Mövzu 5 İşçi qüvvəsinin beynəlxalq miqrasiyası



Yüklə 308,85 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix01.11.2017
ölçüsü308,85 Kb.
#7761
1   2   3   4   5   6   7   8   9   10

deyil.  Lakin  miqrasiyanın  mənfi  iqtisadi  effektləri  onun  müsbət  effektlərini  üstələyə  bilər.  Bu 

mənfi  effektlərdən  biri  immiqrantların  daha  inkişaf  etmiş  ölkələrin  büdcələrinə  əlavə  maliyyə 

yükü  olmalarından  irəli  gəlir.  Bu  inkişaf  etmiş  ölkələrin  inkişaf  etməkdə  olan  ölkələrlə  ümumi 

sərhədləri olduqda və ya onlar bir-birlərinə nisbətən yaxın yerləşdikdə özünü daha aydın göstərir. 

Tipik nümunələr  kimi  ABŞ və  Meksikanı, Fransa  və  Məğrib  ölkələrini, Almaniya  və Türkiyəni 

göstərmək  olar.  Bu  cür  yaxın  qonşuluq  leqallarla  yanaşı  qeyri-leqal  immiqrantların  da  axınına 

səbəb olur. Bu isə miqrantlara maddi dəstək və ya deportasiya üçün əlavə maliyyə xərclərini tələb 

edir. Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, ABŞ-da daim 4 milyon, Qərbi Avropada 

3 milyon qeyri-leqal immiqrant yaşayır. 

İşçi  qüvvəsinin  beynəlxalq  miqrasiyasının  yaratdığı  problemlər  dövlət  və  dövlətlərarası 

tənzimləmənin  geniş  sisteminin  yaranmasına  gətirib  çıxarmışdır.  Dövlətin  işçi  qüvvəsinin 

beynəlxalq  hərəkətinə  müdaxiləsi  onun  beynəlxalq  ticarətin  tənzimlənməsində  iştirakından  daha 

əvvəl  başlanmışdır.  Hələ  XVIII  əsrin  sonunda  İngiltərədə  sənaye  işçilərinə  xaricə  emiqrasiyanı 

qadağan  edən  qanun  qəbul  edilmişdi.  XIX  əsr  ərzində  bir  çox  Avropa  ölkələri  arzuolunmaz 

şəxslərin ölkəyə gəlməsini məhdudlaşdıran qanunlar qəbul etmişdilər. Elə həmin vaxtdan etibarən 

ölkələr miqrasiyanı tənzimləyən ikitərəfli müqavilələr imzalamağa başlamışlar. 

İşçi  qüvvəsinin  beynəlxalq  miqrasiyasının  həm  ixracatçı,  həm  də  idxalatçı  ölkələr  üçün 

mənfi  və  müsbət  nəticələrə  gətirib  çıxarması  onun  tənzimnlənməsi  üçün  tədbirlər  planının 

işlənməsini  tələb  edir.  Milli  iqtisadiyyatın  normal  fəaliyyətinin  təmin  edilməsinə  yönəlmiş  bu 

tədbirlər dövlət miqrasiya siyasəti çərçivəsində həyata keçirilir. 



Dövlət miqrasiya siyasəti işçi qüvvəsinin ixracı və idxalı proseslərinin tənzimlənməsi üzrə 

dövlətin  məqsədyönlü  fəaliyyətidir.  İşçi  qüvvəsinin  miqrasiyasının  dövlət  tənzimlənməsi 

miqrantların, yerli işçilərin hüquqlarını qorumaq, həmçinin işçi qüvvəsinin ixracatçı və idxalatçı 

ölkələrinin maraqlarının qarşılıqlı müdafiəsinin təmin ediməsi məqsədlərini daşıyır. 

Əksər  ölkələrin  qanunvericilikləri  ilk  növbədə  immiqrantlar  (daimi  yaşamaq  üçün  ölkəyə 

gələn  şəxslər)  və  qeyri-immiqrantlar  (müəyyən  müddətə  ölkəyə  gələn  və/və  ya  daimi  yaşayışa 

iddia  etməyən  şəxslər)  arasında  dəqiq  fərqi  müəyyən  edir.  Qeyri-immiqrantların  əhəmiyyətli 

müddət  ərzində  ölkədə  qalıb  işlədiklərinə  baxmayaraq,  iqtisadi  nöqteyi  nəzərdən  əmək 

miqrasiyasının tənzimlənməsi daha vacibdir. 

Hazırda demək olar ki, bütün dünya dövlətləri əhalinin xarici əmək miqrasiyası sferasında 

baş  verən  prosesləri  aktiv  surətdə  tənzimləyir.  Əmək  miqrasiyası  proseslərinin  institusional 

cəhətdən  təmin  edilməsi  üçün  hökumətlərin  nəzdində  ixtisaslaşmış  qurumlar  və  komitələr 

yaradılır. Əmək miqrasiyası üzrə səlahiyyətli qurum kimi müxtəlif ölkələrdə müxtəlif nazirliklər 

çıxış edir: Portuqaliyada bu funksiyanı Xarici İşlər Nazirliyi, İspaniyada, Macarıstanda, Polşada, 

Çexiyada,  Hindistanda  və  Filippində  Əmək  Nazirliyi,  İndoneziyada  və  Tailandda  Daxili  İşlər 

Nazirliyi yerinə yetirir. Rusiyada isə Federal Miqrasiya Xidməti göstərir. 

Əmək  miqrasiyasının  tənzimlənməsini  təmin  edən  normativ-hüquqi  baza  özündə  ölkə 

Konstitusiyasının müvafiq maddələrini, milli emiqrasiya qanunvericiliyini, ikitərəfli və çoxtərəfli 

beynəlxalq sazişləri əks etdirir. Buna əlavə olaraq bir sıra ölkələrdə xüsusi emiqrasiya proqramları 

qəbul edilir. 

Dövlət  miqrasiya  siyasəti  iki  yerə  -  emiqrasiya  və  immiqrasiya  siyasətlərinə  bölünür  ki, 

onların da bir-birlərindən fərqli məqsədləri və tənzimləmə metodları vardır. 

Emiqrasiyanın  iqtisadiyyata  və  demoqrafik  vəziyyətə  ikicəhətli  təsiri  dövlətin  emiqrasiya 

siyasətində də öz əksini tapır. 



Emiqrasiya siyasətinin aşağıdakı istiqamətlərini fərqləndirmək olar: 


 

əmək miqrasiyasının stimullaşdırılması; 



 

əmək miqrasiyasının məhdudlaşdırılması; 



 

reemiqrasiya üçün şəraitin yaradılması; 



 

reemiqrantların vətəndə adaptasiyası üçün şəraitin yaradılması. 



İşçi qüvvəsinin ixracının dövlət tənzimlənməsinin, yəni emiqrasiya siyasətinin məqsədləri 

aşağıdakılardır: 

 

miqrantları qəbul edən ölkələrdə işçi-emiqrantların hüquq və maraqlarının müdafiəsi; 



 

milli  işçi  qüvvəsinin  ölkədən  getməsindən  irəli  gələ  biləcək  itkilərin  kompensasiya 



edilməsi. 

Emiqrasiya  siyasətinin  əsasını  emiqrasiya  tsiklinin  bütün  üç  fazasının  –  işçinin  ölkədən 

getməsi, xaricdə işləməsi və vətənə dönməsi – tənzimlənməsi təşkil edir. 

Emiqrasiya  siyasəti  əlverişli  emiqrasiya  mühitinin  yaradılmasına  yönəldilmiş  dolayı 

tənzimləmə  metodlarından və emiqrasiya axınlarının həcminin və strukturunun tənzimlənməsinə 

yönəlmiş birbaşa metodlardan istifadə edir. 

Dolayı metodlara aiddir: 

1)

 



xaricdən valyuta köçürmələrinin dəstəkləyən valyuta və bank siyasəti; valyuta əmanətləri 

üzrə  güzəştlərin  təqdim  edilməsi  (daxili  əmanətlərə  nisbətən  daha  yüksək  faizlər,  xarici 

valyuta  köçürmələrinə  güzəştli  poçt  və  teleraf  tariflərinin  təqdim  edilməsi  və  s.);  işçi-

miqrantlara vergiyə cəlb edilməyən qiymətli kağızların satışı; 

2)

 

geri qayıdan emiqrantlar üçün gömrük güzəştləri nəzərdə tutan gömrük siyasəti. Məsələn, 



Banqladeşdə  hökumət  miqrantlara  ölkəyə  40  adda  məhsulu  (xammaldan  tutmuş  zinət 

aşyalarına qədər) gətirərkən gözəştli tariflərdən istifadə etməyə şərait yaradıb; 

3)

 

bir  sıra  ölkələrdə  qəbul  edilən  və  işçilərin  xaricdən  geri  qaytarılmasını  və  onların  ölkə 



daxilində işlə təmini nəzərdə tutan xüsusi emiqrasiya proqramları; 

4)

 



mənzil tikintisi və ya alınması üçün reemiqrantlara kreditlərin və güzəştlərin verilməsi

5)

 



reemiqrantlara şəxsi biznes təşkili üçün kreditlərin verilməsi. 

Birbaşa metodlara aiddir: 

1)

 

əmək  miqrasiyasının subyektləri  –  vasitəçi firmalar  və işçi-miqrantlara  qarşı  irəli  sürülən 



sərt  tələblər.  Bu  tələblərə  görə  firmalar  emiqrantların  işəgötürülməsi  və  normal  həyat 

şəraitinin təmin edilməsi üzrə maliyyə və hüquqi təminatlar təqdim etməlidirlər

2)

 

xarici  ölkələrin  bazarlarında  iş  yerlərinin  əldə  edilməsinə  yönəlmiş  ekspansiya  siyasəti. 



Məsələn,  elə  cür  mütəxəssislərin  xaricə  getməsi  dəstəklənir  ki,  onların  xaricdə  fəaliyyət 

göstərmələri yerli məhsulların ixracını tələb edəcək

3)

 

struktur siyasəti. Onun əsas elementləri kimi aşağıdakıları göstərmək olar: 



a)

 

xarici  pasportların  verilməsinin  limitləşdirilməsi  (Birma,  Vyetnam,  Çin,  Cənubi 



Koreya); 

b)

 



müəyyən  kateqoriya  işçilərin  xaricə  getməsinə  qadağa  (birbaşa  və  ya  dolayı)  və 

emiqrasiya  kvotalarının  tətbiqi  (Cənubi  Koreya,  Filippin  və  Banqladeş  neftçilərin, 

rabitəçilərin, təyyarələrin təmiri üzrə texniklərin xaricə getmələrini kvotalaşdırır); 

c)

 



dövlət  hesabına  təhsili  başa  çatdırdıqdan  sonra  ölkədə  işləmək  üçün  məcburi  olan 

müddətin müəyyən edilməsi. 



İmmiqrasiya  siyasəti  milli  əmək  bazarını  nəzarət  edilə  bilməyən  miqrant  axınından 

müadfiə etmək, miqrantların əməyindən rasional istifadənin təmin edilməsi məqsədlərini daşıyır. 




Yüklə 308,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə