Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   33   34   35   36   37   38   39   40   ...   59

119 
 
Asudə vaxtın seçilməsi təbii mühitlə əlaqəli olduğuna görə əsasən yay ayları 
üstünlük təşkil edir. Bu baxımdan tətili seçərkən təbiətin vacibliyi uzun müddətli 
istirahət  edənlərin  tələbatında  67%  təşkil  edir.  Bunlardan  18  %  ekskursiyalar 
üçün,15%  təbii  və  mədəni  irs  nümunələrinin  öyrənilməsinə  üstünlük  verirlər. 
Qalan  33%-i  seçimində  birbaşa  təbiətlə  bağlı  olmasa  da,  ətraf  mühitlə  əlaqəli 
istirahət üstünlük təşkil edir. 
Kənd turizmində mədəni abidələrdən istifadə olunması müxtəlif sənətkarlıq, 
etnoqrafik nümunələr, kulinariya və qonaqpərvərlik aspektləri ilə bağlıdır. Qeyd 
olunan  mədəni  irsin  turizm  ehtiyatları  kimi  istifadə  olunması  Avropanın  əksər 
ölkələrində geniş yayılıb ki, bunlara da misal olaraq  İtaliya, Macarıstan, Çexiya, 
Ukraynanı  misal  göstərmək  olar.  Kənd  turizmində  mədəni  irs  nümunələrinin 
istifadəsi turizm marketinqi ilə bağlıdır. Belə ki ayrı-ayrı turizm seqmentlərində 
mədəni irs nümunələrinin payı sosial əhəmiyyət kəsb etməklə onun qiymətinə, 
ə
razi  üzrə  paylanmasında  turizm  imicinin  formalaşmasına  təsir  edir.  məs: 
İ
taliyada  kənd  turizmində  istifadə  olunan  mədəni  irs  ehtiyatlarından  şərab 
istehsalını  .  Ənənəvi  üsulları  müxtəlif  tikmə  sənəti,  ağac  üzərində  oyma  daha 
qabarıq verilir ki, bu da xarici turistlərin cəlb olunmasında mühüm vasitə sayılır. 
Ölkədə turizmin inkişafında mədəni irs nümunələrinin təbliği və kənd turizminin 
inkişaf etdiyi bölgələrdə satışının təşkili daha çox gəlir gətirib. 
Təbii  ehtiyatlardan  kənd  turizmində  istifadə  olunması  aşağıdakı  kimi 
qruplaşdırılır: 

  Ekoturizm  məqsədilə  Milli  parklardan  və  təbiət  ərazilərindən  istifadə 
olunması; 

  Kənd mühitinin və ərazinin  ekoloji sisteminin turizmdə istifadəsi; 

  Təbiət  abidələrinin  və  landşaft  ekzotikliyi  ilə  seçilən  ərazilərin  kənd 
turizmində istifadəsi. 
Tarixi-mədəni  abidələrin  kənd  turizmində  istifadəsinin  aşağıdakı 
xüsusiyyətləri vardır: 


120 
 

  Kənddə istirahəti seçənlərə  ərazinin  tarixini və etnoqrafiyasını özündə  əks 
etdirən yerli əhəmiyyətli abidələrin istehlakçılara çatdırılması; 

  Tarixi  –  memarlıq  abidələrinin  qorunub  saxlanılması  və  turizmdə 
istifadəsi; 

  İstehlakçıların 
tələbatına  uyğun  mövcud  tarixi-memarlıq  və  dini 
abidələrdən yerli turist marşurutlarında istifadə. 
Kənd  turizmində  qeyd  olunan  təbiət  və  tarixi-memarlıq  abidələri  birgə 
istifadə  olunduğuna  görə  əksər  ölkələrdə  mövcud  potensialdan  maksimum 
bəhrələnilir.  Bu  baxımdan  Almaniyanın  təcrübəsi  göstərir  ki,  yerli  icmalar 
səviyyəsində təşkil olunan kənd turizmi strategiyası 90 təbiət parkı , 13 milli park, 
4000  yaşayış  məntəqəsi  əhatə  edib  ki,bunlardan  da  istifadə  edən  yerli 
vətəndaşların  sayı  il  ərzində  39  mln  nəfər  təşkil  edir.  Qeyd  olunan  yaşayış 
məntəqələrində  kənd  turizmini  təbii  mühitlə  əlaqələndirməklə  yanaşı  milli 
parklardan,  tarixi-memarlıq  abidələrindən,  milli  irs  nümunələrindən  istifadəyə 
ə
saslanır. 
Kənd  turizminin  inkişaf  istiqamətlərinə  dair  2003  cü  ildə  İspaniyada 
keçirilən  seminarda  35  ölkənin  nümayəndələri  iştirak  edib  ki,bunlar  da  mövcud 
ehtiyatlardan istifadəni kənd turizmini ölkənin iqtisadi həyatına təsirini aşağıdakı 
kimi qruplaşdırıblar: 
1. Kənd turizminin ümumi inkişafda rolu –burada kənd icmalarında fermer 
və  şəxsi  kənd  evlərində  yerləşdirilən  turistlərdən  əldə  olunan  gəlirlər 
daxildir. 
2.  Kənd  turizmdə  təbii  ehtiyatlardan  istifadəni  artırmaq  yolu  ilə  turizm 
bazarında rəqabət şəraitinin təmin olunması. Son 16 ildə Avropada kənd 
turizmi 25 %- ə qədər artıb. 
3. Kənd  turizmində  xalq  yaradıcılığı  və  suvenir  istehsalının  artırılması 
hesabına 
inkişafdan 
geri 
qalmış 
bölgələrdə 
kiçik 
istehsalın 
həvəsləndirilməsi.  Bu  məqsədlə  Avropada  tranzit  turların  keçdiyi 
ə
razilərdə kustar istehsalın inkişafı planlaşdırılır.  


121 
 
Kənd yaşıl turizminin mahiyyəti təkcə turistləri kənd evlərində  yerləşdirmək 
deyil, infrastrukturun yaradılmasından, məşğulluğun artırılmasından ibarətdir.  
Buna  görə  kənd  yaşıl  turizminin  inkişafı  aşağıdakı  problemlərin  həllinə 
yönəldilə bilər:  

  Şəhər mühitilə əvəz olunması; 

  Kəndlərdə  yaşayan  əhali  üçün  kənd  yaşıl  turizmindən  gələn  gəlirin  kənd 
təsərüfatının inkişafında daxili investisiya mənbəyinə çevrilməsi; 

  İstirahətə  gələnlərin  vaxtlarını  səmərəli  keçirmək  üçün  təşkil  olunan 
ə
yləncə vəistirahət yerlərinin inkişafı; 

  Turistlərə  iaşə  xidməti  göstərə  bilən  kiçik  restoranların,  kafe  və 
yeməkxanaların genişlənməsi. 

  Kənd sakinləri kənd yaşıl turizminin inkişafı ilə bağlı olaraq əlavə gəlirlər 
ə
ldə edəcəklər; 

  Yerli kənd təsərrüfatı məhsullarına əlavə təlabat artacaq; 

  Kənd  yaşıl  turizminin  inkişafı  yerli  iqtisadiyyatda  fəallaşma  və  yeni 
istehsalın  meydana  gəlməsinə  dünya  görüşünün  artması  və  yeni  vərdişlərin 
yaranmasına səbəb olacaqdır; 

  Digər turist xidmətlərindən fərqli olaraq kənd yaşıl turizminin ekzotikliyi; 

  İnsanlar arasında münasibətlərin inkişaf imkanları  

  Sosial problemlərin birgə həlli;  

  Kənd yaşıl turizminin iqtisadi baxımdan əlverişli olması. 
Kənd  yaşıl  turizminin  digər  turizm  növlərindən  ucuz  başa  gəlməsi  onun 
kütləviliyində  təmin  etmiş  olur.  Buna  görə  Avropa  ölkələrində  turizmin  bu 
növünün inkişafı yerli əhalinin kütləvi turizmə cəlb olunmasında əsas  vasitə kimi 
sayılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə