www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gömülsə də, fikrində qalmış yazını düşünürdü,
“...türk əlifbasıdı...” bunu necə anlamışdısa,
tükləri biz-biz olmuşdu, “...Qafqazda türklər...”
qolundan tutub aşağı endirdilər: dedilər,
akademikin təzyiqi qalxıb...
-Aradan qırx il keçsə də, elə bilirəm,
dünəndi, -dedi, Qarakəlləoğlu,- beş-on yaşım
vardı, gözümün qabağında yıxdılar, hamı
külüng götürmüşdü....Yaxşı, a bajıoğlu, bir
şeyi soruşum sənnən, o tikili kafır tikilisiydisə,
erməni niyə yıxırdı?
- Aya, boooy...! - kəndin səsidi, kənd
təəccüblənməyini belə bildirirdi.
-Birini də deyim,-Qarakəlləoğlu ortalıa
keçdi. –Əgər kafır abidəsidisə, bə biz daşınnan
niyə öpürdük...?
-Düz deyir, heç ağlımıza gəlmiyib...
Bu, gənc İmirxanlını daha da coşdururdu:
-Bilirsiz, düşmən türkün müsəlman olmağı
deyil ki, türk olmağıdı, türk...eşitmisiz, dəli
Petro, 1 Pyotr? Bax, o, vəsiyyət eləyib ki,
türkləri yenmək istəyirsənsə, dini qatılaşdır,
elə iş gör ki, hamısı molla olsun, ibadətdən
başı açılmasın.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Kənd məətəl qalmışdı: “-nə deyir, əə,
Sayanın yiyəsiz oğlu?!”
Anası nə qədər dedi, a yetim, niyə
qoymursan harda ölürəm- ölüm...camaatı
başına yığıb nədi dediyin?
Amma Partkomun sözü olmasın, mən də
elə bil kəndə bunnan ötrü gəlirdim, elə bil
hazırlayıb göndərirdilər... “Şpiyon”
“ –Çoban olmaq da əslində dövlət qurmaq
kimi bir şeydi. Çoban olmaq o deməkdi ki,
varın- dövlətin var...Yaxşı, erməni niyə qoyun
otarammır, hıı, Dəmir kişi? Niyə çoban deyil?
Çünki dövləti olmayıb, yazdığı yalançı tarixlərə
baxma. Dövləti olsaydı, bu işləri də
bilərdi...Gör bir, əti sevir, qoyunun özünü
sevmir, bir yana baxanda da düz eliyir, elə...
Dağı səni kimi başa düşmür ki, səni kimi ucalıq
görəndə salavat çevirsin. Sən yağışın altında
islanırsan, erməni qaçıb gizlənir. Niyə?
Min
doqquzyüz
yetmişinci
illərin
ortalarıydı...
-Gör bir, haraları fikirləşir, Sayanın oğlu, -
dedi, ikinci dünya savaşında bir ayağını dizdən
aşağı itirmiş, qoltuq ağacında olan medallı kişi,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
camatın arasından bir addım irəli çıxdı,
sinəsindəki orden-medallar səs-səsə verib
qəribə bir avaz yaratdı, elə döşündəki
medalların avazına uyğun səslə gülüb soruşdu.
- Yaxşı, niyə mən islanıram, erməni islanmaq
istəmir?
-Çünki sən görürsən atın islanır, sən də
islanırsan. Erməni belə eləməz, atdı, islanır,
islansın, erməni bayır adamı deyil, içərinin
adamıdı, dünyaya səpələnməyi də hər yerdə ev
axtarmağınnandı...həmişə qarın-yağışın altında
olan dağı erməni neynir... Ona görə də erməni
Qafqaz adamı deyil, Qafqazı ona biz vermişik,
bizdən alıb veriblər, eşitmisiz, deyirlər, Qafqaz
xalqı,
Qafqaz
xarakteri,
bu
xarakter
ermənilərdə yoxdu...!
-Nə danışırsan, əə, sən?! - Partkomdu,
hardan çıxdığını heç kəs bilmədi, hamı birdən
döndü. Ucaboylu adamdı, camaatın başı
üstündən əllərini silkələyirdi. -İndi deyərəm,
gəlib səni deşik-deşik eliyəllər, əlli-ayaqlı
gedərsən! Aranı qatmağına bax...
-Narahat olma, ay Partkom, vallah bunun
dediyini heç kəs başa düşmür...elə mənim
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
özüm, nə qədər yadımda saxlayıram, yadımda
qalmır... -Qarakəlləoğlu Partkomu camaatın
arasından çıxardıb araladı, amma Partkom
yenə əllərini silkələyə-silkələyə qışqırırdı...
Elə həmin axşamı mənə, - qaç, - dedilər,
qaçırtdılar. Artıq rayona çatdırmışdılar. İşin
ikisini də kəndin özü gördü; xəbəri də kənd
verdi, qaçırtmağı da kənd elədi; dovşana qaç,
tazıya tut... Gürcüstana addatdılar, ordan da
Bakıya, sonra da qayıdıb rayona zəng elədilər
ki, qaçdı.
O gedəndi, arada bir quruca adını eşidirlər,
özü də Dövlət Radiosundan, gah şairlik eləyir,
gah aşıqlıq...son vaxtlar da belə bir söz çıxdı
ki, erməni qızı alıb, bəs deməzsənmi, qızın
atası da varlı Bakı ermənisidi, mayor
Sevortyan...
Həə...o vaxtdan kəndə gəlmir, ara-sıra
qardaşının
üstünə
teleqramlar
göndərir,
vəssalam, “...anam necədi, Uğurlu, başına
dönüm, bilirəm ev tikdirirsən, köməyim dəymir
sənə, amma pula doğru sürətlə irəliləyirəm,
bu
yaxınlarda
göndərəcəm...
anamnan
muğayat ol!”
Dostları ilə paylaş: |