Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,3 Mb.
səhifə10/16
tarix14.10.2017
ölçüsü1,3 Mb.
#4951
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

Şin topologiyası


Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür.

İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub- olmamasına (yəni şinlə digər kompüterlərin informasiya göndərib- göndərməməsinə) nəzarət edir. Əgər şin boş isə kompüter paketləri şinlə ötürür. Hər bir kompüter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və ona ünvanlaşmış paketləri özündə qeyd edir.

Əgər iki kompüter eyni zamanda paketləri şinə ötürərsə bu zaman şində toqquş­ma olur. Toqquşmaya səbəb olan kompüterlər qısa bir müddət ərzində informasiya göndərə bilmirlər.

Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:

- Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;

- Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır;

- Şəbəkə kartları (adapterləri) ucuzdur;

Şin topologiyalı lokal şəbəkələrdə şinin (kabel sisteminin) etibarlılığı yüksək olmalıdır.

Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında qurulurlar. Şin topolo­giyalı lokal şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2, 10 BASE-5 şəbəkə­lərini göstərmək olar. Burada 10 – şəbəkənin sürətini (Mbit/san) göstərir.

Halqavari topologiya

Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompüter (işçi stansiya) bir-biri ilə halqavari şəkildə, yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə, üçüncü kompüter dördüncü kompüter ilə və s., sonuncu kompüter isə birinci kompü­terlə birləşdirilir. Nəticədə halqavari topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (məsələn, saat əqrəbi istiqamətində) bir kompü­terdən qonşu kompüterə ötürülmək şərti ilə lazımi ünvana (kompüterə) çatdırılır. Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompüter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompüterin, digər kompüterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompüterə göndərir. Paketi almış kompüter, onun ünvan hissəsinə baxır və əgər paket ona ünvanlaşdırılmışsa, paketi özünə qeyd edir, əks halda paketi özündən sonrakı kompüterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş kompüter onu halqadan çıxardır və yeni paketi (əgər göndərməyə məlumatı varsa) göndərir. Əgər göndərməyə paket yoxsa markeri bir sonrakı kompüter göndərir. Bu tip şəbəkələrdə kompüterlərdən biri həm də monitorinq funksiyasını həyata keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi, itən markerin bərpası və s.).

Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:


  • Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır;

  • Hər bir kompüterin məlumat göndərə bilməsi üçün müəyyən zaman verilir.

Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri aşağıdakılardır:

  • Hər bir kompüter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompüterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;

  • Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;

Halqavari topologiyalı lokal şəbəkələr IEEE 802.5 standartı əsasında qurulurlar.

Halqavari topologiyalı lokal şəbəkələrə nümunə olaraq Token Ring şəbəkəsini göstərmək olar.



Ulduzvari topologiyalı lokal şəbəkələr

Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompüterlər arasında informa­siya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir.

Mərkəzi qovşaq kimi xab, kommutator və ya xüsusi server kompüteri istifadə oluna bilər.

Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompüterlərarası müba­dilənin sadə olmasıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılı­ğının mərkəzi qovşağın etibarlılığından çox asılı olmasıdır. Ulduzvari topologiyalı lokal şəbəkəyə nümunə olaraq Ethernet 10 BASE-4, 100 BASE-4 şəbəkələrini göstərmək olar. Burada 10 və100 - şəbəkənin sürətini (Mbit/san) göstərir.

Praktikada digər topologiyalardan da (ağacvari, qarışıq) istifadə oluna bilər.

Bu və ya digər topologiyanın seçilməsi kompüter şəbəkəsinin tətbiq sahəsindən, kompüterlərin coğrafi yerləşməsindən və bütövlükdə şəbəkənin ölçülərindən və s. asılıdır. Bundan əlavə, lokal şəbəkənin topologiyasını seçərkən, qiymət, etibarlılıq və s. kimi vacib göstəricilərə də diqqət edilməlidir.



Lokal şəbəkələrdə istifadə olunan kabellər

Lokal şəbəkələrdə aşağıdakı tip kabellər istifadə olunur:



Koaksial kabellər. Əsasən iki tip koaksial kabel istifadə olunur.

    • İncə koaksial kabel;

    • Qalın koaksial kabel.

Qlobal şəbəkələr. Ərazi kompüter şəbəkələri də adlandırıla bilən qlobal şəbəkələr (Wide Area Networks, WAN) böyük ərazilərdə - oblast, region, dövlətlər, bütün Yer kürəsində yayılmış çoxlu sayda abonentlərə xidmət etmək üçün yaradılıb. Əlaqə kanallarının uzunluğunun böyük olmasına görə qlobal şəbəkələrin qurulması böyük xərclər tələb edir, buraya kabellərin və onların çəkilmə işlərinin qiyməti, kommutasiya avadanlıqlarının və kanalın lazımi keçirmə zolağını təmin edən aralıq gücləndirici qurğuların xərcləri, həmçinin böyük ərazilərdə yayılmış şəbəkə qurğularının işçi vəziyyətdə saxlanması və istismarı xərcləri də daxildir.

Qlobal şəbəkələr adətən böyük telekommunikasiya şirkətləri tərəfindən abo­nentlərə pullu xidmət etmək üçün yaradılır.

Qlobal şəbəkələrin qiymətinin baha olmasını nəzərə alaraq istənilən tip verilən­ləri: kompüter verilənlərini, telefon danışıqları, fakslar, teleqramlar, televiziya görün­tüləri, teletekst (iki terminal arasında verilənlərin ötürülməsi), videotekst (şəbəkədə saxlanılan verilənlərin öz terminalına götürmək) və s. verilənləri ötürə bilən vahid qlobal şəbəkənin yaradılma tendensiyası meydana gəlmişdir. ISDN- telekom­munikasiya xidmətinin inteqrasiyası üçün ilk texnoloqiya 70-ci illərin əvəllərindən inkişaf etməyə başlayıb. Hansı komponentlərin arendaya götürülmə­sindən asılı olaraq korporativ şəbəkələrdə aşağıdakı əlaqə növlərindən istifadə olunur:

-ayrılmış kanallar;

-kanalların kommutasiyası;

-paketlərin kommutasiyası.



Ayrılmış kanallar. Ayrılmış əlaqə xəttlərindən iki üsulla istifadə etmək olar.

Birincisi, arendaya götürülmüş ayrılmış xətlər müəyyən ərazidə paylanmış aralıq paket kommutatorlarının birləşdirilməsinə xidmət edir, məsələn, Frame Relay şəbəkəsində olduğu kimi.

İkincisi, ayrılmış xətlərlə ancaq lokal şəbəkələrin və ya başqa növ abonentlərin, məsələn, tranzit paket kommutarları qurmadan qlobal şəbəkə texnologiyası ilə işləyən meynfreymlərin birləşdiilməsidir, ayrılmış kanallar abonentlərin daimi kommutasiyası üçün hansı tip kommutasiya qurğusundan- FDM(Frequency Divizion Multiplexing-tezliyə görə sıxma) və ya TDM(Time Divizion Multiplexing- vaxta görə sıxma)-dən istifadə edilməsindən asılı olaraq analoq və rəqəm tipinə bölünür.

Rəqəm tipli ayrılmış xətlərdə fiziki səviyyənin protokolu G.703 standartı ilə təyin olunub.

Analoq və rəqəm tipli ayrılmış kanalların kanal səviyyəsində HDLG(High-level Data Link Control –kanal səviyyəsində verilənlərin ötürülməsinin idarə edilməsi protokolu) ailəsindən olan PPP(Point to Point Protokol) protokolundan istifadə edilir.

Ayrılmış analoq tipli kanallar istifadəçiyə 4-naqilli və ya 2-naqilli çıxışlarla təqdim olunur. 4-naqilli kanallarda dupleks əlaqənin təşkili daha sadə üsulla yerinə yetirilir.

Verilənlərin saniyədə bir neçə qiqabit analoq xətləri vasitəsilə ötürülməsi üçün siqnalların analoq modulyasiyası metodu əsasında işləyən modemlərdən istifadə olunur.

Kanalların kommutasiyası ilə işləyən qlobal şəbəkələr. Korperativ şəbəkədə qlobal əlaqələrin qurulması üçün 2 növ xətlərdən – ənənəvi analoq tipli telefon şəbəkələri və İSDN xidmətlərini yerinə yetirən rəqəm tipli şəbəkələrdən istifadə etmək mümkündür. Kanalların kommutasiyası şəbəkələrinin üstünlüyü onların geniş yayılmasıdır, bu da əsasən analoq telefon xətləri üçün xarakterikdir. Son zamanlar İSDN şəbəkələrindən bir çox ölkələrdə korporativ istifadəçilərin də istifadə etməsi mümkün olmuşdur. Analoq telefon şəbəkələrinin çatışmamazlığı tərkibindəki kanalın aşağı keyfiyyətli olmasıdır.

Paket kommutasiyalı qlobal şəbəkələr. Bu şəbəkələr paketlərin kommutasiyası şəbəkələrində siqnal və verilənlərin ötürülməsi protokolunu təyin edən X.25 standartı ilə işləyən şəbəkələrdir. Burada hər bir paket verilənləri ötürən və qəbul edən kompüterlər haqqında informasiyanı özündə cəmləşdirir. Bu interfeys OSİ-nin üç səviyyəsini- fiziki, kanal və şəbəkə səviyyələrini əhatə edir.

Paket şəbəkə vasitəsilə ötürülməzdən əvvəl şəbəkənin abonentləri – terminal­ları, marşrutizatorları və ya komputerləri arasında virtual əlaqə qurmaq lazımdır.




MÖVZU 11

Internet şəbəkəsi və onun xidmətləri

Plan:


  1. İnternetin yaranma tarixi

2. İnternetdə ünvanlaşdırma

3. İnternet xidmətləri və onun təyinatı


70-ci illərin axırlarında ABŞ-ın Müdafiyə Nazirliyi elektron şəbəkə yaratmaq qərarına gəlir. Məqsəd hərbi qərargahlardakı kompüterlar arasında informasiya mübadiləsi yaratmaq idi. Bu məqsədlə aparılan tədqiqatlar ABŞ-ın Perespektiv Tədqiqatlar Layihə Agentliyi (ARPA - Advanced Research Project Agency) tərəfindən maliyyələşdirilir və nəticədə 1968-ci ildə bu sistem yaradılır. Dünyada ilk yarımfunk­sional hesablama şəbəkəsi ARPAnet adlanır (net- tor (set) deməkdir).

- Bu şəbəkəyə daxil olan kompüterlər eyni hüquqlu idilər. Yəni, ARPAnet-də «baş kompüter - tabe kompüter» anlayışı yox idi.

- ARPAnet-də əsas şəbəkə protokolu kimi şəbəkələrarası IP (Internet Protocol) protokolu qəbul edilmişdir.

Kompüterlər arasında əmr, mətn, qrafika və digər verilənlərin ötürülməsini və qəbul edilməsi qaydalannı təsvir edən razılaşdırılmış və təsdiq olunmuş standart şəbəkə protokolu adlanır.

IP protokolu Internet Ümumdünya şəbəkəsinin əsas protokoludur.

Şəbəkələrarası IP protokolu müxtəlif əməliyyatlar sistemləri tərəfindən idarə olunan müxtəlif növ hesablama maşınlarını şəbəkəyə birləşdirən universal standartdır. İndi də Internet bu protokolla işləyir.

80-cı illərin axırlarında Internet-lə əlaqə yaratmaq istəyən istifadəçi modemdən istifadə etməyə başladı. Modem - kompüterdən göndərilən rəqəm axınını səs siqnalına çevirən və onu adi telefon xətti ilə göndərən qurğudur. Şəbəkənin digər tərəfində səs siqnallarını qəbul edən modem onları yenidən kompüterə göndərir. Hər bir modem həm qəbuledici, həm də informasiya ötürücüsüdür.

Qeyd edək ki, iki kompüter arasında əlaqə sürətinin vahidi bps (bitper secund) bir saniyədə ötürülən informasiyadakı bitlərin sayına bərabərdir.

Şəbəkələrdə müxtəlif texniki və informasiya təminatı istifadə edilir və buna görə də şəbəkələrin abonentləri arasında hamı üçün eyni olan ümumi qaydalar qəbul edilməlidir. Bu qaydalar təyin edilmiş standartlarda öz əksini tapır. Hər hansı bir yeni texnologiya o zaman «qanunı statusa» malik olur ki, onun məzmunu müəyyən standartlar çərçivəsinə daxil olsun. Belə standartlar şəbəkə protokolları adlanırlar.
Internetin işləmə prinsipi:

IP protokolu verilənlərin yalnız ötürülməsini təmin edir. Bütün prosesi isə TCP (Transmission Control Protocol) protokolu idarə edir.

TCP protokolu informasiyanı bir neçə hissəyə bölür, hər bir hissəni xüsusi nömrələyir (sonradan informasiyanı ardıcıl birləşdirmək üçün), hər bir hissəyə «işçi» informasiya əlavə edir və onları ayrı-ayrılıqda «IP-paketə» düzür. Bu «paket» şəbəkə vasitəsilə göndərüir. Göndərilən sxemdə TCP və IP protokolları sıx birləşdiyinə görə onlan TCP/IP protokolu adlandırırlar. İnternetlə göndərilən TCP/IP paketlərinin ölçüsü 1 baytdan 1500 bayta qədər olurr. Bü ölçü şəbəkənin texniki xarakteristikalarından asılı olur.

Internet-də ünvanlaşdırma sistemi:


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə