Mövzu Komanda işi anlayışı



Yüklə 255,89 Kb.
səhifə11/20
tarix23.12.2023
ölçüsü255,89 Kb.
#156352
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
UNEC 1697617103

Üzvlərin üstünlükləri – təşkilatın hər bir əməkdaşı komanda üzvü deyildir. Bir çox işçilər özlərini komandadan kənar hiss edə bilərlər. Əgər insanlar tək işləmək istəyirlərsə komanda ruhunun formalaşmasına mənfi təsir göstərə bilər.


Komanda prosesləri
Komanda effektivliyinə müsbət təsir edən son amil ümumi məqsədin həyata keçirilməsində üzvlərin iştirakı, xüsusi komanda məqsədlərinin yaradılması, komanda özünəinam, münaqişə səviyyəsinin idarəedilməsi və sosial təsirin azaldılmasından ibarətdir. Bu amillər böyük komandalarda daha əhəmiyyətlidir.
Ümumi plan və məqsəd – effektiv komandalar komandanın missiyasının təhlilini həyata keçirir, bu missiyanın icrası məqsədilə hədəflərin inkişafını planlaşdırır və bu hədəflərə nail olmaq məqsədilə lazımi strategiyalar yaradırlar.
Xüsusi məqsədlər – uğurlu komandalar özlərinin ümumi məqsədlərini xüsusi, ölçüləbilən və real icra məqsədlərinə çevirir. Xüsusi məqsədlər aydın əlaqələrin yaradılmasına səbəb olur.
Komanda özünə inam – effektiv komandalar uğur qazanacaqlarına inanırlar. Buna komandanın özünə inamı deyilir. Uğur əldə edən komandaların gələcək müvəffəqiyyətlərinə inanır və bununla da daha ciddi işləməyə sövq olunurlar. Komandanın özünəinamını artırmaq üçün menecer nə etməlidir? Bu işdə əsas məsələ üzvlərin texniki və birgə işləmək bacarıqlarının artırılması məqsədilə müvafiq treyninqlər təşkil etməlidir. Komanda üzvlərinin bacarıqları artıqda onların özlərinə inamı artacaqdır.
Münaqişə səviyyəsi – gələcək mühazirədə öyrənəcəyik ki, komandada münaqişə heç də mənfi hal deyildir, lakin onun səviyyəsi yüksək olmamalıdır.
Beləliklə kollektivin sosial statusunu aşağıdakı kimi göstərmək olar:

  1. Cinsə görə: qadın, kişi

  2. Yaşa görə: 20 yaşa qədər, 20-30 yaş arası, 30-40 yaş arası, 40-50 yaş arası, 50-60 yaş arası. 60 yaşdan yuxarı

  3. İş stajı: 3 ilə qədər, 3-5 il, 5-10 il, 10-15 il, 15-20 il, 20-30 il və s.

  4. Təhsili: orta, orta ixtisas, natamam ali, tam ali və s.

  5. Sosial mənşəyi: fəhlə, kəndli, qulluqçu, ziyalı, sahibkar və s.

  6. Etnik mənsubiyyəti: azərbaycanlı, ləzgi, talış, ingilis və s.

  7. Ailə vəziyyəti: subay, evli

  8. Motivasiya növü: özünümativasiya, mənəvi-psixoloji, maddi, məcburi

  9. Proqressivliyi: yüksək, orta, zəif

  10. Həyat tərzi: yüksək, orta, aşağı

  11. Mülki münasibəti: muzdlu, səhmdar

və s.
İnsanların davranışı müsbət və mənfi nəticə verə bilir. Bu səbəbdən kollektivdə rolların strukruruna diqqət yetirək



Yüklə 255,89 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə