0 Qs Qqb Q* D
Şəkil 2.10 “Qara bazarın” yaranması.
Şəkildə Eqb nöqtəsinə kölgə qiyməti uyğun gəlir. Deməli, həmin qiymət azad rəqabətli bazarda müvazinətlik qiymətindən yüksəkdir. SS və SS1 təklif əyrilərinin fərqləri satıcıların əmtəəni açıq ticarətə deyil, qeyri-leqal bazarlara verməsi ilə əlaqədar risklərinin haqqını təşkil edir. Beləliklə, qiymət qoymanın bazar mexanizminin yuxarı və ya aşağı hədlə məhdudlaşdırmasından asılı olmadan inzibati tənzimlənmədə realizə olunan əmtəələrin həcminin ixtisarına səbəb olur. Bazar qiymətinin qoyulmasına inzibati müdaxilə bəzən gizli iqtisadiyyatın formalaşması və inkişafına şərait yaradır.
Dövlətin bazar proseslərinə təsiri üsullarından biri də əmtəə bazarına müraciət edənlərin sayının tənzimlənməsidir. Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə belə alətlərə lisenziya və kvotalar aid edilir. Belə alətlər satılan və ya alman, xüsusilə ixrac-idxal əməliyyatlarında nemətlərin maksimal mümkün olan miqdarmı təyin edir. Aydındır ki, onlar azad bazardakı müvazinətli miqdardan az olmalıdır, çünki əks halda məhdudiyyət heç bir təsir göstərməz. Bu halda kvota həcminə nail olduqda, kvota verilmiş əmtəənin təklif əyrisi şaquli xarakterli olub, onun qiyməti azad bazardakı müvazinətli qiymətə nisbətən yuxarı olur. Deməli, satılan əmtəənin miqdarı müvazinətli səviyyədən az olacaqdır. Dövlətin bazar müvazinətliyinə təsirinin təhlilini yekunlaşdıraraq, qeyd edək ki, heç bir ölkə ondan imtina etmir. Lakin bu halda inzibati müdaxilənin nəticələrini düzgün müəyyən etmək vacibdir və seçilən alətlər nəzərdə tutulan məqsədlərə müvafiq olmalıdır. Tələb və təklif modeli ilə bazar qiymətlərinin tənzimlənməsinin müxtəlif proqramları və onların xərclərinin nəticələrini görmək olar.
Əsas anlayışlar.
Bazar
Bazar mexanizmi
Tələb
Tələbin həcmi
Alınmanın həcmi
Tələb cədvəli
Tələb əyrisi
Tələb qanunu
Təklif
Təklifin həcmi
Satışın həcmi
Təklif əyrisi
Təklif qanunu
Tələb artıqlığı (defisit)
Təklif artıqlığı (artıqlıq)
Bazar müvazinətliyi
Müvazinətli həcm və qiymət
Qarşılıqlı əvəz olunan əmtəələr
Qarşılıqlı tamamlanan əmtəələr
Normal əmtəə
Aşağı keyfiyyətli nemət və ya aşağı keyfiyyətli əmtəə İstehlakçılar bazarı İstehsalçılar bazarı Vergi və subsidiyalar Qiymətin yuxarı və aşağı həddi Gizli iqtisadiyyat ("qara bazar")
Özünü yoxlama sualları
Bazarların təsnifatı və fəaliyyət mexanizmi
Tələb və ona təsir edən amillər
Tələb qanunu və tələb əyrisi
Təklif və ona təsir edən amillər
Təklif qanunu və təklif əyrisi
Tələb və təklifin qarşılıqlı əlaqəsi. Bazar qiyməti
Stabil və dayanaqsız müvazinətlik
Bazarın müvazinətliyinin tənzimlənməsi vasitələri
Mövzu 3.Elastiklik və bazarın adaptasiya prosesi.
Dostları ilə paylaş: |