Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə18/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

  35 

(tapmaq)  və  «Заменить»  (əvəz  etmək)  əmrlərindən  istifadə  edilir.  Hər  hansı  elementə  keçid  isə 

«Перейти»  (keçmək)  əmrindən  istifadə  olunur.  Qeyd  edək  ki,  redaktəyə  faylların  müxtəlif  elementləri 

arasında  əlaqələrin  yaradılması  (menyunun  «Связи»  əmri)  və  sənəddə  olan  obyektlərin  (şəkil,  təsvir, 

xüsusi qaydada yazılışlar və s.) redaktəsi («Объект») də mümkündür.  

Sənədin  əsas  hissəsi  ilə  bərabər.  xüsusi  səhifə  başlıqlarının  (kolontitulların)  da  redaktəsi 

mümkündür.  Bu  məqsədlə  «Вид»  menyusunun  «  Колонтитулы»  əmrindən  istifadə  edilir.  Əmr 

verildikdən sonra ekrana verilən alətlər panelinin alətlərindən istifadə etməklə kolontitullar üçün ayrılmış 

hissədə müxtəlif verilənlərin əlavəsi və dəyişdirilməsini ( avtomətnlərin əlavəsini, səhifə nömrəsi, sənəd 

səhifələrinin cəmi sayını, cari tarixi və vaxtı və s.) yerinə yetirmək mümkündür. 

Əgər  sənəddə  haşiyələr  verilərsə  onları  da  redaktə  etmək  mümkündür.  Bu  məqsədlə  «Вид» 

menyusunun  «Сноски»  əmrindən  istifadə  edilir.  Bu  həm  mətn  daxilində  haşiyəyə  müraciətə.  həm  də 

haşiyənin məzmununa aid edilir. 

«Вид» menyusunun digər əmrləri də sənədin redaktəsinə birbaşa da olmasa qismən aid edilə bilər. 

Bu menyunun  əmrləei  vasitəsilə əsasən sənədin  ekran və  istifadə  görünüşü  (adi,  veb-sənəd, nişanlanmış 

şəkildə, oxunuş üçün və s.). onun strukturu, sxemi, sənəd üzrə hərəkət üçün əlverişli olan eskiz görünüşü 

və s. verilə bilər. 

Word  mətn  redaktorunda  tərtib  edilmiş  və  hazır  olan  sənədin  çapının  təşkili  məqsədilə  əvvəlcə 

sənəd    «Файл»  menyusunun  «Предварительный  просмотр»  əmrinin  köməyi  ilə  baxışdan  keçirilir.  Bu 

sənədin  quruluşunun, onun obyektlərinin  yerləşməsinin düzgünlüyünə  əmin  olmağa imkan verilir. Daha 

sonra  isə  sənədin  çapı  məqsədilə    «Файл»  menyusunun  «Печать»  əmrindən  istifadə  edilir.  Əmr 

verildikdən  sonra  açılan  pəncərədə  «Имя»  sahəsində  sənədin  çap  ediləcəyi  printer  seçilir.  Printer 

seçildikdən sonra avtomatik olaraq sahədən sonrakı sətirlərdə printerin cari vəziyyəti (cari halda məşğul 

olub olmaması), adı. qoşulduğu portun adı və varsa qeydlər göstərilir.  

Daha  sonra  istifadəçi  tərəfindən  sənədin  hansı  hissəsinin  çap  olunacağı  müəyyənləşdirilir  (bütün 

sənəd,  kursor  duran  cari  cəhifə,  nömrələri  göstərilmiş  səhifələr  və  ya  sənədin  seçilmiş  hissəsi).  Burada 

sənədin  surətlərinin  sayı  və  surətlərin  çap  ardıcıllığı  da  göstərilir.  Pəncərənin  xüsusi  sahələri  vasitəsilə 

artıq  müəyyən  edilmiş  səhifələrin  bütün  hamısı,  cüt  və  ya  tək  nömrəli  səhifələrin  çap  edilməsi  də 

müəyyənləşdirilir.  

Burada  təkcə  sənəd  deyil,  sənəd  haqqında  məlumatlar,  sənəddə  edilən  düzəlişlər,  düzəlişlərin 

siyahısı, sənədin yaradılma üslubu və sənəddə istifadə edilən avtomətnlərin elementləri də çap edilə bilər. 

Çap üçün təyin edilmiş bu pəncərədə olan imkanlarla bir vərəqdə yerləşəcək maşın səhifələrinin sayını və 

istifadə ediləsək səhifənin formatını (A4, A5, Letter, Legal və s.) vermək olar. 

Bütün qeyd olunan parametrlərlə bərabər çap üçün açılmış ilkin pəncərənin  «Свойства» əmrinin 

köməyi ilə istifaə olunacaq vərəqin tipi, növü, mürəkkəbdən istifadə rejimi, səhifələrin çap ardıcıllığı, çap 

keyfiyyəti müəyyənləşdirilə bilər. Bu pəncərənin «Найти принтер» əmri isə adətən, lokal (yalnız istifadə 

edilən  kompüter  tərəfindən  istifadə  edilən)  printerlərə  aid  deyil.  Bu  əmrdən  xüsusi  xidmətlərin  malik 

olduğu və şəbəkə printerlərindən yaralanma üçün  istifadə edilir. 

MS  Word  mətn  redaktorunda  yaradılmış  sənədə  müxtəlif  obyektlərin  əlavəsi  məqsədilə 

«Вставка» menyusunun əmrlərindən istifadə edilir. Bu əlaələrdən birincisi sənədə müəyyən böş aralığın 

verilməsidir.  Menyunun  «Разрыв»  əmrini  verdikdən  sonra  açılan  yeni  pəncərədən  ilkin  üç  rejimlə 

aralığın  bir  səhifə,  bir  sütun  və  ya  bir  sətir  olacağı  variantlarından  biri  seçilir  və  yerinə  yetirilir.  Bu 

pəncərədə sonrakı variantlarla yeni bölmənin haradan başlayacağını müəyyənləşdirmək olar. Yeni bölmə 

cari səhifədən. yeni səhifədən, cüt və ya tək səhifədən başlaya bilər. 

Sənədə  səhifə  nömrələrini  əlavə  etmək  məqsədilə    «Вставка»  menyusunun  «Номера  страниц» 

əmrindən istifadə olunur. Əmr verildikdən sonra açılan pəncərədə səhifə nömrəsinin səhifənin aşağısında 

və  ya  yuxarısında  yerləşəcəyi,  secimdən  asılı  olaraq onun səhifənin  solunda, sağında, mərkəzində  və  ya 

güzgü  əksli  vərəqlərdə  daxildə  və  ya  xaricdə  veriləcəyi  müəyyənləşdirir.  Sonra  həmin  pəncərədə  olan 

«Формат»  düyməsini  basmaqla  növbəti  səhifəyə  keçilir.  Bu  səhifədə  nömrələrin  formatı  (adi  rəqəmlə, 

rum  rəqəmləri  ilə,  hərflərlə  verilməsi),  aktivləşmədən  sonra  başlıq  və  alt  başlıqların  nömrələnməsi 

qaydası  və  nömrənin  neçədən  başlayacağı  müəyyənləşdirilir  və  əmrin  yerinə  yetirilməsi  ilə  nömrələr 

səhifəyə əlavə edilir. 

Sənədə cari tarix və vaxtın əlavəsi məqsədilə «Вставка» menyusunun «Дата и время» əmrindən 

istifadə  edilir.  Əmr  verildikdən  sonra  açılan  pəncərədə  tarix  və  vaxtın  veriləcəyi  dil  və  onun  formatı 




  36 

seçilir.  Xüsusi  sahənin  aktivləşdirilməsi  (  həmin  sahəyə  işarənin  əlavəsi)  tarix  və  vaxtın  avtomatik 

yenilənməsini təmin edir. 

«Вставка»  menyusunun  «Автотекст»  əmri  ilə  sənədə  avtomatik  olaraq  müxtəlif  mətnlərin 

(salamlama, xüdahafizləşmə, müraciət  və  s.) əlavəsi  seçilmiş  bəndə  uyğun olaraq həyata keçirilir. Qeyd 

edək  ki,  istifadəçi  özü  də  tez-tez  istifadə  olunan  avtomatik  mətn  yarada  bilər.  Adətən  belə  yaradılmış 

avtomətn «Обычный» bəndində yerləşdirilir.  

Yaradılmış  sənədə  xüsusi  sahələrin  əlavəsi  məqsədilə  «Поле»  əmrindən  istifadə  edilir.  Əmr 

verildikdən  sonra  açılan  pəncərədən  sahənin  kateqoriyası  seçilir.  Bu  kateqoriyalar  yerinə  yetirilən 

əməliyyatların  avtomatlaşdırılmasına,  vaxt  və  tarixə  (cari  vaxt  və  tarix,  sənədin  yaradılması, 

dəyişdirilməsi,  çapı  və  s.  tarix  və  vaxtlar),  nömrələməyə  (səhifınin  nömrəsi,  abzasın  nömrəsi,  bölmənin 

nömrəsi və s.), sənəd haqqında məlumatlara (müəllif, xüsusiyyətlər, sənəd yerləşən faylın adı və  həcmi, 

sənəddəki  sözlərin,  simvolların,  səhifələrin  sayı  və  s.),  istifadəçi  haqqında  məlumatlara  (istifadəçinin 

ünvanı, inisialları, adı), əlaqə və müraciətlərə uyğun məlumatlara (başqa fayldan olan mətn hissəsi və ya 

şəkil,  müxtəlif  hipermüraciətlər  və  s..  onlara  müraciətlər),  müxtəlif  mənbələrdən  götürülərək  sənəd 

hissələrinə  birləşdirmələrə  uyğun  məlumatlara,  göstəricilərə  (mündəricat  və  sənəd  elementlərinin 

nömrələri və ya siyahı əlamətləri), düsturların və xüsusi simvolların qoyulmasına uyğun sahələrin sənədə 

əlkavəsinə imkan verir. Sahə adətən sənədin digər hissəsindən fon və ola bilər ki.  yazılışına görə fərqli 

olsun. İş zamanı əlavə edilmiş sahə xüsusi obyekt kimi qəbul edilir. 

Sənədə  klaviaturada  olmayan  simvolların  əlavəsi  məqsədilə  «Вставка»  menyusunun  «Символ» 

əmrindən  istifadə  edilir.  Əmrdən  sonra  açılan  pəncərədən  şriftlər  yöğömö  və  şriftin  özü  seçilir.  Daha 

sonra verilmiş cədvəldən simvol götürülür,  «Вставить» düyməsini basdıqda həmin simvol sənədə əlavə 

edilir.  «Символ» əmrini verdikdə açılan pəncərənin köməyi ilə xüsusi təyinatlı işarələri (ticarət markacı, 

mühafizə, paraqraf işarələri və s.) də sənədə əlavə etmək, eləcə də seçilmiş simvolun sənədə əlavəsini hər 

hansı  düymələrin  kombinasiyasına  da  həvalə  etmək,  avtomatk  olaraq  onların  digəri  ilə  əvəzlənməsini 

müəyyən etmək mümkündür. 

«Вставка»  menyusunun  «Примечание»  əmrindən  sənədin  kursorun  durduğu  mövqeyinə  xüsusi 

qeydlərin qoyulması mümkündür. Qeydlərin ekranda istifadəçi istəyinə uyğun görünüb-görünməməsinin 

təmini məqsədilə «Вид» menyusunun «Разметка» əmrindən istifadə edilməsi lazımdır. Qeydlərin ləğvini 

isə qeydin kontekst menyusunun ləğvetmə əmri ilə həyata keçirmək mümkündür. 

Müxtəlif müraciətlərin sənədə əlavə edilməsi üçün  «Вставка»  menyusunun  «Ссылки» əmrindən 

istifadə  edilir.  Əmr  verildikdən  sonra  müraciətin  forması  seçilir.  Bu  haşiyələr  (сноски),  adlandırma 

(название),  qarşılıqlı  müraciət(перекрестная  ссылка),  mündəricat  və  göstəricilər(оглавление  и 

указатели) ola bilər.  

Hər bir seçilən varianta uyğun pəncərə açılır. Haşiyələr üçün açılan pəncərədə haşiyənin mətnə və 

ya sənədə aid  olması,  onun mətnin, səhifənin  və  ya sənədin  sonunda verilməsi,  haşiyələrin nömrələnmə 

qaydası və formatı və s. müəyyən edilir.  

Adlandırma  üçün  pəncərə  açıldıqda  burada  hansı  obyektin  cədvəlin,  şəkilin  və  ya  düsturun 

adlandırılması müəyyənləşdirilir. Əgər adlandırılacaq obyekt başqadırsa «Создать» düyməsini basmaqla 

onun  adını  siyahıya  əlavə  etmək  olar.  Burada  adlandırmada  nömrələmənin  də  aparılması 

müəyyənləşdirilir. 

Müraciətlərdən növbətisi qarşılıqlı müraciətlərin verilməsidir. Əvvəlcə müraciət olunacaq element 

abzas,  şəkil,  cədvəl  və  ya  başqa  element  siyahıdan  seçilir  və  sonra  parametrlər  verilərək  müraciət 

müəyyənləşdirilir.  

Burada olan sonuncu bənd (оглавление и указатели) mündəricatların verilməsi, cədvəl, şəkil və 

ya  istifadə  olunan  ayrı-ayrı  sənəd  tərkibinin  elementlərinin  yerləşdiyi  bölmə  və  ya  səhifələrin  siyahısını 

almaq  olar.  Qeyd  edək  ki,  mündəricatın  avtomatik  verilməsi  üçün  əvvəlcədən  fəsil  başlıqları  birinci 

səviyyəli  (заголовок  1),  paraqraf  başlıqları  ikinci  səviyyəli  (заголовок  20,  alt  paraqraflar  üçüncü 

səviyyəli başlıqlar (заголовок 3) kimi və s. , əsas mətn hissəsi isə əsas mətn (основной текст) kimi elan 

edilməlidir.  

Word  mətn  redaktorunda  hazırlanmış  sənədə  şəkillərin  və  müxtəlif  təsvirlərin  əlavəsi  üçün 

«Вставка»  menyusunun  «Рисунок»  əmrindən  istifadə  edilir.  Əmr  verildikdən  sonra  açılan  pəncərədə 

şəkilin və ya təsvirin hansı mənbədən götürüləcəyi müəyyənləşdirilir.  Bu mənbələr aşağıdakılardır: 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə