Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu


Qrupda şəxsiyyətlərarası münasibətlərin növləri



Yüklə 181,46 Kb.
səhifə41/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   37   38   39   40   41   42   43   44   ...   52
Mühazirə Psixologiya

Qrupda şəxsiyyətlərarası münasibətlərin növləri. Sosial psixologiyada şəxsiyyətlərarası münasibətlərin müxtəlif növlərini qeyd edirlər: rəsmi, qeyri rəsmi, şəxsi, işgüzar və s.
Rəsmi münasibətlər rəsmi sənədlərə, normalara uyğun həyata keçirilən şəxsiyyətlərarası münasibətdir. Bu cür münasibətlər rəhbərlə tabe olanlar arasında baş verir. Bu cür qarşılıqlı münasibətlər əvvəlcədən qrupun statusunda öz əksini tapır. Burada qarşılıqlı münasibətin gedişi rəsmi şəkildə həyata keçirilir. Nə rəhbər, nə də tabe olan adam qarşılıqlı münasibətin tələblərindən kənara çıxmır. Hər kəs öz səlahiyyəti çərçivəsində hərəkət edir.
Qeyri-rəsmi münasibətlər isə insanların bir-birinə olan şəxsi münasibətlərinə əsaslanır. Ona görə də bu cür münasibətlər subyektiv xarakter daşımaqla insanların bir-birlərinə olan simpatiyası, antipatiyasında və s. ifadə olunur. Ona görə də çox zaman bu cür qarşılıqlı münasibətləri şəxsi münasibətlər adlandırırlar. Bu cür qarşılıqlı münasibətlər «simpatiya» zəminində əmələ gəlir və qarşılıqlı şəkildə inkişaf edir.
Şəxsi qarşılıqlı münasibətlərin sosial psixologiyada aşağıdakı tiplərini fərqləndirirlər: tanışlıq, yoldaşlıq, dostluq, ər-arvad.
Mütəxəssislərin fikrincə şəxsi qarşılıqlı münasibətlərin kökü insanların hisslər aləmi ilə baglıdır və emosional amillər zəminində formalaşır. Ən geniş şəxsi qarşılıqlı münasibət forması tanışlıqdır. Bu cür qarşılıqlı münasibət özünün üç əsas səciyyəsi ilə fərqlənir: «üzdən tanıyırsan»; «salamlaşırsan» (yalnız qarşılıqlı tanıma zamanı); «salamlaşır və ümumi mövzularda söhbət edirsən». Bu cür tanışlıq zamanı şəxsiyyətlərarası hisslər əsaslı rol oynamır. Yoldaşlıq qarşılıqlı münasibətləri işgüzar təmasa əsaslanır. Bu zaman birgə fəaliyyətin məqsədi, vasitə və nəticələri əlaqələrin saxlanması, vəzifə bölgüsü ilə müəyyənləşir.
Dostluq qarşılıqlı münasibətlərinə gəldikdə insanlar arasındakı bu cür münasibət qarşılıqlı bağlılığa, mənəvi yaxınlığa, maraqların eyniliyinə və s. əsaslanır.
Şəxsi qarşılıqlı münasibətlərin hər bir tipi psixoloji məsafə ilə xarakterizə olunur. Ər-arvad münasibətləri onların arasındakı psixoloji məsafənin xarakterinə görə intim, dostluq münasibətləri, şəxsi, yoldaşlıq və tanışlıq münasibətləri isə sosial münasibətlər kimi formalaşırlar.
Şəxsiyyətlərarası münasibətlərin növlərindən birinin də işgüzar münasibət olduğunu qeyd etdik. Bu cür qarşılıqlı münasibətlər işgüzar əlaqələrin həyata keçirilməsi prosesində baş verir və insanların birgə fəaliyyətinin səmərəliliyinə öz təsirini göstərir.
Sosial psixoloqlar (A.V.Petrovski) qrupların inkişaf səviyyəsindən asılı olaraq dörd növünü: diffuz, assosiasiya, korporasiya, kollektiv qruplar və onlarda qarşılıqlı mynasibətlərin xarakterini vermiş və bunu aşağıdakı şəkildə səciyyələndirmişlər:
1. Diffuz qrupda şəxsiyyətlərarası münasibətlər mövcuddur. lakin onlar qrup fəaliyyətinin məzmunu vasitəsilə ifadə olunmur.
2. Assosiasiyada şəxsiyyətlərarası münasibətlər qrup fəaliyyətinin hər kəs üçün şəxsiyyət baxımından əhəmiyyətli olan məzmunu vasitəsi ilə ifadə olunur.
3. Korporasiyada şəxsiyyətlərarası münasibətlər qrup fəaliyyətinin şəxsiyyət baxımından əhəmiyyətli, lakin ustanovkalarına görə cəmiyyətə zidd məzmunu vasitəsilə ifadə olunur.
4. Kollektivdə şəxsiyyətlərarası münasibətlər qrup fəaliyyətinin şəxsiyyət baxımından əhəmiyyətli və ictimai cəhətdən qiymətli məzmunu vasitəsilə ifadə olunur.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə