Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1


Rekreasiya-turizm ehtiyatlarından kənd turizmində istifadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   34   35   36   37   38   39   40   41   ...   59

122 
 
 
 
Rekreasiya-turizm ehtiyatlarından kənd turizmində istifadə
.
Cədvəl .4.
 
 
KTRE
İ 
dağ 
eko 
sistemlər

meşə 
resus
rları 
 
əmək 
ehtiy
atları 
Mədə
niyyə

ocaql
arı 
Milli 
irs 
nümu
nələri 
Milli 
parkl
ar 
Səyah
ətləri

təşklil

Səyah
ət  və 
istira
hət 
Istira
hət 
safari 
ekotu
rizm 
Nosta
lji 
turiz

Dərk
etmə  
turlar
ı 
Məşğ
ulluğ
un 
təmin 
olun
Kənd 
əhalis
ininin 
əlavə 
gəliri 


123 
 
Mövzu:11. Turizmdə infоrmasiya resursları 
Plan: 
1. 
Turizm mədəniyyəti və kütləvi informasiya vasitələri 
2.
Turizmin inkişаfının infоrmаsiyа bаzаsının təşkili 
3.
Regionlarda reklamın və ictimai rəyin formalaşması 
4. 
Müəssisədaxili səviyyədə informasiya texnologiyasınıın tətbiqi 
 
1.
Turizmin inkişafı ilə bağlı mühüm amillərdən biri də öz sərvətlərimizi, öz 
qabiliyyətimizi  dünyaya  gözəl  şəkildə  göstərmək  və  insanları  buraya  cəlb 
etməkdir.  Süfrəmizdən,  təbiətimizdən  tutmuş  tariximizə  qədər  Azərbaycanda 
turizmin  inkişafı  üçün  çox  böyük  üfüqlər  var  və  Azərbaycan  gələcəkdə  yalnız 
bölgədə deyil, dünyada ən aparıcı turizm ölkələrindən birinə çevrilə bilər. Zəruri 
normativ-hüquqi aktlar yaradılması, əlverişli infrastrukturun formalaşdırılması ilə 
yanaşı  ölkəmizin  turizm  potensialının  dünyaya  tanıtdırılması  istiqamətində  də 
xeyli iş görülüb.  
Respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə Mədəniyyət və 
Turizm  Nazirliyi  bir  sıra  tədbirlər  həyata  keçirir.  Respublikamızın  turizm 
potensialını  əks  etdirən  reklam  xarakterli  səhifə  İngiltərənin  "ABTA"  soraq 
kitabçasında  hər  il  yerləşdirilir.  Avropada  ölkəmizin  turizm  potensialını  təbliğ 
etmək  məqsədilə  populyar  "Travel  İQ"  və  "Faints  and  Projects"  jurnallarında 
Azərbaycanın görməli yerlərini əks etdirən məqalələr dərc edilib.  
Azərbaycanın  turizm  potensialını  dünyada  tanıtmaq  məqsədi  ilə 
www.azerbaijan.tourism.az  saytı  işlənib  hazırlanıb.  Qeyd  olunan  saytın  adı 
beynəlxalq telekanallarda nümayiş olunan, Azərbaycanın turizm potensialını əks 
etdirən  reklam  çarxlarında,  beynəlxalq  turizm  sərgilərinin  rəsmi  kataloqlarında, 
eləcə  də  digər  rəsmi  xarici  mənbələrdə  göstərilir  və  sayt  mütəmadi  olaraq 
yeniləşdirilir. 
Ölkəmizə  səfər  edən  xarici  ölkə  vətəndaşları  üçün  Azərbaycanın  turizm 
imkanları haqqında məlumatın artırılması məqsədilə "Austrian Airlines", "British 


124 
 
Airways", "AZAL" aviaşirkətlərinə məxsus təyyarələrin bort jurnallarında reklam 
səhifələri, məlumatlar və ekranlarda reklam çarxları yerləşdirilib.  
2006-cı  ildən  etibarən  Azərbaycanın  imic  reklam  çarxları  hazırlanmağa 
başlanıb.  Bu  məqsədlə  Rusiyanın  NTV  kanalının  "Şan  dizayn",  yerli 
"MaxMedia",  "Salnamə"  şirkətləri  tərəfindən  çəkilişlər  aparılıb.  2006-2010-cu 
illər  ərzində  CNN,  "Euronews"  "National  Geographic",  "Travel  Channel",  BBC 
və CNBC kimi xarici televiziya kanallarında respublikamızın turizm potensialını 
təbliğ  edən  reklam  çarxları  yerləşdirilib.  Həmçinin  "Rostropoviç",  "Jazz" 
festivalları  və  "Bakı  İslam  Mədəniyyətinin  Paytaxtı"  ili  ilə  əlaqədar  CNN  və 
"Euronews" kanalında müvafiq reklam çarxları yer alıb.  
Hər il "AİTF" Beynəlxalq turizm sərgisi Bakı şəhərində keçirilir. Bu sərgidə 
iştirak  edən  xarici  ölkələrin  cografiyası  genişlənir  və  turizm  şirkətlərinin  sayı 
ildənilə artır. 2010-cu ildə ölkələrin sayı 32-yə, şirkətlərin sayı isə 120-yə çatıb. 
Rusiyada dərc olunan "Exo planetı" jurnalının əməkdaşları 2010-cu ildə jurnalda 
məqalələr üçün tələb olunan materialların toplanılması məqsədilə Bakıya gəliblər. 
"Exo  planetı"  jurnalında  mütəmadi  olaraq  ayda  2  dəfə  Azərbaycanın  mədəni 
tədbirləri, mədəniyyəti, tarixi, tarixi abidələri və turizm haqqında məqalələr dərc 
olunub.  Ötən  il  Avstriyanın  "World  Travel  Guide"  bələdçisində  Azərbaycanın 
reklam səhifəsi yerləşdirilib. Digər belə çoxsaylı tədbirlər Mədəniyyət və Turizm 
Nazirliyinin ölkəmizdə turizmin inkişafı üçün reklam və təbliğatdan geniş istifadə 
etməsinin bariz göstəricisidir. 
Nadir  təbiət  gözəlliklərinə,  zəngin  tarixi  keçmişə,  bunu  əks  etdirən  maddi 
mədəniyyət abidələrinə, əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan bu gün 
dünyanın  diqqətini  həm  də  böyük  turizm  potensialına  malik  bir  ölkə  kimi  cəlb 
edir.  Xalqımızın  tarixən  qonaqpərvər  xüsusiyyəti  ilə  seçilməsi,  son  illər  ərzində 
turizm  sahəsində  uğurla  həyata  keçirilən  dövlət  siyasəti,  reallaşdırılan  müvafiq 
layihələr  bu  müstəvidə  Azərbaycana  marağın  daha  da  yüksəlməsinə  gətirib 
çıxarıb. Təbii ki, bütün bunlar ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərinin 
birinə çevrilməsinə öz töhfəsini verəcək. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə