Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu



Yüklə 181,46 Kb.
səhifə34/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   30   31   32   33   34   35   36   37   ...   52
Mühazirə Psixologiya

Referent qruplar. Psixoloji ədəbiyyatda kiçik qrupların bir növü kimi referent qrupları da qeyd edirlər (latınca referens sözündən götürülmüşdür). Özünün normaları, fikirləri, qiymətləri fərdin davranış motivlərinə çevrilən sosial birlik referent qrup adlanır. Bu termin ilk dəfə olaraq 1942- ci ildə Q.Haymen tərəfindən irəli sürülmüş və sonralar R. Merton, Q. Nunkom, M.Şerif və b. tərəfindən istifadə olunmuşdur. Haymen kiçik tələbə qruplarını eksperimental surətdə öyrənərkən onun diqqətini belə bir cəhət cəlb etdi ki, qrupun müəyyən üzvləri mənsub olduqları qrupun deyil, başqa bir qrupun normalarını qəbul edir və öz davranışlarında onlara əsaslanırlar. O, bu maraqlı faktlar əsasında kiçik qrupların iki növünü fərqləndirməyi, birinci qrupu üzvlük qrupu, ikinci qrupu isə referent qrup adlandırmağı təklif etdi.
Müasir sosial psixologiyada referent qrup anlayışı müxtəlif eksperimental faktlar əsasında daha da dəqiqləşmiş və nisbətən geniş məna kəsb etmişdir.
Uzvlük və referent qrupların fərqləndirilməsi bəzi sahələrdə, xüsusilə hüquq pozğunluğunun öyrənilməsi sahəsində tətbiqi tədqiqatlar üçün olduqca maraqlı perspektivlər açır. Fikrimizi bir misal əsasında aydınlaşdıraq: şagird Azər VII sinifdə oxuyur. Lakin o, birdən-birə üzvü olduğu sinif kollektivinin normalarına deyil, daha çox hələ üzvü olmadığı hər hansı bir təsadüfi küçə qrupunun normalarına əməl etməyə başlayır. Onun üzvləri kimi geyinməyə, saç saxlamağa, bəzənməyə, spesifık sözlər və ifadələr işlətməyə, hərəkətlər etməyə başlayır və s. Bu onun üçün referent qrup hesab olunur. Azərin davranışını izah etmək üçün belə bir suala cavab vermək lazımdır ki, nə üçün birinci qrup onun üçün əhəmiyyətini itirmiş, ikinci qrup isə xüsusi qrup əhəmiyyəti kəsb etmişdir. Üzvlük və referent qrup anlayışlan bu baxımdan maraqlıdır.
Üzvlük qrupu elə qrupa deyilir ki, fərd öz-özlüyündə onun yalnız iştirakçısıdır. Bu mənada da üzvlük qrupunu bəzən iştirak qrupu da adlandırırlar.
Üzvlük qruplan kiçik qrupların nisbətən geniş təsadüf edilən növüdür. Sosial-psixoloji tədqiqatlar göstərir ki, əlverişli şəraitdə üzvlük qrupu referent qrupa çevrilə bilər.
Məlum olduğu kimi hər bir adam müxtəlif qrupların üzvü olur. Ayrı-ayrı adamlar üçün daxil olduğu həmin qrupların sırası özünəməxsus şəkildə, müxtəlif olur. Lakin bütün hallarda həmin sıranın müəyyənləşdirilməsi eyni prinsipə əsaslanır: birinci yerdə mütləq o qruplar dayanacaqdır ki, həmin qrupun normaları fərdin cəhd etdiyi normalara uyğun olsun. Sonrakı yerlərdə qruplar fərd üçün əhəmiyyətlilik dərəcəsi olan yerləri tutacaqdır. Yüksək ranqa malik olan qrup fərd üçün bir növ daxili forum təşkil edir, fərd öz davranışını həmin normalarla tutuşdurur, tənzim edir. Qaydaları və normaları şəxsiyyətin qayda və normalarına çevrilən, fərdin statusunun artması üçün daimi imkanları olan bu cür referent qrupları çox vaxt etalon qrup adlandırırlar.
Referent qrup dedikdə elə real və ya xəyali qrup nəzərdə tutulur ki, fərd onun standartlarını qəbul edir, sosial hadisələri, özünün və başqalarının əməllərini qiymətləndirərkən onun norma və sərvətlərindən etalonlar sistemi kimi istifadə edir, onları özünün şəxsi məqsəd və davranış normalarının mənbəyi hesab edir. Fərd öz davranışmda referent qrupun onun hərəkətlərinə verdiyi və verə biləcəyi qiymətləri adətən nəzərə alır.
Referent qrupun növləri içərisində referent müqayisə qrupları və normativ referet qruplar xüsusi yer tutur. Birinci halda insan bütün sosial hadisələri referent qrupun normaları ilə müqayisə edərək qiymətləndirir. Bu zaman qrupun normalan əslində onun üçün özünəməxsus etalona çevrilir. Bir çox müəlliflər bu cəhəti nəzərə alaraq referent qrupları həm də etalon qrup kimi təhlil edirlər. İkinci halda isə insan qrupun normalarını öz normaları kimi qəbul edir və onlara uyğun surətdə hərəkət edir. Qrup öz üzvlərinin hərəkətlərini qiymətləndirərkən də adətən bu cəhəti nəzərə alır.
Referent qrupun müqayisə və normativ funksiyalarını bir-birindən təcrid etmək olmaz. Psixoloqların tədqiqatları göstərir ki, referent müqayisə qrupları üçün eyni zamanda sərvət momenti, normativ qruplar üçün isə müqayisə momenti səciyyəvidir. Bu mənada referent qrupun iki müxtəlif funksiyası: normativ və müqayisə funksiyaları arasında dərin daxili əlaqə vardır.
Əksər hallarda şəxsiyyətin bir referent qrupu olur. Psixoloji tədqiqatlar göstərir ki, onun iki və daha çox referent qrupa malik olması da mümkündür. Belə hallarda insan öz davranış, rəftar və fəaliyyətində adətən hər iki və ya üç referent qrupun norma və standartlarını nəzərə almağa çalışsa da, buna çox vaxt nail ola bilmir. Şəxsiyyətin iki (və ya üç) müxtəlif referent qrupun mənafeyini uzlaşdırmaq cəhdlərinin müvəffəqiyyətsizliyə uğraması onun davranışında müəyyən ziddiyyətlər şəklində təzahür edir.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə