Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


Türkiyə üzərində dövlətlərin qəyyumluğu, boğazlar haqqında 1841-ci il sazişi



Yüklə 143,99 Kb.
səhifə15/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   11   12   13   14   15   16   17   18   ...   33
Movzu-12-Turkiyə

Türkiyə üzərində dövlətlərin qəyyumluğu, boğazlar haqqında 1841-ci il sazişi
Gülxana fərmanının elan olunması Türkiyəni Avropa dövlətlərinin "qəyyumluq" siyasətindən xilas etmədi. Nəticədə Türkiyə, İngiltərə, Rusiya, Avstriya və Prussiya arasında razılaşmaya görə 1840-cı il iyulun 15-də Londonda saziş imzalandı. Bu saziş "Osmanlı imperiyasının bütövlüyü və istiqlaliyyətini təmin etmək üzərində nəzarət" pərdəsi adı altında Avropa dövlətlərinin Türkiyə üzərində "qəyyumluğunu" yaratdı. Saziş Rusiya da daxil olmaqla bütün dövlətlərin hərbi gəmilərinin Bosfor və Dardanelə gəlməsinin qadağan olunmasını nəzərdə tuturdu. Nəhayət, Məhəmmədəliyə verilməli olan tələblər də sazişdə ifadə olunmuşdu. Bunlar rədd ediləcəyi halda saziş bağlamış dövlətlər silahlı müdaxiləyə əl atacaqlarını öhdələrinə götürmüşdülər. Məhəmmədəlinin tərəfini saxlayan Fransa sazişi imzalamaqdan imtina etdi. Məhəmmədəli ona verilən ultimatumu əvvəl rədd etdi. Lakin ingilis donanması Beyrutu və Suriyanın başqa limanlarını bombardman etdikdən sonra İsgəndəriyyəni bombardman etmək təhlükəsi yaranmışdı. İbrahim paşa Suriyada məğlub edildikdən sonra əlacsız və köməksiz qalan Məhəmmədəli tabe olmağa məcbur oldu və yalnız Misirin nəsli hakimi olaraq qaldı. Məhəmmədəli sultana bac xərac verməyi 200 minlik ordusunu 18 min nəfərədək azaltmağı, müsadirə edilmiş donanmanı sultana qaytarmağı öhdəsinə götürdü və 1838-ci il ingilis-türk ticarət müqaviləsinin şərtləri ilə razılaşmağa məcbur edildi.
1840-cı il sazişinin davamı olmaq etibarilə, 1841-ci il iyulun 13-də Londonda boğazlar haqqında xüsusi saziş bağlandı. 1840-cı il sazişini qəbul etmiş dövlətlər, həmçinin 1840-cı il sazişini imzalamamış Fransa da bu sazişi imzaladı. Bu saziş mahiyyətinə görə bütün dövlətlərin hərbi gəmilərinin boğazlardan keçməsini qadağan edirdi. Bununla da ilk növbədə Rusiyanın Qara dəniz donanması buradakı imkanından məhrum oldu. Bundan sonra boğazlar rejimi keçmişdə olduğu kimi ikitərəfli sazişlərlə deyil, beynəlxalq sazişlə müəyyən edilirdi. Bu saziş əslində boğazları Türkiyənin səlahiyyətindən kənarlaşdırırdı. Beləliklə, həmişə olduğu kimi Türkiyə-Misir münaqişəsindən ən çox İngiltərə qazandı. İngiltərə Məhəmmədəlini öz yolu üzərindən kənar etdi, Yaxın Şərqdə Fransanın və boğazlarda Rusiyanın mövqeyini zəiflətdi və Osmanlı imperiyasının siyasətinə ən çox təsir göstərən dövlətə çevrildi.
Avropa dövlətlərin Türkiyə-Misir münaqişəsinə müdaxiləsi, onların Türkiyə üzərindəki qəyyumluğunun yeganə timsalı deyildi. Suriya və Livandakı münaqişələr, həmçinin 40-cı illərdə Türkiyə-İran sərhəd ixtilafları da onların yaxından iştirakı ilə "həll edilmişdi". Bununla yanaşı koalisiya qüvvələri bundan sonra Türkiyədəki ermənilərin "vəziyyətindən" də müdaxilə üçün bəhanə kimi istifadə etməyə başladılar. 1848-ci ildə Moldaviya və Valaxiyada xalq üsyanının yatırılmasında türk qoşunları ilə birlikdə rus orduları da iştirak etdi. Beləliklə, XIX əsrin 30-40-cı illərində Türkiyənin Avropa dövlətlərinin yarımmüstəmləkəsinə çevrilməsi ticarət əlaqələri qurmaq üçün ilkin siyasi zəmin hazırladı. Eyni zamanda müvafiq ilkin iqtisadi əlaqələr yaranmaqda idi.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə