlərini artırıb Sodk vilayətində




336

Noravank monastırını tikdirib ona çoxlu vəsait sərf etdi və çox gözəl

bəzətdirdi.

Elə bu vaxt Adarnerseh ərəb əsarətindən qayıtdı və bir qədər

ömür sürüb vəfat etdi. Onun iki oğlu var idi: Qriqor və Abuset

Qriqor.Qriqor Havaxalası qalasını tikib öz hakimiyyətini ətrafa

yaydı. Qriqorun beş oğlu var idi. Onların böyüyü Əbu Əli

120


 öz

qohumunun əliylə öldürüldü. İkinci oğlu Sevada adlanan Sahaq igid

və bacarıqlı olduğu üçün Girdıman və Parisos vilayətlərini özünə

tabe etdi və quldurları ram edərək Coraygetin ağası oldu. O, maarifin

tərəfdarı idi və öz evində müəllim saxlayırdı. Erməni çarı Smbat

dəfələrlə onunla döyüşürdü, lakin onu özünə tabe edə bilmədi.

121

Sevadanın iki oğlu var idi – Qriqor və Davud. Qriqor dünyaya



İşxan adlanan Sevadanı və Adarnersehi gətirdi. İşxan dünyaya dörd

oğul gətirdi: Yovhannesi, Qriqoru, Adarnersehi və Filippi. Allah –

təala İşxanın böyük oğlu Senekərim adlanan Yovhannesi seçib onu

çarlığa layiq gördü.

122

 Allah – təalanın buyruğu ilə Senekərimin



vasitəsilə çoxdan yox olmuş çarlığı bərpa etdirdi. İran şahı onu

təmtəraqlı və qiymətli hədiyyələrlə təltif etdi və ona öz atasının tacını

və atını göndərdi.

Elə həmin il Davud adlı Yunan magistir və allahsevər ərə

gözəl tac və çar əbasını göndərib, ona hörmət göstərdi və katolikos

onun çarlığına öz razılığını verdi.



İYİRMİNCİ FƏSİL


Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə