Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   16   17   18   19   20   21   22   23   ...   59

61 
 
Azərbaycan  Turizm  İnstitutu  təhsillə  yanaşı  turizm  sahəsinin  tədqiqinə  də 
xüsusi  diqqət  ayırır.  2007-ci  ildə  BMTİP-in  “Ölkədaxili  turizmin  inkişafına 
kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə 
Mədəniyyət  və  Turizm  Nazirliyinə  İnstitusional  Yardım”  layihəsi  çərçivəsində 
yaradılmış Tədqiqat və İnkişaf Mərkəzi bu istiqamətdə fəaliyyət göstərir.  
ATİ elmi və ictimai fəaliyyətində gənc olduğu qədər də aktivdir. İstər ölkə, 
istərsə  də  beynəlxalq  səviyyədə  bir  çox  konfransların  iştirakçısı  və  təşkilatçısı 
olmuşdur.  
Turizmin  tədqiqinə  səbəb  və  nəticə  əlaqələri  uyğun  seçimlərin 
uyğunlaşmasına prinsipləri əsasında formalaşdırılır, belə ki, əhalinin təbii  artımı 
onun  yeni  quruluşu  və  pensiyanın  orta  aylıq  səviyyəsi,  dövlətin  turistlər  üçün 
birdəfəlik  müavinatı,  yaxud  pulsuz  göndərişlər  hər  bir  respublikada  özünün 
kontingentlərinin fəallığını formalaşdırı. Azərbaycanda əhalinin təbii artımı tempi 
son  altı  ildə  (1999-2004-cü  illərdə)  demək  olar  ki,  dəyişmir,  0,8%  təşkil  edir. 
Ə
halinin  təbii  artımı  hər  1000  nəfərə    2002-2003-cü  illərdə  8,0-10  min  nəfər 
təşkil  edir,  bu  isə  1990-cı  ilə  nisbətən  2,2  dəfə  azalma  deməkdir.  Əhalinin 
potensialı  turizm  sahəsinə  olan  tələbatı  bir  başa  yox  onların  həyat  səviyyəsinin 
yüksəldilməsi, həyat tərzinə mənəvi tələbatın rolunun artması və həmçinin dünya 
ölkələri  arasında  Azərbaycanda  turizm  üstünlükləri  haqqında  informasiyanın 
yayılması və onların adekvatlığı ilə mümkün olur. Təbii sərvətlərlə zənginlik və 
onun  turizm  potensialı  kimi  qiymətləndirilməsi  regionların  kompleks 
inkişafınınəsas istiqaməti ola bilər.  
2.
 Turizm Azərbaycan əhalisi üçün son illərdə məskunlaşma və təbii, coğrafi 
şə
raitin  intensiv  istifadəsi  şəraitində  daha  aktual  sahəyə  çevrilmişdir. 
Məskunlaşmanın region prioritetliyi mövcud olan dövrlərdə kənd turizmin, yerli 
təbii-iqlim şəraitinən istifadə etmək daha geniş yer tutmuşdur. Əhalinin rifahının  
dəyişməsi  onların  bir  sıra  ənənəvi  tələbatının  ödənilməsi,  yeni    daha  çox  dünya 
qəyərlərinə  uyğun    tələbat  növünün  artmasına  səbəb  olur.  Bu  isə  respublikada 
tarixi dövrlərdə müəyyən xüsusiyyətlərə özünü formalaşdırır. Belə ki, 1970-1980-


62 
 
cı illərdə mərkəzləşdirilmiş qaydada turizm subyektləri genişlənir, ümumi ittifaq   
göndərişlərlə  vahid  sistem  halında  hər  bir  ölkədə  mövcud  və  layihələndirilən 
turizm  bazaları,  ümumi  ittifaq  ehtiyacları  üçün    istifadə  olunmaqla,  onların 
maliyyələşdirilməsi  və  maddi-texniki  bazasının  yaradılması  təmin  olunur.  bazar 
iqtisadiyyatı şəraitində  turizmin inkişafının yeni tip modelləri və əsas əlamətləri 
yaranır.  Və  bu  əlamətlər    müxtəlif  ölkələrdə  eyni  həll  olunmur.  Onun  region 
xüsusiyyətləri,  birbaşa  sahibkarlıq,  biznes,  maliyyələşdirmə  xüsusiyyətləri  ilə 
ə
laqəli dəyişir. 
Azərbaycanda  turizmin  inkişafı  onun  formalaşması  daha  çox  psixoloji 
seqmentlərdən  asılıdır.  Turizmin  inkişafı  xarici  turistlərin  istifadəsi  üçün 
layihələndirilməsi  və  proqnozlaşdırılması  daha  əməli  və  tez  başa  gələn 
transformasiya modeli olsa da, əhalinin turist xidməti üçün hazırlanması və onun 
şə
raitinin yaxşılaşdırılması ətalətli və əhali arasında təbliğat işinin yeniləşməsi ilə 
baş  verə  bilər.  Əhalinin  turizm  tələbatı,  respublikada  daimi  yaşayanların  və 
pespublikaya  gələnlərin  ehtiyaclarını  nəzərə  almaqla  reallaşdırılır.  Turizmin 
Azərbaycan Respublikası əhalisi üçün genişlənməsi, əhalinin məşğulluğu, onların 
maddi  rifahı  və  sosial-demoqrafik  tərkibi  ilə  respublikada  işləyən  xarici 
vətəndaşların  ümumi  sayı  onların  həyat  tərzinə  uyğun  turist  elementlərinin  
seçilməsi ilə mümkündür. 
Turizmin  dinamikası,  onun  əsas  istiqamətləri,  respublika  iqtisadiyyatında 
onun  ictimai-siyasi,  mədəni  quruculuğuqda  baş  verən  keyfiyyət  dəyişmələri  və 
dünya  standartlarına  uyğun  təşkilati-iqtisadi  tədbirlərin  hazırlanması  həyata 
keçirilməsi ilə ölçülür.  
Azərbaycan  Respublikasının  müstəqillik  və  dünya  iqtisadiyyatına 
inteqrasiyası,  neft  strategiyası  və  beynəlxalq  layihələrin  respublikada  aparıcı 
iqtisadi  həlqəyə  çevrilməsi  turizmin  zəruriliyi,  onun  subyektlərinin  və 
istehlakçılarınıe  panaramasını  dəyişdi.  Turizmin  bazar  iqtisadiyyatı  şəraitində 
yeni  mülkiyyətçiləri,  kapital  və  resurs  təminatçıları,  hüquqi  və  fiziki  şəxs  kimi 
turizm bazarıda öz turizm məhsulu və onun istifadəsi kimi elementləri meydana 


63 
 
çıxır.  Ona  görə  də  turizm  sahəsində  qərar  qəbulu,  planlaşma  və  tənzimləmə 
idarəetmə siyasəti sərbəst və bir sıra sosial, məqsədli və həmçinin qlobal və lokal 
meyarların  əsasında  inkişafı  imkanları  yaranır.  Turizm  artıq  potensial  şəraitdən 
iqtisadi  və  sosial  dövriyyəyə  cəlb  olunan  aktiv  dövlət  siyasətinin  tərkib  hissəsi 
kimi formalaşır və inkişaf edir. 
Ə
halinin həyat səviyyəsi turizmin dominantı kimi qəbul edilə bilər. Belə ki, 
ə
halinin  gəlir  səviyyəsinə  görə  paylanması  dinamikasında  aztəminatlı  ailələrin 
xarakterik  istehlak  strukturu  mövcud  olub,  əksər  halda  ərzaq  və  qeyri  ərzaq 
məhsulları  istehlakı  ilə  məhdudlaşır.  Yüksək  səviyyədə  təmin  olunmuş  ailələrin 
istehlak  və  gəlirlərinin  artması  ilə  elastikliyi  pullu  xidmət,  o  cümlədən  turizm 
yerdəyişmə,  mənəvi  tələbat  məhsulları  üzrə  üstünlük  təşkil  edir.  Turizm 
potensialının  sərhədləri  onun  bazar  tələbinə  uyğun  məhsul  istehsalı  və  xidmət 
göstərmək  qabiliyyətinin  mövcud  potensialı  və  həmin  potensialın  formalaşma 
mənbəələrinin  dinamikası  əsas  götürülür.  Təbii  ki,  potensial  imkanların  turizm 
dövriyyəsinə  cəlb  edilməsi  bir  sıra  səmərə  əldə  etmək  təşəbbüsündən  xeyli 
asılıdır.  Turizm  xidmətinin  verdiyi  cəlirlər  müxtəlif  çoxsaylı  sahibkarlıq  və 
istifadə hüququna malik olan turist subyektləri arsında əmək bölgüsünə və bazar 
tipli modelə uyğun olaraq məsrəf və iştirak payına görə bölünür.    
Müasir  şəraitdə  turizm  gəlirlərinin  bölgüsü  icarədarlar,  sahibkarlar,  ümumi 
istifadə üçün yaranan pullu xidmət və həmçinin mərkəzləşdirilmiş dövlət və yerli 
gəlirləri təmin edən vergi sisteminə uyğun olaraq bölünür. Bu bölgüdə əmək və 
maliyyə  məsrəfləri  gətirilmiş  orta  məsrəflə  qiymətləndirilərək,  hər  obyektin 
xərcinə  uyğun  bölünür  ki,  bu  da  turizmin  inkişafında  ayrı-ayrı  subyektlərin 
maraqlarını  və  onların  iflas  risklərini  yüngülləşdirmiş  olur:  mehmanxana,  motel 
və  gəlmələr  üçün  yerlərin  maliyyə-təsərrüfat  fəaliyyətinin  əsas  göstəriciləri, 
mövcud xərc strukturunda maddi qeyri-maddi, əmək haqqı və təkrar istehsal üçün 
investisiya  xərclərini  qiymətləndirməklə,  hər  bir  sahibkarın  turizm  biznesində 
fəallığını, onun səmərəli qərar qəbulunu, təsərrüfat riskinin neçəyə başa gəlməsini 
və onun perspektiv təkmilləşməsi istiqamətlərini müəyyənləşdirir.       Turizmin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə