Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   31   32   33   34   35   36   37   38   ...   59

113 
 
qiymətləndirmədə  belə  bölgələr  ümumi  siyahıdan  çıxarılır.  Əksər  ölkələrdə 
turizmdə istifadə oluna bilən ərazilər kənd təsərrüfatı baxımından az yararlı olan 
və onun istifadəsindən çıxarılmış bölgələr daxil edilir. İqtisadi qiymətləndirmədə 
digər  təsərrüfat  məqsədlər  üçün  istifadə  olunan  ərazilərin  mülkiyyəti  nəzərə 
alınmaqla  aparılır.  Ölkəmizdə  turizm  məqsədilə  belə  sahələrin  meşə  landşaftı, 
dənizsahili  ərazilərdə  isə  əhalinin  xüsusi  mülkiyyətinə  aid  edilən  torpaqlardan 
istifadə etmək mümkündür. 
İ
qtisadi qiymətləndirmənin əsas kriteriyalarına aşağıdakılar aiddir. 
1. Hər  bir  ehtiyatın  differensial  rentasının  müəyyən  olunması;  kapital 
tutumunun və onun dəyəri iqtisadi baxımdan mənimsənilmə səviyyəsi və 
s. Təbii komponentlərin differensial rentası ayrı-ayrı sahələr üzrə aparılır.    
Onlar meşəlik ərazidə sıxılır və hər nəfərə düşən yaşıllıq sahəsi, balneoloji 
kurort ehtiyatlarından isə ondan istifadənin müddəti nəzərə alınır  
2. Kapital  tutumu  hər  bir  təbii  ehtiyata  sərf  olunan  maliyyə  xərcləri,  onun 
qaytarılması  müddəti,  turizm  məhsulunda  payı  daxil  edilir.  İqtisadi 
qiymətləndirmənin kapital tutumu turizm komponentlər üzrə dəyişir. Belə 
ki,  bu  meşəlik  dərəcəsində  ona  dəyən  zərərin  bərpasına  görə 
qiymətləndirilərsə  də  çimərliklərdə  isə  istirahət  məqsədli  istifadə 
komponentlərə  adə  oluna  bilən  ərazilərə  sərf  olunan  kapitala  ölçülür. 
Onun  tur  məhsulda  payının  aşağı  olması  qoyulmuş  kapitalın  tez 
qaytarılmasına da imkan verir. 
Təbii  komponentlərə  görə  kapital  qoyulmasının  iqtisadi  effektivliyi 
aşağıdakı düsturla hesablanır: 
   
                            F*x*Pn                                                                                                                                                  
                     Cef=  ──── 
                                   Tg 
 
F – 
kapitalın miqdarı 
P – 
 təbii komponentlərin növləri  


114 
 
T –
 turizm məhsulu, qiymətləndirmədə onun payı   
Təbii  komponentlərə  görə  qoyulmuş  kapitalın  turizm  məhsulunda  payı  6-
10% -dən çox deyilsə bu iqtisadi baxımdan əlverişli sayılır. 
3.  İqtisadi  baxımdan  mənimsənilən  texnoloji  qiymətləndirməyə  oxşadır. 
Ə
razidə kommunikasiya işlərinin aparılmasına imkan verən təbii amillərlə 
müəyyən edilir.  
Dənizsahili  ərazilərdə  iqtisadi  qiymətləndirmə  çimərliklərdən  istifadə 
səviyyəsinə görə aparılır ki, bu da aşağıdakı düsturla hesablanır. 
                              R=S*N*T 
S – çimərliyin sahəsi 
N – ekoloji və psixoloji yüklənmə (adam/hektar) 
T – çimərlik günlərinin davam etmə müddəti  
R – çimərlik ehtiyatları (adam/gün) 
Qeyd  olunan  düsturun  kapital  effektliyinə  görə  istifadə  olunarsa  aşağıdakı 
nəticələr alınır. 
                               
Ccf = R*x 
 
Ccf  - kapitalın effektliyi  
R – çimərliyin ehtiyatı  
X – qiymət manat/adam 
 Turizm  ehtiyatlarının  qiymətləndirilməsində  digər  sınaqdan  keçirilmiş 
metod  kəmiyyət  və  keyfiyyətin  nəzərə  alınmasıdır.  Turizm  ehtiyatlarının 
kəmiyyət miqdarı aşağıdakılardan ibarətdir. 

  Ehtiyatın  miqdarı,  ƏRK  təşkilinə  imkan  verməsi,  optimal  yüklənmə 
səviyyəsi; 

  Resursun  ərazi  üzrə  yayılması,rekreasiya  təsərüfatında  istifadə  imkanları, 
sanitar normaların sərhədlərinin müəyyənləşdirilməsi; 

  Turizm  ehtiyatlarından  istifadənin  mövsümülüyü,  komfortluq  hədlərinin 
müddəti, antropogen ehtiyatların miqdarı; 


115 
 
Kəmiyyət  göstəricilərində  turizm  ehtiyatlarının  davamlığı,  sayı,  istifadənin 
müddəti  də  nəzərə  alınır.  Bu  antropogen  turizm  ehtiyatlarında  onun  növündən 
asılı  olaraq  memarlıq  abidələrinin  sayı  ilə  müəyyənləşsə  də,  milli  irs 
nümunələrində  mövcud  potensialın  bir  yaşayış  məntəqəsində  yığcam 
cəmlənməsindən asılıdır. Bu da antropogen ehtiyatlardan istifadə də nəzərə alınır. 
Təbii komplekslərin qiymətləndirilməsində aşağıdakı mərhələlərdən istifadə 
olunur: 
1.  Qiymətləndiriləcək  obyektin  ayrılması–bu  təbii  kompleks  və 
komponentlərin xüsusiyyətlərindən asılıdır; 
2. Qiymətləndiriləcək subyektin xüsusiyyətlərinə tədqiqatın əhatə dairəsi və 
məqsədinə görə qiymətləndirmənin formalaşdırılması; 
3.  Qiymətləndirmənin  hədd  və  dərəcələrinin,  ölçülərinin  işlənib 
hazırlanması.  
Beş  ballı  qiymətləndirmə  şkalasında  yuxarıda  qeyd  olunanlar  nəzərə  alınır. 
Bununla  yanaşı  çox  əlverişli,  əlverşli,  nisbətən  əlverişli,  az  əlverişli,  əlverişsiz  
komponentlər  üzrə  də  qiymətləndirmədə  obyekt  və  subyekt  arasındakı  əlaqə 
nəzərə alınır.    
Təbii  turizm  ehtiyatlarının  qiymətləndirilməsinin  iqtisadi  tərəflərinə  daxil 
olan digər komponentlərə hər bir ehtiyatın dəyərinin müəyyənləşdirilməsidir. Bu 
dəyər göstəricisi təbii turizm ehtiyatlarından istifadənin müddəti ilə müəyyənləşir. 
Ə
gər  mikroiqlim  resurslarıdırsa,  onun  qiymətləndirilməsində  müalicə  imkanları, 
mövsüm  müddətində  həmin  ərazinin  iqliminə  görə  istifadə,  çimərliklərdən 
istifadə  müddətinə  görə  qiymətləndirilir.  Burada  əsas  kriteriya  istifadənin  orta 
müddəti ilə müəyyənləşir. 
Milli  Parklar  və  dağ  ekosistemlərindən  istifadəyə  görə  iqtisadi 
qiymətləndirmə  aparıldıqda  onlardan  istifadə  edən  turistlərin  sayının,  qazanılan 
kapitalın  onun  bərpasına  və  digər  məcburi  xərclərə  çəkilən  dəyərin  nisbəti  ilə 
ölçülür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə