Əməyin məsrəfləri, məşğul olanların sayı (L)
|
Ümumi məhsul (TP)
|
Əməyin son məhsulu (MP)
|
Əməyin orta məhsulu AR)
|
1
|
0,4
|
0,4
|
0,40
|
2
|
1,2
|
0,8
|
0,60
|
3
|
2,2
|
1,0
|
0,73
|
4
|
3,2
|
1,0
|
0,80
|
5
|
4,3
|
1,1
|
0,86
|
6
|
5,2
|
0,9
|
0,87
|
7
|
6,0
|
0,8
|
0,86
|
8
|
6,6
|
0,6
|
0,82
|
9
|
7,0
|
0,4
|
0,78
|
10
|
7,2
|
0,2
|
0,72
|
Ümumi məhsul (TP) - verilmiş vaxt ərzində istehsal edilmiş məhsulların ümumi miqdarını əks etdirir.
TP = Pdia Q (6.1)
burada Pdia - Dəyişən istehsal amilinin qiyməti, Q- əmtəələrin miqdarı.
İstehsal amillərinin birindən başqa digərlərinin miqdarı sabit qalırsa, onda dəyişən resursların miqdarının artıb və ya azalmasından asılı olaraq, TP artacaq və ya azalacaqdır.
Əməyin ümumi məhsulunun əyrisi şəkildə 6.1 verilmişdir.
Əməyin məsrəfləri (işçilərin sayı)
Şəkil 6.1. Əməyin ümumi məhsulunun əyrisi
Əməyin ümumi məhsul əyrisi əməyin müxtəlif məsrəfləri səviyyəsində və verilmiş daimi amillər məsrəflərində məhsul buraxılışını göstərir.
Dəyişən amilin vahidinə düşən məhsulun miqdarına orta məhsul (AP) deyilir
AP = TP/ Q (6.2)
Dəyişən istehsal amilinin son məhsulu:
MP = ΔTP /ΔQ (6.3)
İstənilən dəyişən istehsal amilinin (məsələn, əmək) son məhsulu həmin amilin əlavə vahidinin istifadəsi nəticəsində məhsul buraxılışının artımıdır.
Cədvəl 6.1.-dən görünür ki, üç fəhlənin TP=2.2, dörd fəhlənin isə TP=3,2 təşkil edir. Onda dördüncü işçi əlavə edildiyi halda əməyin son məhsulu (MP) 1,1 (3,2-2,2) bərabərdir.
Əmək məsrəfləri və son məhsul arasındakı asılılıq qrafiki formada şəkil 6.2-də verilmişdir.
Şəkil 6.2. Əməyin son məhsulu
Cədvəl 6.1. və şəkil 6.2.-dən görünür ki, əlavə əmək vahidindən buraxılışın artımı, istifadə olunan əməyin miqdarından asılı olaraq dəyişir. Deməli, əməyin son məhsulunun dinamikası iki mühüm mərhələdən keçir. Birinci mərhələdə əməyin kiçik həcmli məqsədlərində son məhsul müsbətdir və yüksəkdir. Bu mərhələdə əlavə işçi buraxılışa nəinki artım verir, lakin o, əvvəlkinə nisbətən çoxdur. Az sayda işçi qüvvəsi istehsalda istifadə olunan bütün avadanlıqları idarə edə bilmir, böyük komanda daha səmərəli işləyir.
İkinci mərhələdə əməyin yüksək həcmli məsrəflərində əlavə bir işçidən alınan buraxılış artımı hələlik müsbətdir, lakin azalır. Başqa sözlə, bu mərhələdə əlavə işçinin son məhsulu, işçilərin sayı artdıqca kiçilir.
Beləliklə, əməyin və ya digər məsrəf növünün son məhsulunun azalma tendensiyası kifayət miqdarda olduqda, o ümumi hala çevrilir və ona qanun kimi baxılır.
Azalan verim qanunu təsdiq edir ki, əgər digər amillərin miqdarı fiksə edilmişdirsə, onda istənilən dəyişən amilin (məsələn, əmək) buraxılış həcminin müəyyən həddində məsrəflərinin artması onun verimini azaldacaqdır.
Deməli, istənilən əmtəə və ya xidmət növünün istehsalında istifadə olunan hər hansı növ amilin ikinci mərhələdə qısamüddətli dövrdə verimin azalması ilə xarakterizə olunur. Nə qədər ki, daimi amillər verilmişdir, əməyin və digər dəyişən məsrəflərin son məhsulları onlardan çox istifadə edildikdə azalacaqdır.
Qeyd etmək lazımdır ki, hər hansı məsrəf növünün son məhsulu konsepsiyası firmanın davranışı nəzəriyyəsinin təkliflə bağlı başlıca baxışlarından biridir. Əgər firma qısamüddətli dövrdə məhsul buraxılışını artırmağı qərara alırsa, o, əlavə bir muzdlu işçinin tutulması məsələlərini həll etməlidir. Bu halda onun qərarı həmin işçinin qəbulu nəticəsində mənfəətin artmasından asılı olacaqdır. Əgər məhsulun qiyməti daimidirsə, firma satışa daha çox məhsul verməsi nəticəsində gəlir artacaq və həmin əlavə məhsulun miqdarı əməyin son məhsuluna bərabər olacaqdır. Əlavə satışın gətirdiyi gəlir işçinin tutulması ilə bağlı əlavə məsrəflərin ölçüsündən böyük olduqda, onun cəlb edilməsi əlverişlidir.
6.1. cədvəlində əməyin məsrəflərinin hər bir səviyyəsində onun orta məhsulu hesablanmışdır.
İstənilən növ amillərin (məsələn, əməyin) orta məhsulu (AP) istehsal olunmuş məhsul həcminin istifadə olunmuş həmin növ xərclərin həcminə nisbətidir.
Adətən, əməyin orta məhsulunu əmək məhsuldarlığı adlandırırlar. Əməyin orta məhsulu nə qədər yüksək olarsa, firma istifadə olunmuş əmək vahidinə bir o qədər çox məhsul əldə edər. Lakin cədvəldən aydın olur ki, əmək məhsuldarlığı yalnız firmada məşğul olan işçinin əməyin gərginliyindən asılı deyildir. Ümumi halda əmək məhsuldarlığı firmada istifadə olunan əməyin miqdarından asılıdır. O, eləcə də istehsalda istifadə olunan daimi amillərin növündən (məsələn, maşın və avadanlıqlar) asılıdır. Əməyin orta məhsulları (AP) və son məhsulları (MP) arasındakı asılılığı şəkil 6.3-də verilmişdir. Orta və son məhsul əyrilərinin qarşılıqlı əlaqələrin bir neçə qanunauyğunluqları mövcuddur:
son və orta məhsul əyriləri həmişə bir nöqtədən başlayır, çünki arqumentin ən kiçik artımlarında onların qiymətləri uyğun gəlir;
başlanğıc mərhələdə son məhsul əyriləri orta məhsul əyrilərinə nisbətən daha sürətlə yüksəlir;
son məhsul əyrisi orta məhsul əyrisindən yuxarı (aşağı) olduqda orta məhsulun ölçüsü artacaqdır (azalacaqdır).
1
1 2 3 4 5 6 7 8 9 10 11
Əməyin məsrəfləri
Şəkil 6.3 Əməyin orta və son məhsulları
Şəkildən aydın olur ki, əməyin son məhsulu orta məhsulundan yüksək olduqda AP əyrisi artan xarakterli, son məhsul (MP) orta məhsuldan (AP) kiçik olarsa, onda AP əyrisi azalan xarakterlidir. Deməli, AP ən böyük kəmiyyətə azalan MP əyrisi ilə kəsişmə nöqtəsində malik olur.
6.3. Qısamüddətli dövrdə məsrəf əyriləri
Qısamüddətli dövrdə əmək yeganə dəyişən amili olduğuna görə firmanın istənilən həcmdə buraxılışının istehsal məsrəfləri həmin buraxılış üçün tələb olunan əmək məsrəflərinin dəyəri və istifadə olunan daimi amillərin dəyərinin cəminə bərabərdir. Qısamüddətli dövrdə istehsalı nəzərdən keçirdikdə daimi və dəyişən amillər arasında fərqlərin olduğunu qeyd etdik.
Firmanın daimi və dəyişən məsrəfləri arasında da fərqlər tam onlara uyğundur.
Daimi məsrəflər (FC) - qısamüddətli dövrdə firmanın istehsalı həcmindən asılı deyildir. Onlar daimi istehsal amillərinin məsrəfləridir. Dəyişən məsrəflər (VC) isə firmanın məhsul buraxılışı həcmindən asılıdır. Onlar firmanın dəyişən amillərinin məsrəfləridir.
Deməli, firmanın ümumi məsrəflər (TC) daimi və dəyişən məsrəflərin cəmindən ibarədir.
TC = FC + VC (6.4)
Firma daimi istehsal amilləri ilə bağlı olan məsrəfləri, yalnız istehsal fəaliyyətini tamamilə dayandırmaqla ləğv edilə bilər. Hətta fəaliyyət dayandırıldıqda da qaçıla bilməyən daimi xərclər qaytarılmayan məsrəflər adlanır. Firmanın ofis üçün icarəyə götürdüyü binaların məsrəfləri qaytarılmayan məsrəflərdir. Digər tərəfdən, firmanın sahibkarı öz kapitalmı yeni məmulatın istehsalı üçün ixtisaslaşdırılmış maşın, avadanlıqlara yerləşdirə bilər və onları metallom dəyəri ilə realizə etmək olmaz. Əgər yeni məhsul istehsal edilməzsə, bu kapital qiymətdən düşür, onun daimi alternativ məsrəfləri qaytarılmayan məsrəfləri təşkil edir. Bununla bərabər, əgər firma müvəqqəti bağlanarsa, o istənilən dəyişən istehsal amilinin haqqını ödəməkdən imtina edə bilər.
Dəyişən məsrəflər - dəyişən istehsal amillərinin istifadəsi ilə bağlı olan məsrəflərdir. Dəyişən məsrəflərin çox hissəsini əmək və material xərcləri təşkil edir. Dəyişən amillərin xərcləri məhsul buraxılışı artdıqca yüksəldiyinə görə dəyişən məsrəflərdə buraxılışın artması ilə yüksəlir.
İndi isə şərti misalda məhsul istehsalı və məsrəflərini 6.2. cədvəldə verək. Bu halda əməyin yeganə dəyişən məsrəf olduğunu nəzərdə tutaq. Hər bir əmək vahidinin dəyərinin 200 manat təşkil etdiyini qəbul edək.
Cədvəl 6.2
Məhsul buraxılışı və məsrəflər
Məhsul buraxılışı, ədəd
|
Əməyin sərfi, məşğul olanlar
|
Daimi məsrəflər (FC), manatla
|
Dəyişən
məsrəflər
(VC), manatla
|
Ümumi məsrəflər (TC), manatla
|
Son məsrəflər (MC), manatla
|
0
|
0
|
500
|
0
|
500
|
_
|
1
|
1,7
|
500
|
340
|
840
|
340
|
2
|
2,8
|
500
|
560
|
1060
|
220
|
3
|
3,6
|
500
|
720
|
1220
|
160
|
4
|
4,5
|
500
|
900
|
1400
|
180
|
5
|
5,6
|
500
|
1120
|
1620
|
220
|
6
|
7,0
|
500
|
1400
|
1900
|
280
|
7
|
8,9
|
500
|
1780
|
2280
|
380
|
Dəyişən məsrəflər əməyin sərfinin onun dəyərinə hasili ilə təyin olunur. Məsələn, əməyin sərfi 1,7 və aylıq dəyəri 200 manat olduqda VC= 1,7x200=340 manat. Cədvəldən görünür ki, daimi məsrəflər dəyişməz olub, məhsul buraxılışı həcmindən asılı deyildir. Daimi məsrəflər başlıca olaraq firmanın bina və avadanlıqlarının alternativ dəyərini təşkil edir və qısamüddətli dövrdə dəyişməzdirlər.
Qısamüddətli dövrdə yalnız dəyişən məsrəflər məhsul buraxılışının artması ilə yüksəlir.
Qeyd etmək lazımdır ki, əlavə məhsul vahidinin istehsalının əlverişli olduğunu müəyyən etmək üçün gəlirin dəyişməsi ilə istehsalın son məsrəflərini müqayisə etmək lazımdır.
Son məsrəflər (MC) - əlavə məhsul vahidinin istehsalı ilə əlaqədar olan məsrəflərdir. Başqa sözlə, son məsrəflər firmanın əlavə məhsulu vahidinin istehsalında ümumi məsrəflərin artımını təşkil edir.
Son məsrəfi hesablamaq üçün məhsul buraxılışının sayı 1-dən 2-yə artdığı halda ümumi məsrəflərin fərqini (1060-840) təyin etmək lazımdır. Cədvəldən görünür ki, qısamüddətli dövrdə yalnız dəyişən məsrəflər dəyişdiyinə görə, son məsrəflər onun artımına bərabərdir.
Deməli, son məsrəf ümumi məsrəflərin artımının (ΔTC) ümumi məhsul buraxılışı artımına (ΔTP) nisbəti ilə təyin olunur:
MC = ΔTC / ΔTP (6.5)
İndi isə ümumi məsrəflər (TC) və onun tərkib hissələri olan daimi (FC) və dəyişən (VC) məsrəflərin əyrilərini quraq.
Şəkil 6.4.(a) - dan görünür ki, daimi məsrəfləri məhsul buraxılışı həcmindən asılı olmadığına görə onun əyrisi üfüqi olub koordinat oxuna paraleldir. TC və FC əyriləri arasında şaquli xətt üzrə məsafə dəyişən məsrəfləri VC əks etdirir. (b)
TC, PC, VC
Son məsrəflər əyrisi MC (şəkil 6.4.b) əməyin son məhsulu (MP) əyrisindən (Şəkil 6.2.) fərqlənir.
400_
350_
300_
250_
200_
150_
100_
50_
3000_
MC
MC
PC
VC
TC
2500_
2000_
1500_
1000_
500 _
1 2 3 4 5 6 7 8
1 2 3 4 5 6 7 8 9 10
0 0
Məhsul buraxılışı
Məhsul buraxılışı
(b)
Şəkil 6.4. Məhsulların istehsalı məsrəfləri
Buraxılışın kiçik həcmlərində son məsrəf buraxılış artdıqca aşağı düşür. Bu ona görə baş verir ki, buraxılışı artırmaq məqsədi ilə əməyin sərfi artırıldıqda, hər bir əlavə işçi əvvəlkinə nisbətən buraxılışa çox əlavə edir. Başqa sözlə, əməyin son məhsulunun artması nəticəsində kiçik buraxılış həcmində son məsrəflər azalır. Əgər birinci buraxılış vahidi məsrəfləri 340 manat artırırsa, ikinci vahid cəmi 220 manat məsrəf əlavə edir və i.a. Yüksək buraxılış həcmlərində firma azalan verim qanunun fəaliyyətinə məruz qalır. Hər bir əlavə işçiyə daha az kapital həcmi düşür və nəticədə əməyin son məhsulu aşağı düşür. Bu o deməkdir ki, sonrakı məhsul vahidinin istehsalına daha çox əlavə əmək sərfi lazımdır. Hər bir əlavə işçinin xərcləri 200 manat təşkil etdiyi halda, əməyin son məhsulu azaldığına görə buraxılışın son məsrəfləri yüksələcəkdir. Beləliklə, azalan verim qanununa uyğun olaraq MC əyrisi artan xarakterdir.
Orta ümumi məsrəflər (ATC) firmanın buraxılan məhsul vahidinə xərclərini əks etdirir.
Dəyişən məsrəflərin (VC) buraxılışı həcminə (Q) nisbəti ilə orta dəyişən məsrəflər (AVC) təyin olunur. Daimi məsrəflərin buraxılış həcminə nisbəti ilə orta daimi məsrəflər (AFC) təyin edilir. Orta ümumi məsrəflər (ATC) ümumi məsrəflərin buraxılış həcminə nisbəti ilə təyin olunur.
Deməli:
AVC = VC /Q (6.6)
AFC = FC / Q (6.7)
ATC = TC / Q= AVC + AFC (6.8)
Yuxarıda qeyd etdik ki, firmalar son məsrəflərdən məhsul buraxılışını artırmaq və ya azaltmaq qərarları qəbul etdikdə istifadə edirlər. Orta məsrəflərdən isə ümumiyyətlə həmin məhsulu istehsal etmək məsələsi həll edildikdə istifadə olunur. Belə ki, əgər buraxılan məhsulların vahidinin orta gəlirini əks etdirən qiymət, orta dəyişən məsrəflərdən azdırsa, onda firma qısamüddətli dövrdə fəaliyyətini dayandırmaq yolu ilə itkilərini azalda bilər. Əgər qiymət orta ümumi məsrəflərdən aşağıdırsa, onda firma mənfi iqtisadi mənfəət əldə edir və o, tam bağlanma imkanmı nəzərdən keçirməlidir.
Son məsrəflərdən fərqli olaraq orta ümumi məsrəfləri uçot və alternativ məsrəflər arasındakı fərqlərə düzəliş etdikdən sonra mühasibat hesabatları əsasında hesablana bilər. Orta dəyişən və ya orta daimi məsrəfləri hesablamaq üçün daimi xərclər növlərini dəyişəndən fərqləndirməyi bacarmaq lazımdır. Orta ümumi məsrəflər əyrisi çökükdür. ATC əyrisi həmişə AVC əyrisindən yuxarıda yerləşir, onlar arasında məsafə orta daimi məsrəflərin ölçüsündən asılıdır.
Yuxarıda verdiyimiz şərti misaldakı məlumatları əsasında orta məsrəflər hesablanılaraq 6.3. cədvəlində verilmişdir.
Cədvəl 6.3
Orta və son məsrəflər
Buraxılış
|
FC
|
AFC
|
VC
|
AVC
|
TC
|
ATC
|
MC
|
0
|
500
|
-
|
0
|
-
|
500
|
-
|
-
|
1
|
500
|
500
|
340
|
340
|
840
|
840
|
340
|
2
|
500
|
250
|
560
|
280
|
1060
|
530
|
220
|
3
|
500
|
167
|
720
|
240
|
1220
|
407
|
160
|
4
|
500
|
125
|
900
|
225
|
1400
|
350
|
180
|
5
|
500
|
100
|
1120
|
224
|
1620
|
324
|
220
|
6
|
500
|
83
|
1400
|
233
|
1900
|
317
|
280
|
7
|
500
|
71
|
1780
|
254
|
2280
|
326
|
380
|
Cədvəlin məlumatları əsasında orta və son məsrəflərin əyrisini qururuq
Şəkil 6.5. Orta və son məsrəflər
Orta daimi məsrəflər buraxılış həcminin artması ilə aşağı düşür. Çünki onlar daimi məsrəflərin ölçüsünün artan buraxılış həcminə nisbətinə bərabərdir. Beləliklə, buraxılışın artması ilə ATC və AVC arasında məsafə azalır; lakin kiçik buraxılış həcmində onlar arasında məsafə əhəmiyyətli ola bilər. Şəkildən görünür ki, AVC əyrisinin forması əməyin orta məhsulu (AP) əyrisinin formasına uyğundur. Kiçik buraxılış həcmində əməyin orta məhsulu yüksəldiyinə görə orta dəyişən məsrəflər azalmalıdır. Yüksək buraxılış həcmlərində əməyin orta məhsulu aşağı düşür, deməli orta dəyişən məsrəflər yüksəlir. ATC əyrisi də AVC əyrisi formasındadır, lakin onun başlanğıcı yuxarı əyilmişdir. Bizim misalda və ümumi halda qısamüddətli AVC və ATC əyriləri U-şəkilli orta məsrəflər əyrisidir. Bu əyrilərin hər ikisi azalan verim qanuna uyğun olaraq yüksək buraxılış həcmlərində yuxarıya əyilirlər. 6.5 şəklindən görünür ki, əgər MC əyrisi AVC əyrisindən yuxarıda yerləşirsə, onda məhsulun daha bir vahidinin istehsalının dəyişən məsrəfləri ortadan yüksək olacaqdır. Həmin vahid istehsal olunarsa, orta məsrəflər artacaqdır. Əgər MC əyrisi AVC əyrisindən aşağıda yerləşirsə, onda daha bir vahidin istehsalı AVC- i aşağı salacaqdır. Eyni ilə MC-də ATC-dən yuxarı (aşağı) yerləşdikdə, ATC artacaqdır (azalacaqdır).
Qeyd etmək lazımdır ki, dəyişən amillərin qiymətlərinin artması (bizim halda əməyin) TC və MC əyrilərini sürüşdürür. TC əyrisi ona görə sürüşür ki, əməyin məsrəfləri, deməli müvafiq olaraq dəyişən məsrəflər də, hər hansı buraxılış həcmində yüksəkdir. Lakin indi son məsrəflər də təsirə məruz qalır. Əlavə məhsul vahidinin maya dəyəri əmək haqqının növbəti məhsul vahidinə tələb olunan əlavə əməyin miqdarına hasilinə bərabərdir. Yüksək əmək haqqı olduqda MC-də hər hansı buraxılış həcmində daha böyük olacaqdır. Deməli, əməyin qiyməti artıqda, MC əyrisi yuxarıya sürüşəcəkdir. Eyni zamanda əməyin qiymətinin artması ilə AVC əyrisini də yüksəldir.
6.4 Uzunmüddətli dövrdə istehsal və məsrəflər
Uzunmüddətli dövr qısamüddətlidən firmanın bütün istehsal amillərini azad şəkildə dəyişdirmək qabiliyyəti ilə fərqlənir. Qısamüddətli dövrdə firmanın binaları və avadanlıqları dəyişdirilə bilmir, uzunmüddətli dövrdə isə firma əlavə istehsal binaları icarəyə götürə və ya tikə bilər və lazım olan avadanlıqları qura bilər. Deməli, qısamüddətli dövrdən fərqli olaraq burada bu və ya başqa həcmdə buraxılış məsələsi bütün istehsal amillərini dəyişməklə həll olunur. Əlbəttə belə qərarlar sahibkarın üzərinə böyük məsuliyyət qoyur, çünki yol verilən səhv, məsələn az məhsuldarlıqlı dəzgahların alınması onu müflisləşdirə bilər. Eyni zamanda uzunmüddətli qərarlar resursların gələcək dəyərini, bazarın mümkün olan konyunkturasını, bütövlükdə sahənin vəziyyətini nəzərə almalıdır. Uzunmüddətli dövrdə orta istehsal məsrəfləri xüsusi əhəmiyyətə malikdir. Ona görə də ilk növbədə orta məsrəflərin uzunmüddətli funksiyasının necə formalaşmasını aydınlaşdıraq. Tutaq ki, qısamüddətli dövrdə firmanın fiksə olunmuş amilinin (istehsal gücləri) mümkün olan müxtəlif həcmlərindən (AC1, AC2, AC3) orta ümumi məsrəflər funksiyaları müxtəlif olmalıdır.
Uzunmüddətli dövrdə bütün resurslar, bütün məsrəflər dəyişəndir. Bu halda istehsal gücləri elə seçilməlidir ki, hər hansı verilmiş buraxılış həcmi ümumi və orta məsrəfləri minimallaşdırmaqla mənfəəti maksimallaşdıra bilsin. Ona görə də uzunmüddətli orta məsrəflər funksiyasının qrafiki istehsalın ən kiçik orta məsrəflərini xarakterizə edir
Şəkil 6.6. Uzunmüddətli orta məsrəflər əyrisi (LAC)
ATC1, ATC2 və ATC3 əyrilərinin hər biri müxtəlif istehsal güclü müəssisələrdə müxtəlif həcmdə məhsul buraxılışının orta ümumi məsrəflərini əks etdirir.
ATC1 əyrisi ən kiçik istehsal güclü müəssisəyə uyğundur. Daimi məsrəfləri kiçik olduğuna görə həmin müəssisənin istismarının orta məsrəfləri ATC2 əyrisinə uyğun olan daha iri müəssisənin kiçik həcmlərində buraxılışının orta məsrəflərindən aşağıdır.
Lakin daha kiçik müəssisələrdə az maşın və avadanlıqlardan istifadə olunduğuna görə azalan verimin fəaliyyəti tez başlanır, nəticə etibarı ilə ATC1 əyrisi ATC2 - dən yuxarı qalxır. Eyni ilə ATC3 -də ATC2-yə nisbətən daha iri müəssisənin orta məsrəflərini göstərir. Hər bir bu qısamüddətli əyrilər U-şəkilli formaya malikdirlər. Lakin həmin əyrilər özlərinin minimal kəmiyyətini əldə etdikləri həcminə görə fərqlənirlər. Uzunmüddətli dövrdə artmış tələbatı ödəmək üçün firma ən kiçik orta məsrəfləri olan müəssisədən istifadə etməyə çalışır.
Uzunmüddətli orta məsrəflər əyrisi (LAC) istənilən verilmiş buraxılış həcmində ən kiçik istehsal müəssisələrini əks etdirir. O, məsrəflərin minimallaşdırılması məqsədilə bütün istehsal amillərinin optimal şəkildə dəyişməsinin mümkünlüyünü nəzərdə tutur.
LAC əyrisi müəyyən dövrdə firmanın biliklərinin səviyyəsini göstərir. İstehsal texnologiyasının yaxşılaşdırılması məsrəfləri azaldır, deməli LAC əyrisini aşağı salır. Firmanın uzunmüddətli orta məsrəflər əyrisi (LAC) hər bir buraxılış həcmində orta ümumi məsrəflərin minimal ölçüsünü təmin edən müəssisənin tapılması yolu ilə əldə edilir. Məsələn, Q1 həcmində məhsul istehsalı üçün ATC1 əyrisini təsvir edən müəssisə daha əlverişlidir. Q1 həcmində məhsul istehsalının minimal orta ümumi məsrəfləri ATC əyrisi üzərində yerləşən (şəkildə olmayan) H nöqtəsi ilə verilir, ATC1 əyrisinin G nöqtəsinə nisbətən az məsrəfləri təmin edir.
LAC əyrisində orta məsrəflər, ayrılıqda götürülmüş ATC əyrisindən aşağıdır. Çünki ATC əyriləri fiksə olunmuş müəssisələrdə orta məsrəfləri əks etdirir. Deməli, istənilən ATC əyrisində müəssisənin ölçüsü ən kiçik məsrəflərlə müəyyən məhsul buraxılışı həcminə kifayət dərəcədə uyğun deyildir. İri müəssisələr daha böyük, kiçik müəssisələr isə daha az buraxılış həcmində buraxılış üçün əlverişlidir. Uzunmüddətli dövrdə firma müəssisələrin seçilməsində çevikliyə malikdir. Deməli, uzunmüddətli dövrdə məsrəflərin ixtisarı üçün çox işlər görə bildiyinə görə həmin məsrəflər qısamüddətli dövrlərdən aşağı olacaqdır. LAC əyrisi üzərində hər bir nöqtə konkret müəssisələrə uyğun gəlir (əlbəttə şəkildə bütün müəssisələrin ATC əyriləri verilməmişdir). Hər bir müəssisənin ATC əyrisi LAC əyrisinə daha aşağı ümumi məsrəflərə məhsul istehsalı həcminə uyğun olan nöqtədə toxunur.
Uzunmüddətli orta məsrəflər əyrisinə uyğun olaraq uzunmüddətli son məsrəflər əyrisi mövcuddur.
Uzunmüddətli son məsrəflər əyrisi (LMC), firmanın məsrəflərini optimal minimallaşdırmaq məqsədilə bütün növ amilləri sərbəst dəyişdirdiyi halda, əlavə məhsul vahidinin istehsalı ilə bağlı məsrəflərin artımını əks etdirir.
Qısamüddətli və uzunmüddətli son məsrəflər arasında prinsipial fərqlər mövcuddur: qısamüddətli dövrdə MC əyrisi yalnız növbəti buraxılış vahidinin istehsalının əlavə dəyişən məsrəflərini əks etdirir. Qısamüddətli dövrdə müəssisənin həcmi sabit olduğuna görə son məsrəflər azalan verim qanunun nəticəsində artır. Əksinə LMC əyrisi boyunca son məsrəflər ən az məsrəflə əlavə buraxılış vahidinin istehsalı üçün lazım olan seçilmiş əlavə müəssisənin alternativ dəyərinin artmasını əks etdirir. Uzunmüddətli dövrdə bütün növ xərclər dəyişən olduğuna görə azalan verim az əhəmiyyətlidir, lakin əlavə buraxılış vahidinə aid edilən məsrəflərin tərkibində müəssisənin genişləndirilməsinə qoyulmuş kapitalın alternativ dəyəri nəzərə alınmalıdır.
Məhsul buraxılışı
Şəkil 6.7. Uzunmüddətli orta və son məsrəflər əyrilərinin əlaqələri
Uzunmüddətli son və orta məsrəflər əyriləri bir-birilə onların qısamüddətli məsrəflərinin nisbətlərində əlaqəlidirlər. Belə ki, LMC - əyrisi LAC-dan aşağıda yerləşdikdə, LAC aşağı düşür, LMC əyrisi LAC-dan yuxarıda yerləşdikdə, LAC yüksəlir. Artan LMC əyrisi LAC əyrisini onun minimum nöqtəsində kəsir.
6.5. Miqyasdan müsbət və mənfi qənaət
Uzunmüddətli müvazinətlik vəziyyətində firmanın səmərəli ölçüsü orta uzunmüddətli məsrəflər (LAC) əyrisinin forması ilə təyin olunur. Qeyd edək ki, qısamüddətli orta ümumi məsrəflər əyrisi həmişə U-şəkilli formaya malikdir, lakin uzunmüddətli or- ta məsrəflər əyrisi U-şəkilli olmaya da bilər. Uzunmüddətli orta məsrəflər əyrisinin forması miqyasdan müsbət və mənfi qənaətin olduğunu göstərir. Miqyas dedikdə buraxılışın həcmi ilə təyin olunan firmanın ölçüsü nəzərdə tutulur.
Miqyasdan qənaət (və ya miqyasdan artan verim) buraxılışın artması ilə firmanın uzunmüddətli orta məsrəflərinin aşağı düşdüyü halda olur. Miqyasdan daimi verim uzunmüddətli orta məsrəflər buraxılış həcmindən asılı olmadığı halda mövcuddur.
Miqyasdan mənfi qənaət (və ya miqyasdan azalan verim) buraxılışın artması ilə uzunmüddətli orta məsrəflər yüksəldikdə mövcud olur.
Orta məsrəflər
Deməli, miqyasdan qənaətin mövcud olduğu halda firmanın ölçüsünün böyük olması əlverişlidir. Digər tərəfdən isə, miqyasdan mənfi qənaət olduğu şəraitdə kiçik firma daha yaxşıdır, çünki o, daha az məsrəflə istehsal etmək iqtidarındadır. 6.8 şəkilində müxtəlif hallarda miqyasdan verim və uzunmüddətli orta məsrəflər əyriləri verilmişdir.
Dostları ilə paylaş: