Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu


Qruplarda şəxsiyyətlərarası münasibətlərdə seçmənin motivləşməsi



Yüklə 181,46 Kb.
səhifə43/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   39   40   41   42   43   44   45   46   ...   52
Mühazirə Psixologiya

Qruplarda şəxsiyyətlərarası münasibətlərdə seçmənin motivləşməsi. Qruplarda şəxsiyyətlərarası münasibətlərin sosiometrik yolla öyrənilməsi zamanı əldə edilmiş nəticələr istər-istəməz bizi bunun hansı səbəblə bağlı olduğunu öyrənməklə maraqlandırır. Başqa sözlə qrup üzvlərindən birinin digər üzvlərindən biri ilə emosional (eləcə də işgüzar) təması, münasibəti həyata keçirməyə hazır olmasına, digərlərini rədd etməsinə təsir edən motivlər nədən ibarətdir.
Psixologi tədqiqatlar göstərmişdir ki, birbaşa verilən suallara heç də həmişə həqiqi, səmimi cavab almaq mümkün deyildir. Ona görə də psixoloqlar dolayı faktlar əsasında şəxsiyyətlərarası seçmənin motivləşməsini eksperimental yolla öyrənilməsinin vacibliyini qeyd etmişlər.
Bu cəhəti nəzərə alan A.V.Petrovski və M.Q.Yaroşevski xüsusi eksperimental metodika hazırlamış və burada motivləşməni aşkara çıxarmaq üçün aşağıdakı cəhəti nəzərə almışlar. Şagird L-ə özünə parta yoldaşı seçmək ixtiyarı verilmişdir? O, məsələn, N-i və ya S-i deyil K-nı seçərkən hansı motivlərə əsaslanmışdır? Bu zaman L-in mümkün olan fikir gedişinə nəzər salaq: «K – şən və diribaşdır… onunla darıxmırsan, o hətta ən cansıxıcı dərs zamanı əyləncəli, gülməli bir şey tapır, onunla vaxt hiss edilmədən gəlib keçir. Lakin doğrusu o, bilmədiyimi xəlvətcə mənə deməyi bacarmır. Ondan köçürməyə də dəyməz, onun səhvləri mənimkindən daha çox olur. N- ? O həmişə hər şeyi bilir, onun dəftəri mənim ixtiyarımda olacaq, hər şeyi köçürə və hər şey barədə ondan soruşa biləcəm. Lakin dərsdə onunla gülmək mümkün deyil… kimi seçim?» Şübhəsiz, əgər seçim K- ın üzərinə düşürsə burada üstün motiv vaxtı şən keçirməkdən ibarət olacaqdır. Lakin N- in üzərinə düşərsə burada ondan köçürmək marağı əsas motiv kimi özünü göstərəcəkdir. Bütün bunlar eksperimentin proqramını müəyyənləşdirməyə imkan verir. Şagirdlərə müxtəlif sıraları tərtib etmək tapşırılır. Birinci növbədə sosiometrik cəhətdən səhmana salınmış sıranı tərtib etmək tapşırığı verilə bilər (təlimat: «birinci növbədə, ikinci növbədə və üçüncü növbədə və s. kiminlə bir partada oturmaq istərdin?»), sonra təlim fəaliyyəti və ünsiyyət üçün zəruri olan keyfiyyətlə bağlı sıranı tərtib etmək tapşırılır (təlimat: «göstər, sinifdə sənə kiminlə həmişə şən keçir – birinci növbədə, ikinci növbədə, üçüncü növbədə və s.) Bu sıra tərtib edildikdən sonra yeni təlimat verilir: sinifdə birinci növbədə, ikinci növbədə və s. çətin təlim şəraitində kimin sənə kömək göstərə biləcəyini göstər. Əgər sosiometrik sıra keyfiyyətlə bağlı sıranın birinci sırası ilə uyğun gələrsə (yaxud yaxın olarsa) seçmənin motiviasiya özəyinə ünsiyyətdə komforluluq, rahatlıq, əgər sosiometrik seçmə ikinci sıraya yaxın olarsa tədrisdə kömək gözləmək motivi daxil olur. Ranqların korrelyasiya kooffisentindən istifadə etməklə bu sıralardan hansının şəxsiyyətlərarası seçmənin motivasiya özəyini təşkil etdiyini müəyyənləşdirmək mümkündür.
Motivasiya özəyi üstünlüyünün müəyyənləşdirilməsi daima bu qrupda sosiometrik göstəricisinin nə üçün məhz bu cür olması, nə üçün qrupun bu və ya digər cəhətə üstünlük verməsi, qrup üzvlərinin bir qisminin «ulduzlar» kateqoriyasına, başqalarının isə «səfillər» kateqoriyasına aid edilməsi sualları meydana çıxdıqda onlara cavab vermək, qarşılıqlı münasibətləri anlamağa imkan verir.
Psixoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, şəxsiyyətlərarası münasibətlər strukturunda partnyorun seçilməsinin motivasiya özəyinin məzmunu həmin qrupun nail olduğu inkişaf səviyyəsinin göstəricisi rolunu oynaya bilər. Qrupun formalaşmasının ilk mərhələsində seçmə bilavasitə emosional boyalıqla xarakterizə olunur, partnyorun seçilməsi üçün orientasiya daha çox zahiri üstünlükləri ilə bağlı olur (ünsiyyətlilik, zahiri cəlbedicilik, geyim üslubu və s.). Daha yüksək inkişaf səviyyəsinə malik olan qrupda isə seçmə təkcə ilk təəssüratdan doğan hisslər əsasında deyil, birgə fəaliyyət zamanı aşkara çıxan daha dərin şəxsi keyfiyyətlərin qiymətləndirilməsi əsasında baş verir.
Qrupun inkişaf səviyyəsindən asılı olaraq şəxsiyyətin dünyagörüşünü, əməyə münasibətini xarakterizə edən keyfiyyətlərin «qiyməti» artır.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə