137
Bunlardan birincisi, ümumrespublika, dövlət əhəmiyyətli məlumat
portallarıdır. Onlar ilk öncə ölkə haqqında ümumi və ətraflı məlumatın
yerləşdirilməsi məqsədinlə xidmət edirlər. Belə resurslardan ilk növbədə
www.azerbaijan.az portalı qeyd olunmalıdır. Bundan başqa UNDP ilə
Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi çərçivəsində yaradılan
ixtisaslaşmış turizm portalı da eyni məqsədlidir.
İ
kincisi, ölkədaxili turizm sahəsində çalışan aidiyyətli qurum və şirkətlərin
elektron resursları. Bunlardan İmprotex travel, Sevgun Travel, Absheron Tour və
Caspian İnvest Commerce şirkətlərinin veb-resursları xüsusilə maraqlı və
diqqətəlayiqdir. Adı çəkilən şirkətlərin saytlarında ölkənin müxtəlif bölgələrinin
turizm imkanlarının təqdimi ilə yanaşı şirkətlərin göstərdiyi geniş çeşidli xidmət
və turlar barəsində məlumat da öz yerini tutmuşdur.
Nəhayət, üçüncüsü otel və istirahət mərkəzlərinin elektron məhsullarıdır.
Bunlar başlıca olaraq Bakıda yerləşən otellərə aiddir. Onlarla qısa tanışlıq belə bir
fikir söyləməyə imkan verir ki, əksər rekreasiya obyektləri olan otel və istirahət
mərkəzlərinin veb –məhsulları təqdimat və tanışlıq daha doğrusu bir növ reklam
xarakteridir. Ümümiyyətlə respublikada sözü gedən sahədə mövcud olan internet
məhsullarının təhlili belə bir nəticə çıxarmağa imkan verir ki, onların böyük bir
hissəsi təqdimat və promouşn xarakteridir. Internetin interaktiv imkanlarından
yalnız forumlar kimi xidmət təklif olunur. Bu da sözsüz ki, ölkədə e-biznesin və
e-commerce – nin zəif inkişafından irəli gəlir. Ümid etmək olar ki, həmin
problemin həlli elektron turizmin daha sürətli inkişafına təkan verəcəkdir.
138
Mövzu:12.Azərbaycanın rekreasiya-turizm resursları
Plan:
1.
Azərbaycanın Milli Parkları, onlardan turizm məqsədilə istifadə imkanları
2.
Azərbaycanın təbiət abidələri, onların turizm əhəmiyyəti
3.
Azərbaycanın milli irs nümunələri və onların turizmdə istifadə
imkanları
1.
Ölkəmizdə olan 8 Milli Park əsasən dövlət qoruqlarının bazası əsasında
yaradılmışdır. Milli Parkların yaradılmasına 2002-ci ildən başlanılmışdır. Milli
Parkların yaradılmasında əsas məqsəd ətraf mühitin, ekoloji tarazlığın, təbiət və
tarixi abidələrin qorunması şərtilə ekoturizmin inkişafı, ekoloji maarifləndirmənin
gücləndirilməsi, ölkənin zəngin təbiətinin nümayişindən ibarətdir. Ölkədə olan
Milli Parklar turist marşrutlarına salınsa da, onlardan turizm məqsədilə geniş
istifadə olunmur. Bu baxımdan ölkəmizin Milli Parklarında turizm
infrastrukturunun yaradılması, onun kadr potensialının gücləndirilməsi vacibdir.
Milli Parklardan turizm məqsədilə istifadə olunması Avropa ölkələri və
Amerikada daha çox yayılmışdır. Xüsusilə ölkəmizdə Avropa ölkələrinin
təcrübəsindən istifadə etməklə Milli Parklardan turizm məqsədilə mənimsəmək
daha məqsədəuyğundur. Bu təcrübədən AFR və Avstriya timsalında yararlanmaq
mümkündür. Belə ki, AFR-də Milli Parklardan turizm məqsədilə istifadə regional
və yerli səviyyədə strategiyanın uzunmüddətli ənənəyə əsaslanaraq təbiət
ə
razilərinin bərpasından, ətraf mühitlə təmasda olmaqdan ibarətdir. Hazırda AFR-
də 90 təbiət parkı, 13 milli park, 14 biosfer qoruqları, 190000 km piyada cığırlar,
40000 km velosiped zolağı mövcuddur ki, bunlardan da il ərzində 50-62% alman
vətəndaşı istifadə edir. Almaniyada yerli turistlər piyada gəzintilərə, velosiped
yürüşlərinə daha çox üstünlük verdiklərinə görə ekoloji turizmdə ətraf mühitin
çirklənməsi minimuma enir. Bununla yanaşı, Milli Parklar və təbiət parklarının
ə
razisində hərəkət üçün icarəyə velosipedlər verilir, bələdçilərlə təmin olunurlar.
139
Almaniyada, Avstriyada, Norveçdə xüsusi mühafizə olunan ərazilər müvcuddur
ki, burada avtomobildən istifadə mümkün deyildir.
Ölkəmizin Milli Parklarında xüsusi piyada cığırlarının hazırlanması,
informasiya mərkəzlərinin yaradılması, ətraf mühitlə kütləvi turların təşkili,
velosiped yollarının müəyyən olunması, onlardan turizm məqsədilə səmərəli
istifadəyə imkan verərdi. Ölkəmizdə fəaliyyət göstərən Milli Parkların qısa icmalı
və onların turizm əhəmiyyəti aşağıdakılardır:
1. Şirvan Milli Parkı. Sahəsi: 54374 ha; yerləşdiyi ərazi: Cənub-Şərqi Şirvan
düzü. 2003-cü ildə eyni adlı qoruğun, Bəndovan yasaqlığının bazasında
yaradılmışdır. Şirvan Milli Parkının yaradılmasında əsas məqsəd düzən
yarımsəhra landşaftının və ərazi üçün səciyyəvi olan ceyranların, müxtəlif su
quşlarının və s. fauna növlərinin qorunmasıdır. Milli Parkda 230 quş növü,
məməlilərdən ceyranla yanaşı safsar, çöl pişiyi, çöl donuzu, porsuq, çaqqal, tülkü,
canavar və s. yayılmışdır. Milli parkda 20-dən çox müşahidə məntəqəsi olsa da,
onlar əsasən elmi-ekoloji əhəmiyyət kəsb edir. Şirvan Milli Parkı ölkəmizdə
mövcud olan qərb və cənub turist marşrutlarının üzərində yerləşdiyinə görə
ekoturizm baxımından geniş mənimsənilməsi mümkündür. Bu baxımdan Milli
Parkın ərazisində turizm informasiya mərkəzinin yaradılması, Bakı şəhərinə
yaxın olduğuna görə kütləvi ekoloji turların əhəmiyyətli olardı. Bununla yanaşı
Milli Parkda müşahidə məntəqələrindən turistlərin istifadəsi, turist cığırlarının
müəyyən olunmasına ehtiyac vardır.
2. Ağgöl Milli Parkı. Milli Park 2003-cü ildə Ağgöl dövlət qoruğu, Ağgöl
yasaqlığının bazasında yaradılmışdır ki, onun da sahəsi 17924 ha-dan ibarətdir.
Ağgöl Milli Parkının beynəlxalq əhəmiyyəti vardır. Belə ki, əsasən su quşlarının
yaşama yeri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında-
Ramsar konvensiyasının “Ramsar siyahısı”na daxil edilmişdir.
Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi su-bataqlıq ərazilərini,
həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında
məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaqdan,
Dostları ilə paylaş: |