www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
...Bazarı qarış-qarış gəzib bir çanta toxum
almışdı, çantada hər nə desən vardı,
günəbaxan tumuna qədər...Bəlkə də yazağzı
olduğundandı, toxumu bütün ruhuyla özü də
hiss eləyirdi; qardaşı yanında olsaydı, deyərdi,
torpağın kimi sən də cücərəcəksən...belə
düşüncələr içində gəlib dayanacağa çatdı.
Avtobusda adam çox idi, heç kəsə fikir
vermədən qalxıb arada dayandı, çantasını da
qoydu ayaqlarının arasına. Gözucu boylandı,
hamısı ermənidi...içini otluq kimi ayaqladılar
elə bil.
“Qaraca müəllim düz deyirmiş, bizim
bazara gedənnərimiz avtobusla getmirlər ki,
atla gedib atla da gəlirlər...hələlik ona görə
salamatlıqdı. Mən də gərək atla gələydim,”-
fikirləşdi. Bizimkilərdən yalnız iki nəfərdi,
kəndçiləri Arıqla arvadı qabaq sırada bir cüt
dovşan kimi bir-birinə sığınıb döyükə- döyükə
oturublar, gözləri böyüyüb nə boyda olub, heç
bilmirlər hara baxırlar, ağzı bağlı bir dolu
kisəni də aralarına alıb əllərini də üstünə
qoyublar. Üz-gözlərini qırışdırıb, bürüşüb,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
sıxılıb elə oturublar ki, elə bil indicə harasa
hoppanacaqlar.
Hamısı
narahatçılıqdan,
qorxudandı. Yan-yörədəkilərin çoxu saqqallı
gənc
ermənilərdi,
arada
ayaqüstə
dayanıblar...hamısı qurdalanır, dingildəyir, elə
bil ayaqlarının altında nəsə var, əzirlər elə bil.
“Siranuşun şagirdləri...”
Uğurlunun canından üşütmə keçdi, niyəsə
düz göbəyinin üstündən sancı qalxdı, əlini
ağrının üstə qoyub boylandı...
Nə haqdasa danışırlar, hə, “Qrunk” erməni
təşkilatının adını çəkirlər tez-tez, sonra bir
dəstə şəkil çıxardıb öz aralarında baxmağa
başladılar. Şəkildəki adamın biri Şalikodu, Şali-
konu tanıyır, Sumikyan Şaliko, yanındakını
tanımadı.
Şəkillərin
bir
neçəsini
yenə
çevirdilər, özünü gördü, Sumikyan qolunu onun
boynuna salmışdı...“...hə, it boğuşdurmağa
gələndə çəkdirmişdilər...” Sevincək boynunu
əlində şəkil olan saqqallıya sarı uzadıb:
-Kirvəmdi... -dedi, gülümsədi. - Du um
dığanes?!
2
– qolunu qaldırıb yanında çiyin-
2
-Sən kimin oğlusan? ( ermənicə)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
çiyinə dayanmış saqqallının boynuna salmaq
istədi. Saqqallı da gülümsəyirdi, hamısı
gülürdü, eyni cür, eyni rəngdə. -Yes kez çem
canançum, axır, axber, um dığaes?
3
–Bu boyda
sözün hamısını bir nəfəsə dedi.
Oğlan Uğurlunun əlini çiyninə qonmamış
tutub aşağı endərdi, şəkili azacıq qaldırıb bir
də göstərdi, təmiz Azərbaycan dilində soruşdu:
-Sənsən?
-Mənəm, - dedi, yenə sevinə-sevinə. -
Yanımdakı
da
Şalikodu,
Sumikyan...Biz
kirvəyik. Postalçı Şaliko...Şalikoin çes ca-
nançum?
4
- Yenə istədi saqqallını qucaqlasın...
Aralığı
tutmuşdular,
yaxınlaşdılar,
sıxlaşdılar, Uğurlu arada qalıb görünməz oldu.
-İmirxanlının qardaşısan sən...?
Dinmədi, bir anın içində canını sızıltı
bürüdü...bayaqkı sancı indi başında vururdu.
3
-Mən səni tanımadım, axı, qardaş kimin oğlusan?
(ermənicə).
4
-Şalikonu tanımırsan? ( ermənicə).
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Hə, - dedi, yenə ermənicəyə keçdi, bəlkə
ermənicə bildiyinə görə bağışlayalar...-İnçe
badahel?
5
– səsi xırıltıyla doldu, elə bildi ağzı
qandı, səsinin birdən- birə bu hala düşməyinə
özü də məətəl qaldı.
Balacaboy erməni aradan keçib üz- üzə
durdu, Uğurlu onu indi görürdü, hardan
çıxdığını bilmədi. Hamısı bayaqdan gülüm-
səyirdi, balaca boylu erməni də gülə-gülə şəkili
aşağıdan yuxarı ona uzatdı:
-Tut...!
Uğurlu şəkli alıb bilmədi neynəsin,
çaşqınlıq içindəydi, aşağı əyildi ki, balacaboy
erməniylə bir boyda olsun. Balacaboy erməni
şəklin bir ucundan tutmuşdu, o biri əlindəki
bıçagı indi gördü, tiyəsi alaqaranlıqda düz
Uğurlunun gözlərinin içinə baxdı. Bıçağın
üstünə hardansa işıq düşdü, elə bil, Uğurlunun
canında parıldadı. Balacaboy əlindəki bıçaqla
şəkili iki yerə böldü, Sumukyan Şaliko olan
tərəf də əlində aradan çıxdı... Təzədən
sıxlaşdılar, hamısı gülümsəyirdi.
5
-Nolub? (ermənicə).
Dostları ilə paylaş: |