Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


II. Sinifdənxaric oxu üzrə işin təşkili



Yüklə 302,66 Kb.
səhifə40/71
tarix23.01.2023
ölçüsü302,66 Kb.
#99087
1   ...   36   37   38   39   40   41   42   43   ...   71
M vzu m asir t lim formalar ,i sullar v texnikalar plan 1

II. Sinifdənxaric oxu üzrə işin təşkili
Sinifdənxaric oxu bütövlükdə oxu prosesinin tərkib hissəsi olduğundan, bu sahədə isə təlimin ilk günlərindən – savad təlimi dövrünədək başlamaq məsləhət görülür. Həmin vaxtdan başlanan buişin xarakteri, həcmi, məzmunu ildən-ilə dəyişməklə məktəbi başa vuranadək davam edir.Savad təlimi məşğələlərin çox can sıxıcı,yorucu olmamasına yol verməmək məqsədilə müəllim şagirdləri maraqlı,rəngli şəkilləri olan sadə uşaq kitabları ilə tanış edir,kiçikhəcimli ədəbi əsərləri onlara oxuyur,oxunmuş parçalar üzərində söhbətlər təşkil edir.
Şagirdlər əlifba təlimini başa vurduqdan sonra oxu texnikasına yiyələndiklərindən müstəqil mütaliəyə başlaya bilərlər.Bu dövrdən sinifdən xaric oxuya həftədə bir saat vaxt ayrılır.Əslində həmin saatda bu və ya digər uşaq kitabının,ədəbi parçanın oxunması ilə yanaşı,şagirdlərin müstəqil oxuduqlarından da söhbət açılır.Şagirdlərin sinifdənxaric oxusuna II sinifdədə həftədə 1 saat ayrılır.Onlar III-IV siniflərdə müstəqil mütaliə üzrə müəyyən vərdişlərə yiyələndikdən sonra iki həftə ərzində oxuduqlarının yekunlaşdırılmasına 1 saat vaxt ayrılır.Sinif oxusu ilə sıx bağlı olan,sinifdə keçilən Mövzulara tabe edilən belə məcburiyyət oxudan əlavə şagirdlərin müstəqil mütaliəsi də təşkil edilir.Müstəqil mütaliə özbaşına,kortəbii mütaliə kimi başa düşülməməlidir.Sinifdə xaric oxunun bu növü müəllim, kitabxanaçı,valideyn və başqa yaşlının məsləhəti və köməyi ilə getməlidir. Müəllim hər bir şagirdin mütaliə marağının dairəsini, oxu texnikasına yiyələnmək səviyyəsini,ümumi inkişafını nəzərə alaraq müvafiq əsərin oxunmasını tövsiyyə etməlidir.Bu zaman şagirdin bir tərəfli marağına qarşı müxtəlif xarakterli bədii hekayələr oxuması,yaxud sonluğu dəhşətli hadisələrlə bitən qorxulu nağıllar oxumağa adət etmiş uşağın yüngül xarakterli əsərlər,komik səhnələr oxuması onun həyatındakı boşluğu doldura bilər.
Müəllim çalışmalıdır ki,şagird yalnız bədii əsərlər deyil, elmi kütləvi əsərlər oxumağa vərdiş etsin.Bunun yerinə yetirilməsinə məktəb kitabxanaçısı da cəlb cəlb edilməlidir.Kitabxanada kartotekadan əlavə şəkilli siyahı,yeni kitablar lövhəsi də olmalıdır .Şəkilli siyahıda hər bir kitab haqqında qısa annotasiya verilməlidir.Kitabxanada ədəbi səhnəciklərin,kitab sərgilərinin, viktarinaların, görüşlərin təşkili çox vacibdir.Bütün bunların köməyi ilə şagirdkitabın yalnız şəkillərinə baxmaq,yaxud yoldaşınıyamsılamaq məqsədi ilə deyil ,şüurlu seçir.Kitabın seçilməsində müəllim,həmçinin kitabxanaçı istiqamət verə bilər.Kiçik yaşlı məktəbli bir müddət kitab oxumağı bacarmır,kitabın şəkillərinə baxmaq, onu vərəqləməklə kifayətlənir.Ən yaxşı halda kitabın maraqlı yerlərini oxuyur,məzmunu ilə tanış olduqdan sonra kitabxanaya qaytarır.Şagird müstəqil seçdiyi kitabı qaytararkən kitabxanaçı dialoq şəraitində uşağın onu oxuyub oxumadığını,məzmununu necə başa düşdüyünü nə kimi tərbiyəvi nəticə çıxardığını müəyyən edə bilər.
Sinifdənxaric oxunun III forması onun evdə təşkilidir.Müəllim hər bir şagirdin evdə kitabxanasının təşkilinə nail olmalıdır.Ev kitabxanasının yaradılması və uşağın müstəqil mütaliəsinin təşkili, onun yaşının müvafiq kitabın seçilməsi ilə əlaqədar müəllim valideynlərə məsləhət verməlidir.Uşağın ad günündə, bayramlarda valideynlərin, qohumların, uşağa maraqlı kitab hədiyyə vermələri bir adət şəklini almalıdır. Valideynlərin kitabı düzgün seçmələri, kitabın oxunub oxumadığını müəyyənləşdirməli,müzakirə keçirmələri,uşağın nələri öyrəndiklərini aşkara çıxarıb düzgün məsləhət vermələri üçün ilk növbədə onların uşaq ədəbiyyatına bələd olmaları zəruridir.Sinifdənxaric oxu dərsləri təşkil edilərkən müəllim şagirdlərinin ümumi hazırlığını,sinifdənxaric oxu vərdişlərinə yiyələnmək səviyyələrini məktəb və uşaq kitabxanaları ilə necə əlaqə saxlamalarını,evdə kitabxanaların olub-olmamasını,valideynlərin mədəni səviyyələrini öyrənməlidir.
Azkomplektli məktəb şəraitində sinifdənxaric oxu dərsləri təsviri incəsənət,əmək təlimi məşğələləri ilə birləşdirməlidir. Belə dərslərdə 2-3 sinfi birləşdirmək məsləhət görülmür.Bəzi hallarda,xüsusilə I sinifdə sinifdənxaric oxu məşğələləri dərsdənkənar vaxtda keçirmək olar. Azkomplektli məktəb şəraitində əsər həm I ,həm də III ,yaxud, həm II, həm də IV sinif şagirdlərinin maraq ndairəsinə uyğun gəlsə də, anlama və mühakimə yürütmə səviyyələri müxtəlif olduğundan dərs gözlənilən nəticəni vermir. Sinifdənxaric oxunun təşkilində müəyyən sistemin gözlənilməsi vacibdir.Sinifdənxaric oxu üçün I mərhələ – hazırlıq mərhələsi adlanır. I sinifdə savad təlimi dövründə sinifdənxaric oxu müstəqil deyil, müəllim tərəfindən aparılır. Müəllim şagirdləri maraqlı, rəngli şəkilləri olan uşaq kitabları ilə tanış edir, onlara şeir, hekayə və nağıllar oxuyur, oxunmuş parçalar üzrə söhbətlər təşkil edir.
Sinifdənxaric oxunun başlanğıc mərhələsində şagirdlərə bəzi gigiyenik qaydalar da öyrədilməlidir. 1. «Uzanıb oxumaq gözə ziyandır. 2. Kitabı vərəqləyəndə barmağın dilinə vurma. 3. Oxuyarkən düz əyləş, kitabın üzərinə əyilmə. 4. Oxuyarkən elə əyləş ki, işıq sol tərəfdən düşsün. 5. Gözlərin yorulanda oxuma. 6. Yaxşı işıqlandırılmış otaqda oxu. 7. Yorğunluq hiss etdikdə oxumağı saxla. 8. Yeyə-yeyə oxuma. 9. Yeyəndən azı yarım saat sonra oxu. Minikdə, gəzə-gəzə oxuma» və s.
Sinifdənxaric oxu üçün əsas mərhələ II sinifdən başlayır, III-IV siniflərdən tutmuş, təlim illərinin sonunadək davam etdirilir.
II sinifdə sinifdənxaric oxu məşğələlərinə onu dərslərinin hesabına həftədə bir saat ayrılır. Bu prosesdə şagirdlər müstəqil mutaliə-oxu üzrə müəyyən vərdişlərə sahib olurlar.
III-IV siniflərdə sinifdənxaric oxuya iki həftədə bir saat verilməsi nəzərdə tutulur.
Həmin dövr ərzində məkəblilər tədricən oxunun ən mühüm keyfiyyətlərinə yiyələnir, nisbətən iri həcmli (3-4 səhifəlik) mətnləri oxuyub məzmununu yadda saxlamağı, müfəssəl, seçmə və yığcam danışmağı, təhlil etməyi, hadisələri və qəhrəmanları qiymətləndirməyi bacarırlar. Şagirdlər sadə ədəbi janrlar – hekayə, şeir, nağıl, dastan, təmsil, hətta rəvayət və əfsanə, həmçinin kiçikhəcmli folklor nümunələri üzərində müsahibə aparır, onları fərqləndirirlər. Şagirdlərin məntiqi təfəkkür və təxəyyülü xeyli inkişaf etdiyindən onlara elmi-idrakı (kütləvi) mətnlər təqdim etmək, xüsusilə, vətənimizin tarixinə dair həqiqətləri öyrətmək mümkün olur.
Məktəblilər kitabın idrak əhəmiyyətini dərk etdikcə, onlarda kitaba maraq güclənir, müstəqil oxuya meyl artır. Ən əsası isə onların bilik dairəsi savadlarının səviyyəsi yüksəlir, luğət ehtiyatları zənginləşir.
III-IV siniflərdə sinif oxusu ilə sıx bağlı olan, sinifdə keçilən mövzulara tabe edilən belə məcburi oxudan əlavə şagirdlərin müstəqil mütaliəsinin də təşkili zəruri hesab olunur.
Bununla yanaşı, sinifdənxaric oxu ilə sinif oxusunun qarşılıqlı əlaqədə təşkili işə çox fayda verir. Həmin əlaqəni müxtəlif yollarla həyata keçirmək mümkündür.
«1. Sinif oxusu zamanı öyrənilən, müzakirə edilən mövzu, mənəvi problemlə səsləşən əsərlərin «Ana sözü» dərs vəsaitindən seçilib sinifdənxaric oxu dərslərində müzakirə edilməsi.
2. Eyni janrda yazılmış əsərlərin oxusu ilə sinifdənxaric oxusunun əlaqəli təşkili və müzakirəsi.
3. Eyni müəllifin əsərlərinin həm sinif oxusu, həm də sinifdənxaric oxu üzrə dərslərdə müzakirə edilməsi».
Nümunə üçün IV sinif üzrə «Oxu» və «Ana sözü» kitablarında «Azərbaycan – yurdum mənim» başlığı ilə verilmiş bölməsinin əlaqəli təşkilinə diqqət yetirək.
«Oxu» dərsliyində bu bölməyə Ə.Cavadın «Can, Azərbaycan!», Gəray Fəzlinin «Azərbaycan», «Kənarı güllü Araz» və s. əsərləri daxil edilmişdir.
«Ana sözü» vəsaitində isə həmin bölməyə B.Vahabzadənin «Azərbaycan», «Azərbaycan oğluyam», «Ana dili», N.Xəzrinin «Ey qəhrəman Azərbaycan», «Şuşanın yolları», S.Rüstəmin «Azərbaycanım», R.Zəkanın «Gözəl vətən», C.Novruzun «Vətənimdir» və s. əsərlərin oxusu msləhət bilinmişdir.
Bu əsərlərin tədrisi şagirdlərdə doğma dilə, xalqa, vətənə, əmək adamlarına məhəbbət hissi tərbiyə edir.
Müəllimin həmin mövzulara aid ümumiləşdirici sualları şagirdləri düşündürür, dərk olunmanı asanlaşdırır:
- Ocağı, eli, obanı, vətəni sevmək nə üçün hər bir Azərbaycanlının borcudur?
- Hansı əsərdən bildik ki, Azərbaycan çox qədim ölkə, xalqımız qədim xalqdır?
- Nə üçün Azərbaycanı sevməmək olmaz?
- Türk dilli ölkələrin adlarını sayın.
- Araz çayı mənbəyini haradan götürür?
- Araz boyu hansı abidələr var?
- «Vətən» doğma anamsan.
Anamın saf südüsən
Anamın süd nəğməsi,
Oxşaması, ninnisi,
Laylası, öyüdüsən» misalların Eldar Baxışın hansı şeirində oxudunuz? Və s.

Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə