17
yüksək olsa da burada digər rekreasion resurslardan birgə istifadə etməklə
kurort sağlamlıq mərkəzlərinin təşkili geniş yayılıb.
Digər tərəfdən Abşeronda günortaya qədər və günortadan sonra
yay istirahət mövsümündə mövsümündə helioterapiya müalicələri üçün
ə
lverişli şərait olsa da Şəki-Zaqatala bölgəsinin Marxal, Durca, İlisu istirahət
mərkəzlərində komfort temperatur hədləri 18-20
0
-yə qədər yüksələ bilir.
Havada oksigenin çoxluğu, ətraf mühitin dəyişməsinin zəif olması
insanların sağlamlığı və istirahəti üçün əlverişli şərait yaradır. Bu
baxımdan iqlim komfortluğunun müəyyən edilməsində havada olan
oksigenin miqdarının yüksək olmasının nəzərə alınması vacibdir.
İ
qlimin komfort hədlərinin müəyyənləşdirilməsində əsas göstəricilərdən
biri də əhalinin şaquli qurşaqlıq üzrə məskunlaşması ilə bağlıdır. Belə ki,
dağətəyi və dağlıq ərazilərdə məskunlaşanlar günəş radiyasiyasının az olduğu
ə
razilərdə yayılan əhali üçün istirahətinin təşkili iqlim komfortluluğu baxımından
dənizsahili bölgələrə, yarıquraq ərazilərə istiqamətlənmiş olur. Məsələn:
Avropanın Aralıq dənizi sahillərində, xüsusilə Yunanıstan, İtaliya,
İ
spaniya, Fransa ərazilərində mövsüm dövründə istirahət edən xarici
turistlərin əksəriyyətini Avropanın daxili və şimalından gələnlər təşkil edir.
ABŞ-da yerli turizm hərəkatında Kaliforniya və Florida sahillərinə gələnlər
ümumi daxili turizm hərəkatının 48%-ni təşkil edir. Bu göstəricilər onu
deməyə imkan verir ki, istirahət mövsümündə əhalini dənizsahili-yarıquraq
ə
razilərə meyl etməsi üstünlük təşkil edir.
Komfort zonası coğrafi enlikdən, yaşayış məntəqəsinin hündürlüyündən,
insanın həyat tərzindən, iş xüsusiyyətlərindən, yaşından, orqanizmin isti və
soyuğa davamlılığından asılıdır. Buna görə də komfort temperatur
hədlərinin müəyyənləşdirilməsində vahid fikir formalaşmamışdır.
İ
qlim komfortluğuna təsir edən amillərdən biri də ərazinin rütubətlənmə
dərəcəsidir. İnsanların həyat fəaliyyəti üçün normal rütubətlənmə 50-60% təşkil
edir. Bu rütubətlənmə göstəricisinin təkrar olunması isə turizm və istirahət
18
baxımdan daha çox mənimsənilən ərazilərdə özünü göstərir. Belə ki, Xəzər
sahillərində qeyd olunan rütubətlənmə mövsüm dövründə coğrafi
mövqeyindən asılı olaraq 50-70%, Qara dənizin Bolqarıstan və Ukrayna
sahillərində 65%, Aralıq dənizi sahillərində 60% -ə qədərdir.
Yuxarıda qeyd olunanlarla yanaşı iqlim komfortluğunda yay və qış
turizm mövsümləri də ayrılır. Yay mövsümü üçün əsas göstəricilər kütləvi
isturahətin təşkili ilə yanaşı, çimərliklərdən istifadə müddəti, iqlimlə müalicə
imkanları nəzərə alınır. Bu baxımdan yay istirahət mövsümü üçün
müəyyənləşdirilən iqlim komfortluğunun əsas göstəricilərinə aşağıdakılar
aiddir:
Orta aylıq temperatur 18-23
0
C, orta sutkalıq temperatur 20
0
C, sutkalıq
amplituda 12-15
0
C – dən çox olmamalıdır.
Rütubətlənmə göstəriciləri 40-60%, o cümlədən dumanlı və rütubətli
havaların təkrarlanmasının mövsüm dövründə 20-30% - dən çox olmaması.
Küləyin sürətinin 3-5 m/san. Çatması, 5m/san-dən çox olan soyuq
küləklərin təkrarlanmasının 20% - dən çox olmaması.
Çimərliklərdə dəniz suyunun temperaturunun 20-24
0
C təşkil etməsi
və 17
0
C – dən az olan temperaturun olmaması.
Qış turizm mövsümü idman tədbirləri və xizəklə gəzinti ilə bağlıdır.
Burada qış turizmi üçün müəyyən edilən iqlim göstəriciləri aşağıdakı kimi
dəyişir:
- Qış mövsümündə qarın qalınlığının 30 sm az olmaması;
- Orta aylıq temperaturun -5-dən - 15
0
C-yə qədər dəyişməsi. Həmçini
qeyd olunan temperaturun mövsüm dövrünün 50% - dən çoxunu əhatə etməsi;
- Güclü soyuq küləklərin təkrarlanmasının azlığı. Xüsusilə soyuq
küləklərin sürətinin 10-15 m/san – dən az olması;
İ
qlimşünaslar isti və soyuq diskomfort şərait də ayırılar. İsti
diskomfort şərait yuxarıda qeyd olunmuş iqlim elementlərindən yüksək
olması ilə müəyyənləşir. Burada temperatur komfort şəraitindən 7-10
0
C
19
yüksək olması, komfort hədlərinə mane olan külək və rütubətlənmənin
çoxluğu ilə müəyyənləşir.
Soyuq diskomfortda isə komfort temperatur hədlərinin 5-8
0
C aşağı
olması ilə müəyyənləşir. Soyuq diskomfort şərait yay aylarında
temperaturun aşağı düşməsi ilə yanaşı rütubətlənmənin artması ilə də
müəyyənləşə bilər.
İ
qlim komfortluğunun davametmə müddətinin mövsümlər üzrə dəyişməsi
də ondan turizm və istirahət baxımından istifadənin hədlərini müəyyən etmiş
olur. Bu baxımdan onun davametmə müddətinin öyrənilməsi turizm
ehtiyatlarının qiymətləndirilməsi baxımından əhəmiyyətli sayılır. Buna görə də
kurortoloqlar iqlim komfortluğundan mövsümlər üzrə istifadə hədlərinin tətbiq
olunmasını təklif etmişlər:
- Yay və qış turizm mövsümünün minimum 150 günə çatması. Burada
90 gün yay mövsümü, 60 gün qış mövsümü ayrılır. Belə ərazilərin turizm
baxımından mənimsənilməsi orta əlverişli sayılır.
- Turizm və istirahət mövsümlərində iqlim komfortluğunun 180
günə çatması. Belə ərazilər turizm baxımından əlverişli sayılır.
- Turizm və istirahət mövsümündə iqlim komfortluğu maksimum 210-240
günə çatması. Belə hava şəraitində ilboyu istirahət və turizmin təşkili
mümkündür.
Ümumiyyətlə dünyanın əksər iqlim rayonlarında komfort hədlərin
təkrarlanması və ondan istifadə müddəti müxtəlifdir. Bu baxımdan insanların
istirahəti və sağlamlığı üçün ən əlverişli iqlim şəraiti yarıquraq xüsusiyyətlərə
malik olan Aralıq dənizi iqlim rayonudur.
Dünyanın məhşur iqlim kurortları və istirahət mərkəzləri Aralıq, Karib
dənizi sahilləri, həmçinin Kaliforniya, Florida sahilləri, Avstraliya, Afrikanın
cənub-qərbi, Braziliya, Cənubi və Cənub-Şərqi Asiyanın dəniz sahilləridir.
Qeyd olunan ərazilərdə iqlim komfortluğu ilə yanaşı, landşaft ekzotikliyi ilə
ə
hatə olunması onun turizm və rekreasiya əhəmiyyətini artırmış olur.
Dostları ilə paylaş: |