Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu



Yüklə 181,46 Kb.
səhifə39/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   35   36   37   38   39   40   41   42   ...   52
Mühazirə Psixologiya

Qrup qütbləşməsi. Kiçik qruplarda özünü göstərən hadisələrdən biri də qrup qütbləşməsi hadisəsidir.
«Qrup qütbləşməsi fenomeni» anlayışı ilk dəfə olaraq 1969- cu ildə S.Moskoviçi və M.Zavolloni tərəfindən irəli sürülmüşdür.
D.Mayersə görə qrup qütbləşməsi qrupun təsiri altında onun üzvlərinin əvvəl mövcud olan ənənələrinin güclənməsi, qrupun rəyinin parçalanması əvəzinə orta ənənənin öz qütbünə köçürülməsindən ibarətdir. D.Mayersin fikrincə, qrup qütbləşməsi fərziyyəsi belə bir qənaətə gəlməyə imkan verir ki, qrupda aparılan müzakirə hər bir yarımqrup üzvləri üçün ümumi olan ilkin ustanovkanın güclənməsinə səbəb olur. Əgər adamlar əvvəlcədən nəyinsə «lehinə» fikir söyləməyə meyllidirlərsə, müzakirə onların mövqelərini yalnız möhkəmləndirir. Əgər onlar nəyinsə «əleyhinə» gedirlərsə, müzakirədən sonra öz etirazlarını daha güclü şəkildə göstərəcəklər.


Mövzu 6
Qrupların psixologiyası (2-ci mühazirə)
Plan:

  1. Qruplarda şəxsiyyətlərarası münasibətlər.

  2. Qruplarda şəxsiyyətlərarası münasibətlərin səviyyələri və növləri.

  3. Şəxsiyyətlərarası seçmə və onun sosiometrik baxımdan təhlili.

Ədəbiyyat:

  1. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1991

  2. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2003, səh.212-257.

  3. Əlizadə Ə.Ə. Məktəbə psixoloji xidmət: problemlər, düşüncələr// Azərbaycan məktəbi, 1993, №3.

  4. Qəhrəmanov M. Sosial psixologiya (Mühazirələr).

  5. Alfred Adler. Sosial maraq.



1. Qruplarda şəxsiyyətlərarası münasibətlər. Qruplarda insanlar birgə yaşayıb və fəaliyyət göstərmələrinə görə onların arasında istər-istəməz qarşılıqlı münasibətlər özünü göstərir. Bu cür mənasibətlər sosial psixologiyada şəxsiyyətlərarası münasibətlər adlandırılır.
Şəxsiyyətlərarası münasibətlər birgə fəaliyyət və ünsiyyət prosesində insanlar arasında təzahür edən subyektiv qarşılıqlı təəssüratdan ibarətdir.
Şəxsiyyətlərarası münasibətlər fərdlərin bir-birini qavraması şəraitində mümkün olur. Şəxsiyyətlararası münasibətlər insanların bir-birində qavradığı və qiymətləndirdiyi ustanovka, meyl, gözləmə, stereotiplər və s. sistemindən ibarətdir. Qavrayış zamanı hər şeydən əvvəl qavranılan adamın anatomik, funksional və sosial keyfiyyətlərinin müəyyən məcmuu əks etdirilir. Bu keyfiyyətlər vəhdətdə olsalar da inikas prosesində birinci yerə sosial cəhətlər keçir.
Başqasına rast gəldikdə birinci növbədə « O kimdir?» sualı meydana gəlir. Bu sual hər şeydən əvvəl fərdin sosial mövqeyini müəyyənləşdirir. Bununla yanaşı olaraq qeyd etmək lazımdır ki, şəxsiyyətlərarası münasibətlərdə subyektiv, psixoloji amillər həll edildiyindən həmin amillər münasibətlər sistemində özünəməxsus iz buraxır. Məhz buna görə də hər bir şəxs qarşılıqlı münasibətdə olduğu adamın subyektiv mövqeyini öyrənməyə çalışır. Bu proses müxtəlif rabitə, yol və vasitələrin köməyi ilə həyata keçirilir. Bu vasitələrin köməyi ilə münasibət saxlanılan şəxsin kim olduğu, onun rəğbət və yaxud əks hisslərlə ətrafdakılara münasibəti, ictimai imkanları və s. aşkara çıxarılır.
Keçmiş nəsillər insan münasibətləri haqqında tədricən zəngin məlumat toplamış və «sosial sxem» yaratmışlar. «Sosial sxem» müəyyən vəzifəni həyata keçirmək üçün şablondan ibarətdir. Hər bir insanın ancaq ona məxsus həyat yolu olsa da, davranış normalarına xas olan üslubda hərəkət etsə də «sosial sxemlərin» insan həyatında və xüsusilə şəxsiyyətlərarası münasibətlərdə rolu böyükdür. İnsan nəinki «sosial sxem» əsasında öz davranışını təşkil edir, o, eyni zamanda başqalarını bu etalonlar əsasında qavrayır.
Etalonlar ictimai həyatda tarixilik səciyyəsi daşıdığından tarixən dəyişir. İnsanın davranış üslubu, onun nitqi, geyimi və s. bu sxemə uyğun olaraq «zamanın tələbləri» səviyyəsinə uyğunlaşdırılır. Məlum olduğu kimi, davranış etalonu tədricən yaranmaqla tez- tez dəyişir. Bu dəyişmələr fərdin daxil olmaq istədiyi qrupların təsiri ilə baş verir.
Müxtəlif qruplarda müxtəlif hadisələrlə əlaqədar olan etalon çoxluğu mövcuddur. Etalon seçilməsinə qrupun təsirindən əlavə fərdin yaş xüsusiyyətlərinin və onun mənsubiyyətinin də təsiri vardır.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə