98
4.
Ukrayna
18-22
Çimərlik,
ekzotik
landşaft
İ
stirahət
mərkəzləri,
yerləşmə
obyektləri
İ
stirahət,
sağlamlıq,
əyləncə
5.
Azərbayca
n
10-14
Mikroiqlim,
çimərlik
ekzotik
landşaft
İ
stirahət
mərkəzləri
İ
stirahət,
sağlamlıq,
ə
yləncə
Dənizsahili ərazilərin turizm rayonu kimi qruplaşdırılmasında əsas
kriteriyaları dənizin təsviri sosial infrastruktur iqtisadi sahələrin möcudluğu
nəqliyyat imkanları turizm ehtiyatlarından birgə istifadənin mümkünlüyü daxil
edilir. Bununla yanaşı sahil bölgələrinin mikroiqlim xüsusiyyətlərinə görə
rayonlaşdırılmasında ehtiyatların növ müxtəlifliyi və miqdarı deyil ondan
istifadənin mövsümülüyü nəzərə alınmaqla aparılır.
Sahil bölgəsində konkret sərhədlərin çəkilməsi bir çox ölkələrdə əraznin
təbii iqtisadi şəraiti,turizm ehtiyatlarından istifadəyə görə də müəyyənləşir.Bu
baxımdan sahil bölgəsində rayonlaşma üzrə sərhədlərin çəkilməsi mövcud
ehtiyatların keyfiyyət və kəmiyyəti nəzərə alınmaqla aparılır.
Xəzər sahili bölgədə sahil zolağı və rayonlaşma üçün qəbul olunmuş
kriteriyalar əsas götürülərək 5-14 km daxilə doğru ərazilər əsas, 25 km-ə qədər
olan ərazilər isə ehtiyyat ərazi kimi verilir. Sahil zonasında aparılan rayonlaşma
ə
sas rayon və onun daxilində mikrorayonlar kimi verilmiş olur.
Turizm ehtiyatlarının rayonlaşdırılmasında qiymətləndirmə kriteriyaları
3qrupa bölünür.
-Turizm fəaliyyətində istifadə olunan təbii və antropogen kompleslərin
qiymətləndirilməsi. Buraya turizm fəaliyyətində istifadə olunan təbii və
antropogen komponentlərin bal qiymətləndirilməsi daxildir;
-Turizm obyektlərinin tikilməsi üçün ərazidən istifadənin xarakterinə görə
iqtisadi qiymətləndirmə;
99
-Təbii antropogen ehtiyatlardan birgə istifadə olunmasına görə
qiymətləndirmənin aparılması.
Qiymətləndirmənin bal kriteriyaları ayrı-ayrı ehtiyatların növündən asılı
olaraq dəyişmiş olur ki, bunlar da aşağıdakı kimi qruplaşdırılır:
Yüksək əlverişli rekreasiya turizm rayonu-dənizsahili mövqe, dağlıq və
dağətəyi ərazilə, zəngin meşə sahəsi, təbiət abidələri, əlverişli nəqliyyat mövqeyi,
təminatı və sosial xidmət sahələrinin olması. Burada təbii iqtisadi göstəricilər
komfort həddində olur. Dənizsahili bölgə meşə ilə təmasda olur.Yaşıllıq əraziləri
ümümi rekreasiya rayonunun 60%-dən çoxunu təşkil edir. Zəngin təbiət abidələri
ilə seçilir. Nəqliyyat, coğrafi mövqeyi əlverişli olmaqla yanaşı turizm mərkəzləri
magistral xətlərdən 20-25 km kənarda yerləşir. Xidmət infrastrukturu turizmin
istifadəsi üçün yararlıdı.
Ə
lverişli rekreasiya rayonları-əsasən dənizsahili mövqeyə, meşəlik
sahələrinə, bir neçə antropogen və təbiət abidələrinə, əlverişli nəqliyyat
mövqryinə malik olur. Turizm sənayesinin inkişafı üçün perspektivli sayılır.
Sosial xidmət sahələrinin təşkili yeni yaradılır. Komfort hədlərin təkrarlanmsı
60%-dən azdır. Meşəlik dərəcəsi az olsa da onun mənmsənilməsi mühəndis
texniki baxımdan çətindir.
Orta əlverişli rekreasiya turizm rayonları-burada təbii iqtisadi amillərlə birgə
nəzərə alınmaqla qruplaşdırılır. Təbii amillərdə ekzotik landşaft üstünlük təşkil
edir. Antropogen ehtiyatların mövcudluğu yerli əhəmiyyət kəsb etməsinə görə
qruplaşdırılır. İqtisadi amillərdən nəqliyyat təminatına üstünlük verilir.
Nisbətən əlverişli rekreasiya turizm rayonları-bir və ya bir neçə təbii
antropogen amillər nəzərə alınmaqla qruplaşdırılır. İqtisadi mənimsənilmə
səviyyəsi aşağıdı. Nəqliyyat imkanları məhduddur. Antropogen ehtiyatların
yayılması yerli əhəmiyyət kəsb edir. Əlavə iqtisadi tədbirlər görməklə gələcəkdə
istifadə olunması mümkündür.
Ə
lverişsiz istifadə olununmayan və ya zəif istifadə olunmuş rekreasiya
rayonları-burada təbii və antropogen turizm ehtiyatları azlıq təşkil edir,
100
mənimsənilmə aşağıdır. İqtisadi resursları çatışmır, əlavə tədbirlər görmək şərtilə
perspektivli ərazi kimi səciyyələnə bilər.
Turizm rayonlaşmasında iqtisadi amillərin müəyyən olunması aşağıdakı
xüsusiyyətlərə görə də fərqlənir: nəqliyyat infrastrukturu, təminat, əhalinin
sıxlığı, sosial xidmət sahələrinin mövcud olması. Turizm rayonlaşmasıda digər
amil mikrorayonla bağlı olan ayrı-ayrı turizm mərkəzlərinin yaradılmsıdı.
Bunlarda ümümiləşdirilərək aşağıdakı kimi qruplaşdırılır:
- Təbii mühitdən asılılığına görə turizm mərkəzləri və mikrorayonlar-
sağlamlıq, kurort, idman, ovçuluq, kənd turizm mikrorayonları və s;
- Sosial-iqtisadi şəraitlə bağlı olan turizm mərkəzləri və ya rekreasiya
mikrorayonları-işgüzar əyləncə, şəhərətrafı və s. turizm mərkəzləri daxildir.
- Digər turizm ehtiyatları ilə bağlı olan mikrorayonlaşmada etnoqrafik
mərkəzlər-tarixi-mədəni, ekzotik, şəhər, ekolji turizm mərkəzləri daxildir.
3.
Ərazinin turizm potensialının məcmu indeksi onun qiymətləndirilməsi və
statistik məlumatlar əsasında turizm turizm tələbatının müəyyən olunmsı təşkil
edir.bu baxımdan təbii və antropogen turizm ehtiyatları ayrı-ayrıliqda
qiymətləndiriləcək istirahət müddətinə görə qruplaşdırılır.
Təbii ehtiyatlarda ehtiyatın məcmu indeksi dağ ekosistemləri, milli parkları
və təbii rezervasiyalara görə müəyyən olunur. Dağ ekosistemlərində mövcud
ehtiyatlardan istifadə turizmin növündən asılı olraq dəyişir ki, bunlar dərketmə,
idman, istirahət, müalicə imkanlarına görə ayrılır. Landşaftın vizual dərk
olunması ərazinin turizm potensialı ilə düz mütənasiblik təşkil edir ki, bu da
landşaftın dəyişmə xüsusiyyətlərinə görə qruplaşdırılmiş olur.
Ə
razidə təbii komponenlərin cəmi onun yüklənmə səviyyəsi ilə də müəyyən
olunur. Burada inteqral indeks cəlb olunan turistlərin sayından asılıdır. Təbii
ekzotiklik aşağıdakı düsturla müəyyən olunur:
S
i
c
= ∑
i
c
T
c - hər hansı təbii komponent
i - başqa ərazi ilə əlaqəsi
Dostları ilə paylaş: |