Müvokkil ola bilməz. Müvəkkil həm də siyasi fəaliyyətlə məşğul
ola və heç bir siyasi partiyanın üzvü, qeyri-hökümət təşkilatının
rəhbərliyində təmsil oluna bilməz.
Müvəkkil vəzifəyə seçildiyi gün Azərbaycan Respublikası
Milli Məclisinin iclasında and içir.
Müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə
yalnız bir dəfə seçilə bilər. Müvəkkilin səlahiyyətlərinə bitməsinə
30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Milli
Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini
təqdim edir. Milli Məclis isə 15 gün müddətində müvəkkilin
seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik,
informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatının
həyata keçirilməsi üçün onun aparatı yaradılır.
12.5.
Müvəkkilin müstəqilliyinin və toxunulmazlığının
təminatları, səlahiyyətlərinə vaximdan əvvəl xitam verilməsi
Müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası
Konstitusiyasına və qanunlarına tabedir.
Müvəkkilin dəyişilməzliyi, toxunulmazlığı, hər hansı dövlət
və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən onun
fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi, maddi və
sosial təminatları, Fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi
zamanı
fəaliyyətinin
dayandırılmaması
və
ya
məhdudlaşdırılmaması onun müstəqilliyininə təminatlarıdır.
Müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır.
Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında
yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə
bilməz, tutula və ya saxlanıla bilməz, onun barəsində məhkəmə
qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa
məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Mü-
-----------
—
^
202
=
---------------------------------------------------- ------------------
■ ^
vokkil cinayot başında yaxalanarsa, onu tutan orqan bu barədə 24
saat müddətində Azərbaycan Respublikası Baş prokuroruna və
Azərbaycan Respublikası Milli Məclisinə xəbər verməlidir.
Müvəkkilin
toxunulmazlığına
yalnız
Azərbaycan
Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan
Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş
qərarı ilə xitam verilə bilər.
Müvəkkilin toxunulmazlığı həmçinin onun mənzilinə,
xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf
yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir.
Müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra Müvəkkil
səlahiyyətlərini həyata keçirdiyi dövrdəki fəaliyyətinə və
söylədiyi fikirlərə görə toxunulmazdır. Bu dövrdə törətdiyi
cinayətlərə və məhkəmə qaydasında inzibati tənbeh tədbirləri
nəzərdə tutulmuş hüquq pozuntularına görə həmin şəxsin
məsuliyyətə cəlb edilməsi Qanunla müəyyən olunmuş qaydada
həyata keçirilir.
Müvəkkilin səlahiyyətlərinə Milli Məclisin təşəbbüsü ilə və
ya Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında
Milli Məclisin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə
Müvəkkilə aid tələblər pozulduqda, səlahiyyətlərini icra etmək
qabiliyyətini tamamilə itirdikdə vaxtından əvvəl xitam verilir.
Müvəkkil vəfat etdikdə, barəsində məhkəmənin qanuni
qüvvəyə minmiş ittiham hökmü olduqda, Milli Məclisin sədri öz
sərəncamı ilə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verir.
Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam
verildikdə, Azərbaycan Respublikasının Prezidenti 30 gün
müddətində Milli Məclisə yeni Müvəkkilin seçilməsi üçün üç
şəxsin namizədliyini təqdim edir və Milli Məclis 15 gün
müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul
edir.
^
-^203
------------------------------------- ^ "
12.6.
Müvəkil tərəfindən insan hüquqlarının pozulmasına dair
şikayətlərə baxılması qaydası
Müvəkkil
Azərbaycan
Respublikası
vətəndaşlarının,
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin
insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü
şəxslər, o cümlədən qeyri-hökümət təşkilatları verə bilərlər. İnsan
hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda
(həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.),
şikayət üçüncü şəxslər və ya qeyri- hökümət təhkilatları razılıq
almadan da verə bilərlər.
Dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər.
Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu
barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.
Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında,
müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən
ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat
müddətində Müvəkkilə göndərilməlidir.
Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks
etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən
orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini
öyrənir.
İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş
halların araşdırılması zamanı Müvəkkilin aşağıdakı hüquqları
vardır:
maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət
hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə,
cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarma, müvəqqəti
saxlanılma yerlərinə daxil olrnac]; cəzaçəkmə müəssisələrində,
istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində
saxlanılan şəxslərlə görüşmək və təkbətək söhbət etmək, onların
həmin yerlərdə saxlanıl-masmm qanuniliyini təsdiq edən
sənədlərlə tanış olmaq;
-----------------
=
204
=
----------- =
Dostları ilə paylaş: |