Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   39   40   41   42   43   44   45   46   ...   59

137 
 
Bunlardan  birincisi,  ümumrespublika,  dövlət  əhəmiyyətli  məlumat 
portallarıdır.  Onlar  ilk  öncə  ölkə  haqqında  ümumi  və  ətraflı  məlumatın 
yerləşdirilməsi  məqsədinlə  xidmət  edirlər.  Belə  resurslardan  ilk  növbədə 
www.azerbaijan.az  portalı  qeyd  olunmalıdır.  Bundan  başqa  UNDP  ilə 
Mədəniyyət  və  Turizm  Nazirliyinin  birgə  layihəsi  çərçivəsində  yaradılan 
ixtisaslaşmış turizm portalı da eyni məqsədlidir.  
İ
kincisi,  ölkədaxili  turizm  sahəsində  çalışan  aidiyyətli  qurum  və  şirkətlərin 
elektron resursları. Bunlardan İmprotex travel, Sevgun Travel, Absheron Tour və 
Caspian  İnvest  Commerce  şirkətlərinin  veb-resursları  xüsusilə  maraqlı  və 
diqqətəlayiqdir.  Adı  çəkilən  şirkətlərin  saytlarında  ölkənin  müxtəlif  bölgələrinin 
turizm imkanlarının təqdimi ilə yanaşı şirkətlərin göstərdiyi geniş çeşidli xidmət 
və turlar barəsində məlumat da öz yerini tutmuşdur.  
Nəhayət,  üçüncüsü  otel  və  istirahət  mərkəzlərinin  elektron  məhsullarıdır. 
Bunlar başlıca olaraq Bakıda yerləşən otellərə aiddir. Onlarla qısa tanışlıq belə bir 
fikir söyləməyə imkan verir ki, əksər rekreasiya obyektləri olan otel və istirahət 
mərkəzlərinin veb –məhsulları təqdimat və tanışlıq daha doğrusu bir növ reklam 
xarakteridir. Ümümiyyətlə respublikada sözü gedən sahədə mövcud olan internet 
məhsullarının təhlili belə bir nəticə çıxarmağa imkan verir ki, onların böyük bir 
hissəsi  təqdimat  və  promouşn  xarakteridir.  Internetin  interaktiv  imkanlarından 
yalnız forumlar kimi xidmət təklif olunur. Bu da sözsüz ki, ölkədə e-biznesin və 
e-commerce  –  nin  zəif  inkişafından  irəli  gəlir.  Ümid  etmək  olar  ki,  həmin 
problemin həlli elektron turizmin daha sürətli inkişafına təkan verəcəkdir. 
 


138 
 
Mövzu:12.Azərbaycanın rekreasiya-turizm resursları 
Plan: 
1.
 Azərbaycanın Milli Parkları, onlardan turizm məqsədilə istifadə imkanları 
2.
Azərbaycanın təbiət abidələri, onların turizm əhəmiyyəti
 
3.
Azərbaycanın milli irs nümunələri və onların turizmdə istifadə 
  imkanları 
 
1. 
Ölkəmizdə  olan  8  Milli  Park  əsasən  dövlət  qoruqlarının  bazası  əsasında 
yaradılmışdır.  Milli  Parkların  yaradılmasına  2002-ci  ildən  başlanılmışdır.  Milli 
Parkların  yaradılmasında  əsas  məqsəd  ətraf  mühitin,  ekoloji  tarazlığın,  təbiət və 
tarixi abidələrin qorunması şərtilə ekoturizmin inkişafı, ekoloji maarifləndirmənin 
gücləndirilməsi,  ölkənin  zəngin  təbiətinin  nümayişindən  ibarətdir.  Ölkədə  olan 
Milli  Parklar  turist  marşrutlarına  salınsa  da,  onlardan  turizm  məqsədilə  geniş 
istifadə  olunmur.  Bu  baxımdan  ölkəmizin  Milli  Parklarında  turizm 
infrastrukturunun yaradılması, onun kadr potensialının gücləndirilməsi vacibdir. 
Milli  Parklardan  turizm  məqsədilə  istifadə  olunması  Avropa  ölkələri  və 
Amerikada  daha  çox  yayılmışdır.  Xüsusilə  ölkəmizdə  Avropa  ölkələrinin 
təcrübəsindən  istifadə  etməklə  Milli  Parklardan  turizm  məqsədilə  mənimsəmək 
daha məqsədəuyğundur. Bu təcrübədən AFR və Avstriya timsalında yararlanmaq 
mümkündür. Belə ki, AFR-də Milli Parklardan turizm məqsədilə istifadə regional 
və  yerli  səviyyədə  strategiyanın  uzunmüddətli  ənənəyə  əsaslanaraq  təbiət 
ə
razilərinin bərpasından, ətraf mühitlə təmasda olmaqdan ibarətdir. Hazırda AFR-
də 90 təbiət parkı, 13 milli park, 14 biosfer qoruqları, 190000 km piyada cığırlar, 
40000 km velosiped zolağı mövcuddur ki, bunlardan da il ərzində 50-62% alman 
vətəndaşı  istifadə  edir.  Almaniyada  yerli  turistlər  piyada  gəzintilərə,  velosiped 
yürüşlərinə  daha  çox  üstünlük  verdiklərinə  görə  ekoloji  turizmdə  ətraf  mühitin 
çirklənməsi  minimuma  enir.  Bununla  yanaşı,  Milli  Parklar  və  təbiət  parklarının 
ə
razisində hərəkət üçün icarəyə velosipedlər verilir, bələdçilərlə təmin olunurlar. 


139 
 
Almaniyada,  Avstriyada,  Norveçdə  xüsusi  mühafizə  olunan  ərazilər  müvcuddur 
ki, burada avtomobildən istifadə mümkün deyildir.  
Ölkəmizin  Milli  Parklarında  xüsusi  piyada  cığırlarının  hazırlanması, 
informasiya  mərkəzlərinin  yaradılması,  ətraf  mühitlə  kütləvi  turların  təşkili, 
velosiped  yollarının  müəyyən  olunması,  onlardan  turizm  məqsədilə  səmərəli 
istifadəyə imkan verərdi. Ölkəmizdə fəaliyyət göstərən Milli Parkların qısa icmalı 
və onların turizm əhəmiyyəti aşağıdakılardır: 
1. Şirvan Milli Parkı. Sahəsi: 54374 ha; yerləşdiyi ərazi: Cənub-Şərqi Şirvan 
düzü.  2003-cü  ildə  eyni  adlı  qoruğun,  Bəndovan  yasaqlığının  bazasında 
yaradılmışdır.  Şirvan  Milli  Parkının  yaradılmasında  əsas  məqsəd  düzən 
yarımsəhra  landşaftının  və  ərazi  üçün  səciyyəvi  olan  ceyranların,  müxtəlif  su 
quşlarının  və  s.  fauna  növlərinin  qorunmasıdır.  Milli  Parkda  230  quş  növü, 
məməlilərdən ceyranla yanaşı safsar, çöl pişiyi, çöl donuzu, porsuq, çaqqal, tülkü, 
canavar və s. yayılmışdır. Milli parkda 20-dən çox müşahidə məntəqəsi olsa da, 
onlar  əsasən  elmi-ekoloji  əhəmiyyət  kəsb  edir.  Şirvan  Milli  Parkı  ölkəmizdə 
mövcud  olan  qərb  və  cənub  turist  marşrutlarının  üzərində  yerləşdiyinə  görə 
ekoturizm  baxımından  geniş  mənimsənilməsi  mümkündür.  Bu  baxımdan  Milli 
Parkın  ərazisində  turizm  informasiya  mərkəzinin  yaradılması,  Bakı  şəhərinə 
yaxın  olduğuna  görə  kütləvi  ekoloji  turların  əhəmiyyətli  olardı.  Bununla  yanaşı 
Milli  Parkda  müşahidə  məntəqələrindən  turistlərin  istifadəsi,  turist  cığırlarının 
müəyyən olunmasına ehtiyac vardır. 
2.  Ağgöl  Milli  Parkı.  Milli  Park  2003-cü  ildə  Ağgöl  dövlət  qoruğu,  Ağgöl 
yasaqlığının  bazasında  yaradılmışdır  ki,  onun  da  sahəsi  17924  ha-dan  ibarətdir. 
Ağgöl Milli Parkının beynəlxalq əhəmiyyəti vardır. Belə ki, əsasən su quşlarının 
yaşama  yeri  kimi  beynəlxalq  əhəmiyyəti  olan  sulu-bataqlıq  yerlər  haqqında-
Ramsar konvensiyasının “Ramsar siyahısı”na daxil edilmişdir. 
Ağgöl  Milli  Parkının  yaradılmasının  əsas  məqsədi  su-bataqlıq  ərazilərini, 
həmin  əraziyə  xas  olan  yarımsəhra  landşaftını,  göldə  və  onun  ətrafında 
məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaqdan, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə