Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   38   39   40   41   42   43   44   45   ...   59

134 
 
Potensial turistlərin İnternetini imkanlarından istifadə etməklə reklam olunan 
turist  xidmətləri  haqqında  məlumatları  asanlıqla  əldə  edə  bilmələri  turagentlər 
tərəfindən  təklif  olunan  reklamlarla  müqayisədə  daha  səmərəli  olması  ilə 
səciyyələnir.  Belə  ki,  ənənəvi  üsullarla  (məsələn,  televiziya)  verilən  reklamlar 
kütləvi  auditoriya  üçün  nəzərdə  tutulduğundan  bir  çox  hallarda  səmərəlilik 
vermir.  Hətta  məqsədli  auditoriyanın  seçilməsi  düzgün  həyata  keçirildikdə  belə 
potensial müştərilər- bizim misalda turistlər bu reklamlara qarşı biganə olacaqlar. 
Bunun əsas səbəblərindən biri reklamı təşkil edən marketinq mütəxəssisnin bu işə 
nəzarət etməsidir. Buradakı müştəri üçün reklama yalnız passiv mövqedən olaraq 
cəlb edilmə imkanı vardır. Başqa sözlə ifadə edəriksə bu nə dialoq, nə monoloq 
sayıla bilər. Ən yaxşı halda verilən bu reklam turizm xidməti təklif edən firmanın 
öz 
xidmətlərini 
tərifləməkdən 
ibarət 
ola 
bilər.  
İ
nternetdən  istifadə  edərək  klassik  reklam  üsullarına  məxsus  olan  bu  kimi 
çatışmamazlıqları ortadan qaldırmaq mümkündür. Birincisi, buradakı situasiyaya 
marketinq mütəxəssisi deyil, sifaişçi nəzarət edir. Şəbəkədən informasiya axtaran 
potensial turistlər onlara nə lazım olduğunu, bunun nə zaman və hansı istiqamətdə 
axtarılacağı qərarını özləri verirlər. Əgər təqdim olunan səhifədə onları qane edən 
informasiya  olmadıqda  sifarişçi  asanlıqla  buranı  tərk  edib,  digər  bir  səhifədəki 
təkliflərə baxmaq imkanı əldə edə bilər. Beləliklə əvvəlki klassik reklam üsulu ilə 
darıxdırıcı  bir   mühitə  düşən  auditoriya  bu  vasitə  ilə  reklamın  passiv 
müşahidəçisindən 
aktiv 
iştirakçısına 
çevrilə 
bilər. 
     İkincisi,  şəbəkədə  özünə  lazım  olan  informasiyanı  axtaran  potensial  turist 
məlumat üçün xidmət təklif edən firmaya özü müraciət edir. Burada diqqət edilə 
biləcəyimiz ən mühüm bir məsələ isə həmin qərarın kənardan kimsənin   təzyiqi 
olmadan  həyata  keçirilməsidir.  Çünki,  şəbəkədə  informasiya  axtaran  müştəri 
həmin  məlumatı  almaq  üçün  dərkolunmuş  şəkildə  buraya  müraciət  etmişdir. 
       Üçüncüsü,  ümumdünya  şəbəkəsi  hər  bir  müştəriyə  fərdi  qaydada  yanaşma 
imkanı  da  yaradır.  Ənənəvi  kütləvi  informasiya  vasitələrindən  fərqli  olaraq 
İ
nternet  hər  bir  müştəriyə  dəqiq  istiqamətlənmiş  məlumatı  göndərərək,  onun 


135 
 
kortəbii  qaydada  verilməsindən  alınan  üstün  fərqini  ortaya  qoymuş  olur.  
     Dörduncusü,  bəlkə  də  bu  sahədəki  ən  mütərəqqi  yeniliklərdən  biri  kimi 
qiymətləndirə biləcəyimiz xüsusiyyət isə şəbəkənin yaratdığı həmin informasiya 
mübadiləsinin  interaktiv  xarakter  daşımasıdır.  İkitərəfli  qaydada  dialoq 
formasında həyata keçirilən informasiya mübadiləsi turizm firması tərəfindən hər 
bir müştəriyə fərdi qaydada yanaşma imkanı verir.  
 
Turizm şirkəti öz gündəlik  fəaliyyətində internet şəbəkəsinin imkanlarından 
çox geniş istifadə edir. Lakin internet müştərilərin cəlb olunmasında kifayət qədər  
effektiv vasitə kimi qəbul olunmur. Buna baxmayaraq İnternetdən öz reklamları 
üçün istifadə edən turizm şirkətlərinin sayı kifayət qədər artmışdır.  
Reklam  işləri  üçün  vəsait  ayırmazdan  əvvəl  marketinq  şöbəsinin  nüma-
yəndələri bu və ya digər reklam daşıyıcısının hansı auditoriyaya  malik olduğunu 
bilməlidir. 
İ
nternet istifadəçiləri haqqında kifayət qədər məlumat aldıqdan sonra turizm 
ş
irkətlərinin bu şəbəkədə təqdimatına diqqət yetirilməlidir. Təqdimat dedikdə, ilk 
növbədə şəxsi internet səhifəsinin yaradılmasına nail olmaq lazımdır.  Bu səhifəni 
həm  Veb-  server,  həm  də  Veb-sayt  adlandırırlar.  Nəzərə  alınmalıdır  ki,  bu  sayt 
turizm şirkətinin vizit kartı, onun yüksək keyfiyyətinin göstəricisidir. Bəzən şirkət 
nümayəndəsi bu Veb- saytı yaratmağı peşəkara deyil, bu işin həvəskarı olan bir 
gəncə həvalə edir. Bu halda yüksək nüfuza malik həmin şirkətin çox keyfiyyətsiz, 
effektsiz  və  səhvlərlə  dolu    Veb  saytı  yaranır.  Bu  da  əlbəttə  ki,  nüfuzun  aşağı 
düşməsinə səbəb olur.  Həmin şirkət nəzərə almalıdır ki, bu sayt onun vizit kartı, 
yüksək  keyfiyyətinin  göstəricisidir.  Sözsüz  bu  şirkətə  və  onun  təklif  etdiyi 
xidmətlərə dırnaq arası baxacaqlar. Ona görə də Veb-saytın yaradılması peşəkara 
tapşırılmalı, ixtisaslaşmış peşəkar Veb-dizayn şirkətinə müraciət edilməlidir.Hal- 
hazırda bu şirkətlərdən kifayət qədər var. Bunun üçün ilk növbədə həmin dizayn 
ş
irkətinin  bundan  əvvəlki  işlərinə  baxmaq,  daha  sonra  öz  seçimini  etmək 
lazımdır. 


136 
 
Turizm  informasiya  texnologiyaları  vasitəsilə  reklamının  təşkili  üçün  ilk 
növbədə  axtarış  sistemlərində  və  ehtiyatlar  kataloqlarında  qeydiyyatdan 
keçilməlidir.  Bunlar  məcburi  xarakter  daşıyan  işlərdir.  Bunun  vasitəsilə  şirkət 
özünə kiçik auditoriya və müştəri kütləsi yığa bilər. Şirkət öz reklam işini yalnız 
internet  vasitəsilə  qurmamalı,  başqa  vasitələrə  də  müraciət  etməlidir.  Turizm 
ş
irkəti  reklam  üçün  kütləvi  informasiya  vasitələrindən,  əsasən  də  gündəlik 
mətbuatdan istifadə edə bilər. 
Texniki  cəhətdən  yanaşdıqda  informasiya  texnologiyalarının  imkanlarının 
qeyri-məhdud  olduğunu  nəzərə  alaraq  onun  insanların  həyatında  və  iqtisadi 
fəaliyyətində,  o  cümlədən  turizm  biznesi  sahəsində  də  rolunun  hər  keçən  gün 
ə
rzində  artdığını  görmək  mümkündür.  İnsan  tələbatının  sonsuz  olduğunu,  bu 
tələbatların  ödənilə  bilməsi  üçün  resursların  məhdud  olduğunu  nəzərə  alarıqsa 
onlardan  səmərəli  şəkildə  istifadə  olunması  mühüm  məsələ  kimi  qarşıda  durur. 
Bunun həll edilə bilməsi üçün isə həmin resurslar və onlardan istifadəfnin təşkili 
haqqında kifayət qədər informasiyaya  malik olmaq zərurəti yaranır. İnformasiya 
texnologiyasınıın  da  sonsuz  imkanlarından  istifadə  etməklə  iqtisadiyyatın  bütün 
sahələrində  olduğu  kimi  dövrümüzün  ən  populyar  sosial-iqtisadi  hadisəsi  olan 
beynəlxalq  turizmin  təşkili  məsələsində  də  səmərəli  nəticələr  əldə  etmək 
mümkündür. 
Son  illərdə  Azərbaycanda  turizmin  inkişafına  xüsusi  önəm  və  qayğı 
göstərilir. Turizmin mədəniyyət ilə bir dövlət qurumunda birləşməsi onun inkişafı 
üçün  yeni  imkanların  yaranmasına  təkan  vermişdir.  Bu,  turizmin  inkişaf 
etdirilməsi  ilə  yanaşı,  həmçinin  Azərbaycan  mədəniyyətinin  və  milli  irsin  də 
təbliğ  olunmasına  yardım  edir.  Ənənəvi  təbliğat  vasitələri  (çap  məhsulları, 
beynəlxalq  sərgilərdə  iştirak,  video  və  kino  çarxlarının  istehsalı)  ilə  yanaşı 
elektron  resursların  bu  səpgidə  artırılması  və  yayılması  çox  zəruridir. 
Respublikada  bu  sahədə  mövcud  olan  elektron  resurslarının  təhlili  onları  3 
kateqoriyaya bölməyə imkan verir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə