14
Mövzu: 2. Təbii rekreasiya-turizm resursları
Plan:
1.
İqlim komfortluğunun turizm resursu kimi səciyyəsi
2.
Komfort hədlərin müəyyənləşməsi
3.
Landşaft ekzotikliyi və təbiət abidələri
1.
İqlimin kurort ehtiyatı kimi təsnifatında əsas göstəricilərinin
qruplaşdırılması istirahət və turizmin təşkili ilə yanaşı aeroterapiya,
helioterapiya müalicəsinin aparılmasında rolu ilə də bağlıdır. Buna görə də,
kurortoloqlar və iqlimşünaslar iqlim ehtiyatlarından turizm baxımdan istifadəsi
üçün hava siniflərini ayırmışlar. İqlimşünaslar 16 hava sinfini ayırırlar. Bunlardan
kurort-turizm baxımından istifadə imkanlarını aşağıdakı qruplara bölmək olar:
1. Günəşli isti-quru hava şəraiti. Əksər hallarda temperatur komfort
hədlərindən yüksək olur, isti diskomfort şərait tez-tez təkrarlanır. Güclü
hipertemiya şəraiti yaransa da, qızmar günəş iqlimlə müalicə imkanlarını
məhdudlaşdırır. Bununla yanaşı səhər və axşamüstü dənizsahili ərazilərdə
helioterapiya müalicəsini aparmaq mümkündür.
Qeyd olunan iqlim xüsusiyyətləri səhra və yarımsəhra rayonları üçün
səciyyəvidir. Belə rayonlarda istirahət və turizmin təşkili üçün az şərait vardır.
Bunun da səbəbi mikroiqlim elementlərindən başqa digər turizm ehtiyatlarının
olmamasıdır. Digər tərəfdən mikroiqlim şəraitindən istifadə edərək dəniz sahili
ə
razilərdə istirahət və çimərlik turizmini inkişaf etdirmək mümkündür.
2. Azbuludlu mülayim hava (III sinif). Əvvəlki hava sinifindən fərqi
quraqlığın az, temperatur şəraitinin isə istirahət, müalicə və idman turizmi üçün
ə
lverişli olmasıdır. Bu hava sinifində nisbi rütubətliliyin normaya yaxın
olması diskomfort havaların tez-tez təkrarlanmasına imkan vermir. Bununla
yanaşı yayda havanın mülayim keçməsi istirahətin təşkili üçün əlverişli
şə
rait yaradır. Bu hava sinifi mülayim enliklər üçün səciyyəvidir. Xüsusilə
Avropanın Atlantik okeanı sahillərində daha çox müşahidə edilir.
15
3. Azbuludlu, yayı quraq hava (IV-V sinif). Aralıq dənizi iqlim tipi üçün
səciyyəvi olmaqla, istirahət və turizmin təşkili üçün əlverişli şəraitə malikdir.
Buna görə də turizm və istirahət baxımından intensiv mənimsənilmişdir.
Bu hava siniflərində rütubətlənmənin azlığı və mövsüm dövründə müşahidə
edilən isti quru iqlim, komfort havaların tez-tez təkrarlanması kurort və
turizmin inkişafı üçün əlverişli şərait yaradır. Qeyd olunan hava sinifləri Aralıq
dənizi sahili kurortlarında, ABŞ Kaliforniya sahili istirahət mərkəzləri üçün
səciyyəvidir. Alp və Qafqaz dağlarının bəzi kurortlarında yay aylarında qeyd
olunan iqlim sinifi müşahidə edilir.
4. Tutqun və yağışlı hava sinifləri (VI-VII). Kurort və istirahətin təşkili
üçün az əlverişlidir. Bu hava sinifində temperatur aşağı, nisbi rütubətlik isə
yüksək olur. Xüsusilə yayda müşahidə olunan tutqun buludlu havalar
istirahətin təşkili üçün əlverişsiz şərait yaradır. Belə hava şəraiti dağlıq və
dağətəyi ərazilərdə, musson iqlimin dəniz sahillərində müşahidə edilir.
Bununla yanaşı qruplaşdırılan hava siniflərindən X-XII az şaxtalı
olmaqla kurort və turizmin təşkili üçün nisbətən yararlıdır. Burada güclü
ş
axtaların müşahidə edilməsi, yay mövsümündə rütubətli havanın müşahidə
olunması istirahət və turizmin təşkili üçün əlverişsiz şərait yaradır.
Digər hava sinifləri də istirahət və turizmin təşkili üçün az
ə
lverişli şəraitə malikdir. Xüsusilə XIII, XIV, XV hava sinifləri çox şaxtalı
olduğuna görə yay istirahət mövsümündə turizmin inkişafı üçün əlverişsiz
şə
rait yaradır.
Bu baxımdan ərazinin iqlim elementlərinə görə öyrənilməsi, onun
komfortluq göstəriciləri turizm baxımdan istifadə imkanlarına uyğun
qiymətləndirilir.
Turizmin iqlim komfortluğu aşağıdakı amillərə əsasən müəyyənləşdirilir:
günəşli və açıq havaların təkrarlanması, ekvivalent, effektiv temperaturun
dəyişməsi, günəşli günlərin sayı və günəşli saatların miqdarı, havada rütubətin
miqdarı, sürəti saniyədə 5m-dən az olan küləkli günlərin sayı və s.
16
Həmçinin diskomfort şərait üçün lazım olan mənfi təsiredici amillər
birlikdə araşdırılır. Ərazinin iqlim komfortluğunun öyrənilməsində Ə. C.
Ə
yyubovun xidmətlərini göstərmək olar. Ərazi rekreasiya komplekslərində iqlim
komfortluğunda əsas elementlərinə il ərzində fəal temperatur cəmi və komfort
hədlərin müəyyənləşdirilməsi ilə birbaşa bağlıdır.
2.
Komfort hədlərin müəyyənləşməsi əsasən temperaturdan asılı olduguna
görə bu da ərazinin coğrafi mövqeyindən, relyefindən və iqlimin üfüqi və
ş
aquli qurşaqlarından asılı olaraq dəyişir. Belə ki, mülayim enliklərdə
məskunlaşmış əhali üçün komfort hədlərin dəyişməsi 15-18
0
, rütubətlənmə
60-65%, gücü saniyədə 5m-dən çox olan küləkli günlərin təkrarlanmasını
mövsüm dövründə 30-35% - ə qədər olması komfort həddi kimi qəbul edilir. Bu
göstərici yarımquraq və ya orta enliklərdə müvafiq olaraq 20-23
0
C temperatur
həddi, 55-60%-ə qədər rütubətlənmə, həmçinin küləkli günlərin nisbətən çoxluğu
ilə müəyyənləşir. Tropikə yaxın isti qurşaqlarda isə temperatur göstəricisi 28-
31
0
C-ə qədər çata bilir.
Effektiv-ekvivalent
temperatur
şə
raitində
insanların
istirahət
və
sağlamlığının bərpası üçün ən optimal variant yarıquraq ərazilərdə olan
temperatur və rütubətlənmə göstəricisi götürülür. Belə ki, hazırda turizmin
daha çox inkişaf etdiyi Qara və Aralıq dənizi sahilləri, Karib hövzəsi
bölgələriiqlim komfortluğunun hədləri əksər tədqiqatçılar tərəfindən 20-23
0
,
kütləvi istirahət mövsümündə isə 25
0
-yə qədər dəyişməsi optimal göstərici
sayılır.
Bunula
yanaşı
mikroiqlim
şə
raitinin
turizm
baxımından
qiymətləndirilməsi aero və helio terapiya müalicələrinin aparılması baxımdan
da qiymətləndirilir.
Belə ki, diskomfort temperatur şəraiti helioterapiya müalicəsinin
aparılmasına əlverişli imkanlar yaratmaqla yanaşı, istirahətin digər növlərinin
təşkili üçün də nisbətən məqsədəuyğun ərazi sayılır. Məsələn: Türkiyənin
Egey bölgəsindəki diskomfort şərait temperatur göstəricilərinə görə nisbətən
Dostları ilə paylaş: |