Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu


Qruplarda şəxsiyyətlərarası münasibətlərin səviyyələri



Yüklə 181,46 Kb.
səhifə40/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   36   37   38   39   40   41   42   43   ...   52
Mühazirə Psixologiya

2.Qruplarda şəxsiyyətlərarası münasibətlərin səviyyələri. Qrup daxilində mövcud olan şəxsiyyətlərarası münasibətləri bilmədən onu idarə etmək mümkün deyildir. Məlum olduğu kimi, şəxsiyyətlərarası münasibətlər sosial qrupun ümumi fəaliyyəti əsasında yaranan çoxcəhətli rabitə və münasibətlər sistemindən ibarətdir. Şəxsiyyətlərarası münasibətlər mürəkkəb və çoxsəviyyəli quruluşa malikdir. Bunlardan birincisi, ilk növbədə «gözə çarpanı» vasitəsiz asılılıq səviyyəsidir. Buraya fərdlərin emosional xoşagəlimliliyi, qrup uyğunluğu, ünsiyyətlilik və həmrəylik və s. vasitəli asılılıq səviyyəsi daxildir.
İkinci, daha əsaslı səviyyə vasitəli asılılıq səviyyəsi olub şəxsiyyətlərarası münasibətlərin məcmuunu təşkil edir. Bu səviyyəyə fərdin kollektivçilik psixologiyasının dərəcəsi, qrup həmrəyliyi, iştirakçıların öz davranış etalonlarını kollektivin etalonlarına uyğunlaşdırmaq meylləri, kollektivdə sosial sxemlər və onların iştirakçılar tərəfindən qavranılması və s. daxildir.
Üçüncü səviyyəni qrupun istehsalat, təlim və yaxud ictimai vəzifələri səviyyəsinin məcmusu təşkil edir. Buraya qrupun yerinə yetirdiyi vəzifəyə hazırlığı, işgüzarlığı, başqa qruplarla rabitə münasibətləri və s. daxildir.
Psixoloji iqlim qruplarda şəxsiyyətlərarası münasibətlərin mühüm göstəricisi kimi. Qruplarda şəxsiyyətlərarası münasibətlərin necə olduğunu burada sosial-psixoloji iqlimin necə olmasından görmək mümkündür.
Psixoloji iqlim sosial qrupun əsas əhvalını müəyyənləşdirən şəxsiyyətlərarası münasibətlər sistemindən ibarətdir. Başqa sözlə sosial-psixoloji iqlim qrupda, kollektivdə mövcud olan psixoloji vəziyyətdir. Qrupun qarşısına qoyulmuş vəzifənin səmərəli şəkildə həyata keçirilməsi üçün normal sosial-psixoloji iqlimin yaradılmasının əhəmiyyəti olduqca böyükdür.
Ümumiyyətlə qrup və kollektivlərdə psixoloji iqlim müsbət (pozitiv) və mənfi (neqativ) xarakter daşıya bilir. Bunların hər biri isə özünəməxsus qarşılıqlı münasibətlərdə təzahür edir. Qrupda müsbət psixoloji iqlimin yaradılması üçün fəaliyyət növündən asılı olan davranış etalonu yaradılmasının və onun qrup daxilində etalona çevrilməsinin əhəmiyyəti olduqca böyükdür.
Səmərəli sosial-psixoloji iqlimin yaradılması üçün qrup və kollektiv iştirakçıları arasında uyğunluq, uyuşmanın olması da zəruridir. Bu barədə əvvəlki mühazirədə qeyd etdiklərimiz həmin fikri bir daha təsdiq edir.
Sosial-psixoloji iqlimin xarakteri bütövlükdə qrupun inkişaf səviyyəsindən, yetkinliyindən də asılıdır. Adətən, qrupdakı sosial-psixoloji iqlimlə qrup üzvlərinin birgə fəaliyyətinin səmərəliliyi arasında birbaşa müsbət əlaqə mövcud olur. Qruplarda psixoloji iqlim qrupa rəhbərlik üslubundan da asılı olur. Adətən, demokratik rəhbərlik üslubu üstünlük təşkil edən qruplarda daima müsbət psixoloji iqlim hökm sürür.
Ümumiyyətlə, şəxsiyyətlərarası münasibətlər rəngarəng müsbət hisslərlə bağlıdırsa, sosial qrupda yaranan psixoloji iqlim işgüzarlığın, təşəbbüskarlığın inkişaf etməsinə səbəb olur.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə