Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu



Yüklə 181,46 Kb.
səhifə32/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   28   29   30   31   32   33   34   35   ...   52
Mühazirə Psixologiya

2. Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Bu zaman sosioloji təsnifi prinsiplərini əsas götürmək məqsədəmüvafiqdir. Məsələn, şərti və ya nominal qruplar bir-birilə real surətdə əlaqəsi olan, lakin müəyyən bir şərti əlamətə, məsələn, cins, yaş və ya peşə elementinə görə seçilən adamlar kateqoriyası nəzərdə tutulur. Məsələn, cinsi əlamətə görə qadınlar, yaş əlamətlərinə görə yeniyetmələr, peşə əlamətlərinə görə müəllimlər, həkimlər, mühəndislər və s. şərti qrupa aid edilə bilərlər.
Demoqrafiyada, statistikada və s. şərti qrup anlayışından geniş istifadə olunur. Məsələyə sosial-psixoloji baxımdan yanaşarkən bir cəhət diqqəti xüsusilə cəlb edir: bu qruplar müəyyən elementlərinə görə şərti xarakter daşıyır, lakin onların ayrıca qrup kimi ayırd edilməsi sosial-psixoloji planda tamamilə zəruridir. Həmin fikri əsaslandırmaq üçün rmüəyyən psixoloji faktları xatırlatmaq kifayətdir: şərti qrupa daxil olan adamlar adətən bir-birlərini tanımırlar. Lakin onların bir qismi müəyyən həyati situasiyalarda bir-biri ilə rastlaşır və ünsiyyətə girmək imkanı əldə edirlər. Bu zaman onlar, lazım gəldikdə, bir-birlərinə güzəştə gedir, kömək edir və ya bir-birlərini müdafiə edirlər. Qadınların qadınları və ya həkimlərin həkimləri müdafiə etməsi hər kəsə öz təcrübəsindən bəllidir. Bu o deməkdir ki, şərti qrupa daxil olan adamlar bir-birlərini real surətdə tanımasalar da, özlərini faktik olaraq mənsub olduqları qrupla eyniləşdirirlər və sosial-psixoloji identifıkasiyanın bütün bu xüsusiyyətləri onların mənlik şüurunda əks olunur.
Sosial-psixologiyada real qrupların öyrənilməsinə xüsusi diqqət yetirilir. Real qrupların iki növünü –real laborator qrupları və real təbii qrupları fərqləndirirlər.
Hər hansı bir təsadüf əsasında yaradılan laborator qruplar mahiyyət etibarilə diffuz qruplar kimi meydana çıxırlar. Məhz buna görə də psixoiogiyada real təbii qrupların öyrənilməsinə daha böyük əhəmiyyət verilir. Təbii real qrupların kiçik və böyük qruplar olmaq üzrə iki növü məlumdur.
Hər şeydən əvvəl böyük və kiçik qruplar üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə fərqlənirlər. Böyük qrup 30-40-dan artıq insan birliyidir. Böyük qruplar bütövlükdə cəmiyyət (ölkə) miqyasında mövcud olan adamların məcmusudur: siniflər, sosial təbəqələr, peşə qrupları, etnik birliklər (millət, xalq, qəbilə), yaş qrupları (gənclər, təqaüdçülər və s.) böyük qruplara rnisal ola bilər. Fərdlərin böyük qruplara mənsubiyyəti müəyyən obyektiv əlamətlər əsasında təyin olunur.
Eyni bir müəssisə işçilərini, istehsal birliklərini və ərazi birliklərini (bir kəndin, bir şəhərin, rayonun əhalisini) sosiologiyada orta və ya lokal qruplar adlandırırlar. Lakin özünün strukturuna görə orta qrupların böyük qruplara əsasən uyğun gəldiyini nəzərə alaraq, sosial psixologiyada onları xüsusi olaraq ayırd etmirlər.
Böyük və orta qruplar kiçik qruplardan yalnız üzvlərinin sayına görə deyil, həm də münasibətlər şəbəkəsinin xarakterinə görə fərqlənirlər. Kiçik qrupların üzvləri nəinki bir-birilə müxtəlif formalarda gündəlik ünsiyyət və rabitəyə girir, bir-biri haqqında müəyyən təsəvvürə malik olur, həm də onların arasında müəyyən qeyri-rəsmi münasibətlər formalaşır. Başqa sözlə, onlar kontakt (təmasda olan) qruplar kimi təşəkkül tapıb inkişaf edirlər. Bu xüsusiyyətlərdən heç biri böyük qruplar üçün səciyyəvi deyildir.
Böyük və orta qruplar səviyyəsində bütün məsələləri qrup üzvlərinin hər biri ilə bilavasitə rabitə yaratmaq yolu ilə həll etmək və onların davranışına şəxsi münasibətlər əsasında nəzarət etmək əslində mümkün deyildir. Böyük qruplarda üzvlərin miqdarınm həddən artıq artması ilə əlaqədar olaraq onların arasında qarşılıqlı anlaşma kütləvi informasiya və təbliğat vasitələrinin (mətbuat, radio, televizor), sirkulyar məktubların, direktiv sənədlərin, böyük iclasların və s. köməyi ilə yaranır. Münasibətlər daha çox vasitəli və formal xarakter kəsb edir. Böyük və orta qrupların rəhbərləri onun bütün üzvləri ilə bilavasitə rabitəyə girmək imkanına malik olmur, bu zəmində də onunla qrupun üzvləri arasında subordinasiya prinsiplərini zəruri surətdə ehtiva edən müxtəlif mərhələ, vəsilə və sədlər yaranrr.
Böyük və orta sosial qruplarda insanların münasibətləri rəsmi ictimai münasibətlərlə tənzim olunur.
Kiçik qrupa gəldikdə bu 2-dən 30-40 qədər insan birliyidir. Kiçik sosial qruplarda insanların bir-birilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik sosial qrupun üzvləri ümumi bir işlə məşğul olur və bir-birilə birbaşa qarşılıqlı əlaqədə olurlar. İnsan öz həyatının çox hissəsini bu qrupun daxilində keçirir. Ona görə də bir-birlərini yaxşı tanıyırlar.
Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq olmadıqda belə qrupları ilkin kiçik qrup adlandırırlar. Məsələn, yeni yaranmış ailəni ilkin qrup adlandırırlar.
İnsan adətən bir ilkin qrupun iştirakçısı olur. Hər hansı mikro sosial qrup onun iştirakçıları üçün ilkin qrupa çevrilə bilər. Bütün ilkin qruplar eyni zamanda kiçik qrup olub uzun müddət, bəzən insanın ömrü boyu davam edən qruplar olaraq qalır. İlkin qrupun iştirakçıları daimi təmas nəticəsində bir-birini yaxşı tanıyır, birbirinə bələd olurlar. İlkin qrupun iştirakçıları arasında məhrəmlik və ümumi məxvilik mövcud olduğundan, onların dünyaya «özlərinə» məxsus baxışları və xüsusi qiymətləndirmə sistemləri yaranır. Qarşılıqlı maraqların anlaşılması və eyni qrupa mənsub olmaq hissi ilkin qrupun iştirakçılarını daha həmrəy hərəkət etməyə məcbur edir.
İlkin qrupda sosial nəzarət olub, iştirakçılar öz hüquq və vəzifələrini könüllü anlayır və yerinə yetirirlər. Qeyd etmək lazımdır ki, ilkin qruplarda baxışlar, təsəvvür və motivlər birgə yaşayış və fəaliyyət şəraitində tədricən formalaşır və təkrar nəticəsində müxtəlif stereotiplər yaranır. İlkin qrupun yaşayış tərzi, adət və ənənələri mövcud olur ki, onlar tədricən formalaşır və sosial ünsiyyət şəklində yeni iştirakçılara keçir. İlkin qruplar özləri eyni zamanda kiçik qrup olmaqla, kiçik qrupda olan ilkin qruplardan birinə çevrilə bilir. Başqa sözlə, bəzən bir kiçik qrupda bir neçə ilkin qrup mövcud ola bilir.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə