Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


«Əlifba» mövzusunun tədrisi



Yüklə 302,66 Kb.
səhifə50/71
tarix23.01.2023
ölçüsü302,66 Kb.
#99087
1   ...   46   47   48   49   50   51   52   53   ...   71
M vzu m asir t lim formalar ,i sullar v texnikalar plan 1

«Əlifba» mövzusunun tədrisi

«Əlifba» sözü ərəb mənşəli olub əlif və bey hərflərinin birləşməsindən əmələ gəlmişdir.
Əlifbanın yaranma tarixi qədimdir. Əlifbanın meydana gəlməsi öz kökünə görə qədim ölkələrə (Funigiya, Misir, Yunanıstana) gəlib çıxır.
Qədim hərfli yazılarının mükəmməli Funigiya yazısıdır. Bir çox əlifbaların əsasını təşkil edən həmin əlifbadan başqa xalqlar da istifadə etmiş və bu əlifba Şərq və Qərb istiqamtəində yayılmışdır.
Yazının əsas əlaməti hərfdir. Əlifbada hərflərin sıra ilə düzülüşüdür.
Azərbaycan əlifbasının mövcudluğu dövründə müxtəlf əlifbalardan istifadə edilmişdir. Azərbaycan ərazisində ən qədim əlifba Alban (Qafqaz) əlifbasıdır. Ərəblərin işğalından sonra azərbaycanlılar uzun müddət ərəb əlifbasından istifadə etmişlər. Ərəb əlifbasının çətinliklərinə görə 1921-ci ildə yaradılan Əlifba Komitəsi latın qrafikasına keçilməsinə aid qərar verdi. 1923-cü ildən hökumət idarələrində, iş latın əlifbası ilə aparıldı. 1929-cu ildən təlimə latın əlifbası ilə başlandı.
1939-cu il noyabrın 15-də Azərbaycan yazısının latın əlifbasından rus qrafikasına məcburi keçilməsi haqqında qəti qərar verildi. 1940-cı ildən məktəblərimizdə rus qrafikasına – Kiril əlifbasına keçildi. Uzun illər boyu məcburi tədris edilən Kiril əlifbası həyatda özünü doğrultmadığından – dilimizin qanunauyğunluqlarına uyğun gəlmədiyindən, 1991-ci ildən yenidən latın əlifbasına keçildi.
Azərbaycan Respublikasının müstəqillik qazanması və təhsil sisteminin yenidən qurulması, yeni əlifbaya keçmək zərurətini yaratdı.
25 dekabr 1991-ci il tarixdə «Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» qərar verildi (Azərb.Resp.-sı Milli Şurası). Qərarda 32 hərfli latın qrafikalı Azərbaycan əlifbasının mərhələ-mərhələ yerinə yetirilməsi nəzərdə tutuldu.
1992-93-cü dərs ilindən məktəblərimizdə latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbası ilə sistemli təlimə başlanması işi reallaşdırıldı.
Adətən, bu mövzunun tədrisinə o qədər də əhəmiyyət verilmir. Əlifba təlimi dövründə hərflərin öyrədilməsi ardıcıllığı dərslikdəki düzülüşündən asılı olduğundan şagirdlər əlifba sırasını bilmirlər. II sinifdə onlar hərflərin sırası ilə yanaşı, hər birinin adını da öyrənirlər: Aa, Bb (be), Cc (ce) …
Bu dövrdə onu da öyrənirlər ki, hər bir dilin əlifbası yaradılanda qrafik tələblərə ciddi riayət olunur. Müasir əlifbamızda aşağıdakı qrafik tələblər əsasında yaradılmışdır:

  1. Əlifbada mövcud 32 hərfAzərbaycan dilinin fonemlərini əhatə edir.

  2. Əlifbaya daxil olan hərflər, əsasən, latın əlifbası əsasında yaradılmışdır.

  3. Bir fonem bir hərflə ifadə olunur.

  4. K hərfi istisna olmaqla hər bir hərf bir fonemi ifadə edir.

  5. Hər hərfin çap və əlyazması şəkli mövcuddur və əlifbada hərfin adı da verilir.

  6. Hərflərin bitişdirilmə qaydası da sadədir və s.

Bu dövrdə onlar hərflərin adlarını və əlifba sırasını öyrənməyin həyati əhəmiyyəti ilə tanış olurlar. Hərflərin belə düzülüşünü bilmək hər bir savadlı şəxs üçün vacibdir. Müəyyən sözlərin, adların siyahısını tərtib edərkən, adətən, onları sıra ilə düzürlər ki, lazım olan da sözü tez tapmaq mümkün olsun. Belə olmasa lüğət və ensiklopediyalrada hər hansı sözü tapmaq çətin olar, çox vaxt lazım gələr.


Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə