Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani


HESABAT Ümumi məlumat Hesabat



Yüklə 390,98 Kb.
səhifə100/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   96   97   98   99   100   101   102   103   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

HESABAT

Ümumi məlumat
Hesabat yazıldığı günə qədər şəxsin elm, təhsil, təlim və iş fəaliyyətinin nəticələri haqqında idarə, təşkilat və müəssisələrə, məsul şəxslərəverdiyi məlumatdır.

Hesabat bir neçə şərtlər əsasında yazılır:

  • Əvvəldə yazan şəxsin vəzifəsi (tədqiqatçılar təhsil pillələrini qeyd edir: doktorant, dissertant, magistrant), elmi adı, elmi dərəcəsi, soyadı, adı, atasının adı və ya idarə, təşkilat, müəssisə və s. adı göstərilir.

  • Ortada ilk hərfi böyük olmaqla Hesabat sözü yazılır.

  • Fəaliyyəti əks etdirən məlumatlar (faktlar və rəqəmlər dəqiq qeyd olunmalı, yersiz ifadələrə, sitatlara yer verilməməlidir) yazılır.

  • Sonda yazan şəxsin imzasıvə tarix qeyd olunur.

Sumqayıt Dövlət Universiteti __________fakültəsinin __________kafedrasının Fəlsəfə doktoru proqramı üzrə dissertantı ___________ qızının (oğlunun) birinciildə gördüyüişlərə dair

Sxem
Hesabat
“_” _____ 20__-cı ildən Sumqayıt Dövlət Universiteti fakültəsi _________kafedrasının __________ixtisası üzrə dissertantıyam. __________ kafedrasının “__”_____20_-cı il (__ saylı protokol) tarixli və ________ fakültəsi Elmi Şurasının “_” ___ 20__-cı il (__ saylı protokol) tarixli iclaslarında __________ adlı mövzu fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya mövzusu kimi tövsiyə olunmuş, elmi rəhbər ___________təyin edilmişdir. Dissertasiya mövzusu Respublika Elmi Tədqiqatların Əlaqələndirilmə Şurası (RETƏŞ) ________Problemləri üzrə elmi şurasının“__” ___ 20__-cı il (__ saylı protokol) tarixli iclasında təsdiq edilmişdir.

Hesabat dövründədissertasiyanınbirinci (ikinci, üçüncü və s.)fəsli üzərində işləmişəm. “_______” adlı tezisim (və ya tezislərim), “__________” adlı məqaləm (məqalələrim)(nəşr olunan jurnalın və ya toplunun adı) nəşr olunmuşdur.

__________fənni üzrə (fənlərindən) doktorluq imtahanı (imtahanları) vermişəm.

Elmi rəhbərim______________in _____ fakültəsi ______ ixtisasında ______ fənnindən keçdiyi mühazirə və seminarlar dərslərində iştirak etmişəm.





Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə