134
Potensial turistlərin İnternetini imkanlarından istifadə etməklə reklam olunan
turist xidmətləri haqqında məlumatları asanlıqla əldə edə bilmələri turagentlər
tərəfindən təklif olunan reklamlarla müqayisədə daha səmərəli olması ilə
səciyyələnir. Belə ki, ənənəvi üsullarla (məsələn, televiziya) verilən reklamlar
kütləvi auditoriya üçün nəzərdə tutulduğundan bir çox hallarda səmərəlilik
vermir. Hətta məqsədli auditoriyanın seçilməsi düzgün həyata keçirildikdə belə
potensial müştərilər- bizim misalda turistlər bu reklamlara qarşı biganə olacaqlar.
Bunun əsas səbəblərindən biri reklamı təşkil edən marketinq mütəxəssisnin bu işə
nəzarət etməsidir. Buradakı müştəri üçün reklama yalnız passiv mövqedən olaraq
cəlb edilmə imkanı vardır. Başqa sözlə ifadə edəriksə bu nə dialoq, nə monoloq
sayıla bilər. Ən yaxşı halda verilən bu reklam turizm xidməti təklif edən firmanın
öz
xidmətlərini
tərifləməkdən
ibarət
ola
bilər.
İ
nternetdən istifadə edərək klassik reklam üsullarına məxsus olan bu kimi
çatışmamazlıqları ortadan qaldırmaq mümkündür. Birincisi, buradakı situasiyaya
marketinq mütəxəssisi deyil, sifaişçi nəzarət edir. Şəbəkədən informasiya axtaran
potensial turistlər onlara nə lazım olduğunu, bunun nə zaman və hansı istiqamətdə
axtarılacağı qərarını özləri verirlər. Əgər təqdim olunan səhifədə onları qane edən
informasiya olmadıqda sifarişçi asanlıqla buranı tərk edib, digər bir səhifədəki
təkliflərə baxmaq imkanı əldə edə bilər. Beləliklə əvvəlki klassik reklam üsulu ilə
darıxdırıcı bir mühitə düşən auditoriya bu vasitə ilə reklamın passiv
müşahidəçisindən
aktiv
iştirakçısına
çevrilə
bilər.
İkincisi, şəbəkədə özünə lazım olan informasiyanı axtaran potensial turist
məlumat üçün xidmət təklif edən firmaya özü müraciət edir. Burada diqqət edilə
biləcəyimiz ən mühüm bir məsələ isə həmin qərarın kənardan kimsənin təzyiqi
olmadan həyata keçirilməsidir. Çünki, şəbəkədə informasiya axtaran müştəri
həmin məlumatı almaq üçün dərkolunmuş şəkildə buraya müraciət etmişdir.
Üçüncüsü, ümumdünya şəbəkəsi hər bir müştəriyə fərdi qaydada yanaşma
imkanı da yaradır. Ənənəvi kütləvi informasiya vasitələrindən fərqli olaraq
İ
nternet hər bir müştəriyə dəqiq istiqamətlənmiş məlumatı göndərərək, onun
135
kortəbii qaydada verilməsindən alınan üstün fərqini ortaya qoymuş olur.
Dörduncusü, bəlkə də bu sahədəki ən mütərəqqi yeniliklərdən biri kimi
qiymətləndirə biləcəyimiz xüsusiyyət isə şəbəkənin yaratdığı həmin informasiya
mübadiləsinin interaktiv xarakter daşımasıdır. İkitərəfli qaydada dialoq
formasında həyata keçirilən informasiya mübadiləsi turizm firması tərəfindən hər
bir müştəriyə fərdi qaydada yanaşma imkanı verir.
Turizm şirkəti öz gündəlik fəaliyyətində internet şəbəkəsinin imkanlarından
çox geniş istifadə edir. Lakin internet müştərilərin cəlb olunmasında kifayət qədər
effektiv vasitə kimi qəbul olunmur. Buna baxmayaraq İnternetdən öz reklamları
üçün istifadə edən turizm şirkətlərinin sayı kifayət qədər artmışdır.
Reklam işləri üçün vəsait ayırmazdan əvvəl marketinq şöbəsinin nüma-
yəndələri bu və ya digər reklam daşıyıcısının hansı auditoriyaya malik olduğunu
bilməlidir.
İ
nternet istifadəçiləri haqqında kifayət qədər məlumat aldıqdan sonra turizm
ş
irkətlərinin bu şəbəkədə təqdimatına diqqət yetirilməlidir. Təqdimat dedikdə, ilk
növbədə şəxsi internet səhifəsinin yaradılmasına nail olmaq lazımdır. Bu səhifəni
həm Veb- server, həm də Veb-sayt adlandırırlar. Nəzərə alınmalıdır ki, bu sayt
turizm şirkətinin vizit kartı, onun yüksək keyfiyyətinin göstəricisidir. Bəzən şirkət
nümayəndəsi bu Veb- saytı yaratmağı peşəkara deyil, bu işin həvəskarı olan bir
gəncə həvalə edir. Bu halda yüksək nüfuza malik həmin şirkətin çox keyfiyyətsiz,
effektsiz və səhvlərlə dolu Veb saytı yaranır. Bu da əlbəttə ki, nüfuzun aşağı
düşməsinə səbəb olur. Həmin şirkət nəzərə almalıdır ki, bu sayt onun vizit kartı,
yüksək keyfiyyətinin göstəricisidir. Sözsüz bu şirkətə və onun təklif etdiyi
xidmətlərə dırnaq arası baxacaqlar. Ona görə də Veb-saytın yaradılması peşəkara
tapşırılmalı, ixtisaslaşmış peşəkar Veb-dizayn şirkətinə müraciət edilməlidir.Hal-
hazırda bu şirkətlərdən kifayət qədər var. Bunun üçün ilk növbədə həmin dizayn
ş
irkətinin bundan əvvəlki işlərinə baxmaq, daha sonra öz seçimini etmək
lazımdır.
136
Turizm informasiya texnologiyaları vasitəsilə reklamının təşkili üçün ilk
növbədə axtarış sistemlərində və ehtiyatlar kataloqlarında qeydiyyatdan
keçilməlidir. Bunlar məcburi xarakter daşıyan işlərdir. Bunun vasitəsilə şirkət
özünə kiçik auditoriya və müştəri kütləsi yığa bilər. Şirkət öz reklam işini yalnız
internet vasitəsilə qurmamalı, başqa vasitələrə də müraciət etməlidir. Turizm
ş
irkəti reklam üçün kütləvi informasiya vasitələrindən, əsasən də gündəlik
mətbuatdan istifadə edə bilər.
Texniki cəhətdən yanaşdıqda informasiya texnologiyalarının imkanlarının
qeyri-məhdud olduğunu nəzərə alaraq onun insanların həyatında və iqtisadi
fəaliyyətində, o cümlədən turizm biznesi sahəsində də rolunun hər keçən gün
ə
rzində artdığını görmək mümkündür. İnsan tələbatının sonsuz olduğunu, bu
tələbatların ödənilə bilməsi üçün resursların məhdud olduğunu nəzərə alarıqsa
onlardan səmərəli şəkildə istifadə olunması mühüm məsələ kimi qarşıda durur.
Bunun həll edilə bilməsi üçün isə həmin resurslar və onlardan istifadəfnin təşkili
haqqında kifayət qədər informasiyaya malik olmaq zərurəti yaranır. İnformasiya
texnologiyasınıın da sonsuz imkanlarından istifadə etməklə iqtisadiyyatın bütün
sahələrində olduğu kimi dövrümüzün ən populyar sosial-iqtisadi hadisəsi olan
beynəlxalq turizmin təşkili məsələsində də səmərəli nəticələr əldə etmək
mümkündür.
Son illərdə Azərbaycanda turizmin inkişafına xüsusi önəm və qayğı
göstərilir. Turizmin mədəniyyət ilə bir dövlət qurumunda birləşməsi onun inkişafı
üçün yeni imkanların yaranmasına təkan vermişdir. Bu, turizmin inkişaf
etdirilməsi ilə yanaşı, həmçinin Azərbaycan mədəniyyətinin və milli irsin də
təbliğ olunmasına yardım edir. Ənənəvi təbliğat vasitələri (çap məhsulları,
beynəlxalq sərgilərdə iştirak, video və kino çarxlarının istehsalı) ilə yanaşı
elektron resursların bu səpgidə artırılması və yayılması çox zəruridir.
Respublikada bu sahədə mövcud olan elektron resurslarının təhlili onları 3
kateqoriyaya bölməyə imkan verir.
Dostları ilə paylaş: |