Miqyasdan artan verim
Miqyasdan daim verim
buraxılış
Miqyasdan azalan verim
Şəkil 6.8. Miqyasdan verim və uzunmüddətli orta məsrəflər
Əgər firma miqyasdan qənaət əyrisinə (a) malikdirsə, onda tərkibində daha iri müəssisələr olan firmalar, daha kiçik rəqabətçilərə nisbətən məsrəflər baxımından üstünlüklərə malikdir. (b) şəkilindən görünür ki, firmanın orta məsrəfləri onun ölçüsündən asılı deyildir. Əgər hər hansı sahənin bütün firmaları miqyasdan mənfi qənaət əyrisinə (c) malikdirsə, onda daha kiçik firmalar daha iri rəqabətçilərə nisbətən məsrəflər baxımından üstünlüyə malikdir.
Miqyasdan verim buraxılışın istehsal amillərinin miqdarında asılılığının xarakteri, yəni istehsal funksiyası ilə müəyyən edilir. O, bütün istehsal resurslarının xərclərinin bir faiz artdığı halda, buraxılışın neçə faiz dəyişməsini əks etdirir və istehsal funksiyasının bircinslilik dərəcəsi ilə əlaqədardır. Bu halda, firmanın minimum səmərəli həcmi orta uzunmüddətli məsrəflərin minimum olduğu ən kiçik ölçüdür.
Uzunmüddətli dövrdə orta istehsal məsrəflərinin firmanın buraxılış həcminin artması ilə əlaqədar olaraq aşağı düşməsi amillərinə əməyin və idarəetmənin ixtisaslaşdırılması, kapital və texnologiyadan səmərəli istifadə, yan məhsulların istehsalı aid edilə bilər. Orta məsrəflərin artması amilləri iri istehsalçının fəaliyyətinin idarə edilməsinə nəzarət və əlaqələndirmənin çətinliyi ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, miqyasdan qənaətin yaranmasının üç səbəbi mövcuddur. Birincisi, istehsalın bölünməməzliyi ilə bağlıdır. Belə ki, bizneslə məşğul olmaq üçün firma minimal həcmdə müəyyən resurslara malik olmalıdır. İstənilən firma işə başlamaq üçün müdiriyyətə, mühasibat sənədlərinə, telefon və digər avadanlıqlara malik olmalıdır. Bu tələbatlar bölünməzdir, yəni bu mənada onların yarısı ola bilməz və onlar tam olmalıdır. Firma genişləndikcə bu məsrəflərin əhəmiyyətli dərəcədə artırılması tələb olunmur, ona görə də məhsul buraxılışı vahidinə nisbətən məsrəfləri azalır. Deməli, bu halda orta məsrəflərə nisbətən məhsul buraxılışı həcmi tez artır. Nəticə etibarı ilə orta məsrəflər aşağı düşür, deməli bölünməz amillər daha çox məhsul vahidlərinə aid olduğu üçün miqyasdan qənaət əldə olunur. Lakin firma daha çox idarə edici tutduqda, daha çox telefon qoyduqda və daha mürəkkəb mühasibat sistemindən istifadə etdikdə miqyasdan qənaət əldə edilmir.
Miqyasdan artan verimin ikinci səbəbi-ixtisaslaşmadır. Firma iriləşdikcə, hər bir işçi daha çox bir məsələnin həllinə yönəldilir və onu daha səmərəli yerinə yetirir. İxtisaslaşdırma nəticəsində buraxılış həcmi artır, istehsalın orta məsrəfləri azalır.
Miqyasdan qənaətin üçüncü səbəbi - texniki qənaətin mövcudluğudur. Bu qənaət kapitalla əlaqədardır. Əmtəələr istehsal edən əksər sahələrdə böyük miqyas iri kapitaldan istifadə ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, mühəndislərdə "üçdə iki qaydası" mövcuddur. Bu qaydaya görə fabrikanın tikintisi və ya maşının yaradılmasının məsrəfləri onların güclərinin yalnız 2/3 tempi ilə artır. Beləliklə, texnika ilə əlaqədar olaraq miqyasdan qənaət mövcuddur.
Yuxarıda göstərilən üç səbəbin təhlilindən belə nəticəyə gəlmək olar ki, miqyasdan qənaət bütün sahələrdən buraxılış həcmlərində mövcud olur. Birincisi, istehsalın bölünməməzliyi başlıca olaraq kiçik firmalara aiddir. İkinci və üçüncü səbəblərin mövcudluğu əsasən sənaye firmaları ilə bağlıdır.
Miqyasdan mənfi qənaətin mövcud olmasının əsas səbəbi firma inkişaf etdikcə, onun idarə edilməsinin çətinləşməsi ilə əlaqədardır. Bu vəziyyət fəaliyyət miqyasının genişləndirilməsində idarəetmə xərclərinin artması ilə xarakterizə olunur. Kiçik firmaya adətən bir idarəedici lazımdır, əksər hallarda bu vəzifəni onun sahibkarı yerinə yetirir. Firma böyüdükcə, bir neçə idarəedici lazım gəlir. Müxtəlif bölmələrin əlaqələndirilməsi mürəkkəbləşir və istehsalın orta məsrəfləri artmağa başlaya bilər. Yuxarıda qeyd etdik ki, U şəkilli LAC əyrisində kiçik buraxılış həcmlərində miqyasdan müsbət qənaət üstünlük təşkil edir, firma çox iriləşdikdə istehsalın genişləndirilməsi nəticəsində idarəetmə xərclərinin artımı həmin qənaəti örtür və orta məsrəflər artmağa başlayır.
Lakin istənilən konkret sahənin orta məsrəflər əyrisinin forması əsasən sahə istehsal funksiyasından asılıdır.
Aparılmış tədqiqatlar göstərir ki, emaledici sənaye firmalarında miqyasdan əhəmiyyətli qənaət mövcuddur, lakin bütün sahənin ölçüsünə nisbətən onun buraxılış həcmi kiçik olduqda həmin qənaət az nəzərə çarpan olur. Bu firmaların LAC əyriləri yüksək buraxılış həcmlərində praktiki olaraq üfüqi vəziyyət alır və orta məsrəflər daimi məsrəflərə yaxınlaşır. Belə əyriləri əksər hallarda L-şəkilli LAC əyriləri xarakterizə edir.
Əsas anlayışlar
İstehsal funksiyası
Texnoloji səmərəlilik
İqtisadi səmərəlilik
Qısamüddətli dövr
Uzunmüddətli dövr
Daimi və dəyişən amillər
Ümumi məhsul əyrisi (TP)
Son məhsul (MP)
Orta məhsul (AP)
Azalan verim qanunu
Daimi, dəyişən və ümumi məsrəflər
Son məsrəflər (MC)
Orta daimi (AFC), orta dəyişən (AVC) və orta ümumi məsrəflər (ATC)
U-şəkilli qısamüddətli orta məsrəflər əyriləri
Uzunmüddətli orta məsrəflər (LAC)
Uzunmüddətli son məsrəflər (LMC)
Miqyasdan qənaət
Miqyasdan daimi qənaət
Miqyasdan mənfi qənaət
L və ya U - şəkilli LAC əyriləri
Özünü yoxlama sualları
İstehsal funksiyası və ona təsir edən amillər
Daimi və dəyişən məsrəflərin fərqləri
Ümumi, son və orta məhsul göstəriciləri
Ümumi, son və orta məsrəflərin hesablanma metodu
Qısamüddətli və uzunmüddətli dövrdə istehsal və məsrəf əyriləri
Miqyasdan müsbət və mənfi qənaətin yaranma səbəbləri
Mövzu 7. Mükəmməl rəqabətli sahədə təklif əyriləri
Dostları ilə paylaş: |