Mövzu 5 İşçi qüvvəsinin beynəlxalq miqrasiyası



Yüklə 308,85 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix01.11.2017
ölçüsü308,85 Kb.
#7761
1   2   3   4   5   6   7   8   9   10

 

 

Əmək  miqrasiyasının  yaranması  dünya  təsərrüfatının  formalaşması  və  inkişafı  ilə 



əlaqədardır.  Dünya  iqtisadi  inkişafının  qlobal  xarakteri,  ölkələrin  daha  aktiv  şəkildə  dünya 

təsərrüfatına  cəlb  edilməsi,  ölkələrin  qarşılıqlı  asılılığı  və  onların  iqtisadi  inkişaflarında  olan 

qeyri-bərabərlik miqrasiyanın səbələrini doğurmuşdur. 

İşçi qüvvəsinin miqrasiyası iki qrup amillərin təsiri altında baş verir: 

1)

 

Qeyri-iqtisadi  amillər,  məsələn,  siyasi-hüquqi  (məsələn,  1975-ci  ildə  kommunistlərin 



qələbəsindən sonra Vyetnamdan qaçqın axınları), dini, etnik, ailəvi amillər. Son onillikdə 

ekoloji, təhsil-mədəni və psixoloji amillərin də miqrasiyaya təsiri artıb. 

2)

 

İqtisadi amillərİqtisadi amillərə aiddir: 



 

ölkələrin  iqtisadi  inkişaf  səviyyələrində  olan  müxtəliflik  işçi  qüvvəsinin  dəyərində 



kəskin fərqlərə gətirib çıxarır ki, nəticədə də işçi qüvvəsi əməyin ödəniş səviyyəsinin, 

yəni əmək haqqının daha yüksək olduğu ölkələrə doğru istiqamətlənir

 

ayrı-ayrı ölkələrin əmək resursları ilə fərqli səviyyədə təmin olunmaları; 



 

milli əmək bazarının vəziyyəti, məsələn, zəif inkişaf etmiş ölkələrdə milli əmək bazarı 



xroniki  işsizlik  şəraitində  inkişaf  edir  ki,  bu da  insanları  digər  ölkələrdə  iş  axtarmağa 

məcbur edir; 

 

əmək  resurslarının  kəmiyyət  və  keyfiyyət  xüsusiyyətlərinin  milli  istehsalın  maddi-



texniki bazasına uyğunsuzluğu. 

Bütün  bunlarla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  sənayecə  inkişaf  etmiş  ölkələrdə 

miqrasiyanın vacib motivi kimi özünütəsdiq məqsədilə konkret iş yerinin axtarışı da çıxış edir. 

İşçi  qüvvəsinin beynəlxalq miqrasiyasının intensivliyi bir sıra  amillərdən  asılıdır. Onların 

sırasında aşağıdakıları göstərmək olar: 

 



dünya iqtisadi inkişafının qlobal xarakteri və ölkələrin qarşılıqlı asılılığının artması; 

 



elmi-texniki  tərəqqinin  inkişafı  ixtisaslı  işçi  qüvvəsinə  olan  ehtiyacı  artırır,  yeni  peşələrin 

yaranmasına səbəb olur və mövcud iş qüvvəsinə tələbin dəyişməsinə gətirib çıxarır; 

 

iqtisadiyyatın  struktur  yenidənqurması,  yəni,  xarici  iqtisadi  fəaliyyətin  liberallaşdırılması 



ilə  müşaiyət  olunan  bazar  iqtisadiyyatına  keçid  ölkənin  xarici  miqrasiya  dövriyyəsinin 

kəskin artımına səbəb olur

 

kapital  ixracı,  transmilli  şirkətlərin  fəaliyyəti  işçi  qüvvəsinin  kapitalla  birləşməsinə  şərait 



yaradaraq  ya  işçi  qüvvəsini  kapitala  doğru  yönləndirir,  ya  da  kapitalı  əməkdən  bol  olan 

ölkələrə köçürür; 

 

ayrı-ayrı  ölkələrin  iqtisadiyyatlarının  və  ümumilikdə  dünya  iqtisadiyyatının  yerləşdikləri 



iqtisadi  tsikl  fazaları:  yüksəliş  fazasında  işçi  qüvvəsinə  tələb  artır,  böhran  fazasında  isə 

aşağı düşür; 

 

dünya  təsərrüfatında  baş  verən  iqtisadi  inteqrasiya  prosesləri  bu  prosesə  qoşulan  ölkələr 



arasında  işçi  qüvvəsinin  beynəlxalq  miqrasiyasını  stimullaşdırır  və  bu  ölkələr  öz 

növbəsində işçi qüvvəsini cəlb edən yeni mərkəzlərə çevrilirlər

 

beynəlxalq informasiya  sisteminin genişlənməsi, həmçinin nəqliyyat vasitələrinin inkişafı 



və ucuzlaşması. 

 

5.3. İşçi qüvvəsinin miqrasiya “dalğaları”, miqrasiya mərkəzləri və  



miqrasiyanın müasir meylləri 

 



 

İstənilən  iqtisadi  proses  öz  inkişafında  müxtəlif  mərhələlərdən  keçir  ki,  onlar  da  bir-

birlərindən  kəmiyyət  və  keyfiyyət  parametrlərinə  görə  fərqlənirlər.  İqtisadi  səbəblər  nəticəsində 

miqrant  axınları  bir  qayda  olaraq  aşağı  gəlirli  ölkələrdən  yüksək  gəlirli  ölkələrə  doğru 

istiqamətlənir.  II  dünya  müharibəsindən  sonra  beynəlxalq  miqrasiyanın  istiqamətləri  iqtisadi 

şəraitin dəyişməsi nəticəsində daim tərəddüdlərə məruz qalmışdır. 

 

İşçi  qüvvəsinin  miqrasiyası  bir  çox  yüzillik  bundan  əvvəl  yaranıb  və  o  vaxtdan  ciddi 



dəyişikliklərə  məruz  qalıb.  İşçi  qüvvəsinin  ilk  kütləvi  hərəkəti  qulların  Afrikadan  Amerika 

qitəsinə  məqsədyönlü  daşınması  olub  ki,  bunun  da  nəticəsində  XVII-XIX  əsrlərdə  Afrikanın 

əhalisi  xeyli  azalmışdı.  Köçmə  prosesi  XVIII  əsrin  sonları  XIX  əsrin  əvvəllərində,  əhali 

kütlələrinin müxtəlif səbəblərdən Avropadan Amerikaya hərəkəti zamanı xüsusilə geniş masştab 

almışdı. 

 

Quldarlığın ləğvindən sonra ABŞ-a  Avropadan ikinci iri emiqrasiya dalğası başladı. XIX 



əsrin  birinci  yarısında  sənaye  işçilərinin  beynəlxalq  miqrasiyası  üstünlük  təşkil  edirdisə,  həmin 

əsrin sonuna miqrasiyaya daha çox müflisləşmiş kəndlilər cəlb edilmişdi. 

 

XIX əsrin ortalarında müasir miqrasiyanın tarixində ən əhəmiyyətli hadisələrdən biri qeydə 



alınmışdır.  Belə  ki,  XIX  əsrin  40-cı  illərində  “kartof  aclığı”  nəticəsində  İrlandiyadan  ABŞ-a 

emiqrasiya “püskürməsi” baş vermişdir. 

 

XIX  əsrin  80-ci  illərində  İtaliyadan  və  Şərqi  Avropa  ölkələrindən  ABŞ-a  geniş  həcmli 



miqrasiya  Avropada  yetişdirilən  buğdanın  qiymətinin  kəskin  şəkildə  aşağı  düşməsi  ilə  əlaqədar 

idi.  


XIX  əsrin  sonlarında  ABŞ-da  iqtisadi  konyukturanın  pisləşməsi  nəticəsində  bu  ölkəyə 

miqrant axını kəskin surətdə azaldı. Lakin iqtisadi canlanmanın başlanması ilə axın yenidən geniş 

vüsət aldı. Bu dövrdə işçi qüvvəsinin geniş həcmli miqrasiyasının səbəbləri kimi bir sıra Avropa 

ölkələrində  aqrar  köçmələri,  Avropada  mövcud  olan  işsizliyi,  ABŞ-da  işləmək  üçün  əlverişli 

şəraitin olmasını göstərmək olar. 

Avropadan  ABŞ-a  növbəti  miqrasiya  dalğası  ötən  yüzilliyin  20-ci  illərində  qeydə 

alınmışdır.  Bu  dövrdə  yuxarıda  qeyd  olunan  səbəblər  sırasına  I  dünya  müharibəsinin  nəticələri, 

müharibədən sonrakı çətinliklər də əlavə edilmişdi. 

II dünya müharibəsindən sonra dünya əmək bazarına elmi-texniki və yüksək ixtisaslı işçilər 

çıxmağa  başladılar.  Bu  zaman  ABŞ-a  işçi  qüvvəsinin  miqrasiyasının  3  yeni  axını  qeydə 

alınmışdır. Birinci axın kimi “beyin axını”nı, yəni yüksək ixtisaslı mütəxəssislərin və onların ailə 

üzvlərinin Şimali Amerikaya sabit axınını göstərmək olar. İkinci axın kimi Macarıstandan (1956-

cı  ildə  xalq  üsyanının  boğulmasından  sonra),  Vyetnamdan  (1974-1975-ci  illərdə,  müharibənin 

bitməsindən sonra) və Kubadan (1980-ci ildən sonra) qaçqın axınlarını qeyd etmək olar. Üçüncü 

axın  kimi  isə  ABŞ-a  Meksika,  Karib  hövzəsi  ölkələri  və  Asiyadan  əsasən  aşağı  ixtisaslı  işçi 

qüvvəsi axını fərqləndirilir. 1990-cı illərdə  bütün immiqrantların 84%-i ABŞ-a  bu üç  regiondan 

gəlib. 

XIX-XX  əsrin  əmək  miqrasiyası  proseslərində  Çindən  Cənub-Şərqi  Asiya  ölkələrinə  və 



Şimali Amerikaya əhali miqrasiyası xüsusi rol oynamışdır. Köçmə xarakteri daşıyan bu axın 70-

100 milyon nəfər həcmində qiymətləndirilir. 

II  dünya  müharibəsindən  sonra,  xüsusilə  də  1960-cı  illərin  əvvəllərində  Avropada  işçi 

qüvvəsinin  miqrasiyasının  kifayət  qədər  intensiv  prosesləri  qeydə  alınıb.  İspaniya,  Portuqaliya, 

Yunanıstan,  Yuqoslaviya,  Türkiyədən  olan  işçilər  Avropanın  sənayecə  inkişaf  etmiş  ölkələrinin 

iqtisadiyyatında  aktiv  şəkildə  istifadə  edilməyə  başlanıb.  Xarici  işçi  qüvvəsi  Avropa  Birliyi 

ölkələrinin təsərrüfatlarının müvəffəqiyyətlə funksiya göstərməsi üçün vacib bir amilə çevrilib. 



Yüklə 308,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə