Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   27   28   29   30   31   32   33   34   ...   59

98 
 
4. 
Ukrayna 
18-22 
Çimərlik, 
ekzotik 
landşaft 
İ
stirahət 
mərkəzləri, 
yerləşmə 
obyektləri 
İ
stirahət, 
sağlamlıq, 
 əyləncə 
5. 
Azərbayca

10-14 
Mikroiqlim, 
çimərlik 
ekzotik 
landşaft 
İ
stirahət 
mərkəzləri 
İ
stirahət, 
sağlamlıq, 
ə
yləncə 
 
Dənizsahili  ərazilərin  turizm  rayonu  kimi  qruplaşdırılmasında  əsas 
kriteriyaları  dənizin  təsviri  sosial  infrastruktur  iqtisadi  sahələrin  möcudluğu 
nəqliyyat  imkanları  turizm  ehtiyatlarından  birgə  istifadənin  mümkünlüyü  daxil 
edilir.  Bununla  yanaşı  sahil  bölgələrinin  mikroiqlim  xüsusiyyətlərinə  görə 
rayonlaşdırılmasında  ehtiyatların  növ  müxtəlifliyi  və  miqdarı  deyil  ondan 
istifadənin mövsümülüyü nəzərə alınmaqla aparılır. 
Sahil  bölgəsində  konkret  sərhədlərin  çəkilməsi  bir  çox  ölkələrdə  əraznin 
təbii  iqtisadi  şəraiti,turizm  ehtiyatlarından  istifadəyə  görə  də  müəyyənləşir.Bu 
baxımdan  sahil  bölgəsində  rayonlaşma  üzrə  sərhədlərin  çəkilməsi  mövcud 
ehtiyatların keyfiyyət və kəmiyyəti nəzərə alınmaqla aparılır. 
Xəzər  sahili  bölgədə  sahil  zolağı  və  rayonlaşma  üçün  qəbul  olunmuş 
kriteriyalar əsas götürülərək  5-14 km daxilə doğru ərazilər əsas, 25 km-ə qədər 
olan ərazilər isə ehtiyyat ərazi kimi verilir. Sahil zonasında aparılan rayonlaşma 
ə
sas rayon və onun daxilində mikrorayonlar kimi verilmiş olur.   
Turizm  ehtiyatlarının  rayonlaşdırılmasında  qiymətləndirmə  kriteriyaları 
3qrupa bölünür. 
-Turizm  fəaliyyətində  istifadə  olunan  təbii  və  antropogen  kompleslərin 
qiymətləndirilməsi.  Buraya  turizm  fəaliyyətində  istifadə  olunan  təbii  və 
antropogen komponentlərin bal qiymətləndirilməsi daxildir; 
-Turizm  obyektlərinin  tikilməsi  üçün  ərazidən  istifadənin  xarakterinə  görə 
iqtisadi qiymətləndirmə; 


99 
 
-Təbii  antropogen  ehtiyatlardan  birgə  istifadə  olunmasına  görə 
qiymətləndirmənin aparılması. 
Qiymətləndirmənin  bal  kriteriyaları  ayrı-ayrı  ehtiyatların  növündən  asılı 
olaraq dəyişmiş olur ki, bunlar da aşağıdakı kimi qruplaşdırılır: 
Yüksək  əlverişli  rekreasiya  turizm  rayonu-dənizsahili  mövqe,  dağlıq  və 
dağətəyi ərazilə, zəngin meşə sahəsi, təbiət abidələri, əlverişli nəqliyyat mövqeyi, 
təminatı  və  sosial  xidmət  sahələrinin  olması.  Burada  təbii  iqtisadi  göstəricilər 
komfort həddində olur. Dənizsahili bölgə meşə ilə təmasda olur.Yaşıllıq əraziləri 
ümümi rekreasiya rayonunun 60%-dən çoxunu təşkil edir. Zəngin təbiət abidələri 
ilə seçilir. Nəqliyyat, coğrafi mövqeyi əlverişli olmaqla yanaşı turizm mərkəzləri 
magistral  xətlərdən  20-25  km  kənarda  yerləşir.  Xidmət  infrastrukturu  turizmin 
istifadəsi üçün yararlıdı. 
Ə
lverişli  rekreasiya  rayonları-əsasən  dənizsahili  mövqeyə,  meşəlik 
sahələrinə,  bir  neçə  antropogen  və  təbiət  abidələrinə,  əlverişli  nəqliyyat 
mövqryinə  malik  olur.  Turizm  sənayesinin  inkişafı  üçün  perspektivli  sayılır. 
Sosial  xidmət  sahələrinin  təşkili  yeni  yaradılır.  Komfort  hədlərin  təkrarlanmsı 
60%-dən  azdır.  Meşəlik  dərəcəsi  az  olsa  da  onun  mənmsənilməsi  mühəndis 
texniki baxımdan çətindir. 
Orta əlverişli rekreasiya turizm rayonları-burada təbii iqtisadi amillərlə birgə 
nəzərə  alınmaqla  qruplaşdırılır.  Təbii  amillərdə  ekzotik  landşaft  üstünlük  təşkil 
edir.  Antropogen  ehtiyatların  mövcudluğu  yerli  əhəmiyyət  kəsb  etməsinə  görə 
qruplaşdırılır. İqtisadi amillərdən nəqliyyat təminatına üstünlük verilir. 
Nisbətən  əlverişli  rekreasiya  turizm  rayonları-bir  və  ya  bir  neçə  təbii 
antropogen  amillər  nəzərə  alınmaqla  qruplaşdırılır.  İqtisadi  mənimsənilmə 
səviyyəsi  aşağıdı.  Nəqliyyat  imkanları  məhduddur.  Antropogen  ehtiyatların 
yayılması yerli əhəmiyyət kəsb edir. Əlavə iqtisadi tədbirlər görməklə gələcəkdə 
istifadə olunması mümkündür. 
Ə
lverişsiz  istifadə  olununmayan  və  ya  zəif  istifadə  olunmuş  rekreasiya 
rayonları-burada  təbii  və  antropogen  turizm  ehtiyatları  azlıq  təşkil  edir, 


100 
 
mənimsənilmə aşağıdır. İqtisadi resursları çatışmır, əlavə tədbirlər görmək şərtilə 
perspektivli ərazi kimi səciyyələnə bilər. 
Turizm  rayonlaşmasında  iqtisadi  amillərin  müəyyən  olunması  aşağıdakı 
xüsusiyyətlərə  görə  də  fərqlənir:  nəqliyyat  infrastrukturu,  təminat,  əhalinin 
sıxlığı,  sosial  xidmət  sahələrinin  mövcud  olması.  Turizm  rayonlaşmasıda  digər 
amil  mikrorayonla  bağlı  olan  ayrı-ayrı  turizm  mərkəzlərinin  yaradılmsıdı. 
Bunlarda ümümiləşdirilərək aşağıdakı kimi qruplaşdırılır: 
-  Təbii  mühitdən  asılılığına  görə  turizm  mərkəzləri  və  mikrorayonlar-
sağlamlıq, kurort, idman, ovçuluq, kənd turizm mikrorayonları və s; 
-  Sosial-iqtisadi  şəraitlə  bağlı  olan  turizm  mərkəzləri  və  ya  rekreasiya 
mikrorayonları-işgüzar əyləncə, şəhərətrafı və s. turizm mərkəzləri daxildir. 
-  Digər  turizm  ehtiyatları  ilə  bağlı  olan  mikrorayonlaşmada  etnoqrafik 
mərkəzlər-tarixi-mədəni, ekzotik, şəhər, ekolji turizm mərkəzləri daxildir. 
3.
 Ərazinin turizm potensialının məcmu indeksi onun qiymətləndirilməsi və 
statistik  məlumatlar  əsasında  turizm  turizm  tələbatının  müəyyən  olunmsı  təşkil 
edir.bu  baxımdan  təbii  və  antropogen  turizm  ehtiyatları  ayrı-ayrıliqda 
qiymətləndiriləcək istirahət müddətinə görə qruplaşdırılır. 
Təbii ehtiyatlarda ehtiyatın məcmu indeksi dağ ekosistemləri, milli parkları 
və  təbii  rezervasiyalara  görə  müəyyən  olunur.  Dağ  ekosistemlərində  mövcud 
ehtiyatlardan  istifadə  turizmin  növündən  asılı  olraq  dəyişir  ki,  bunlar  dərketmə, 
idman,  istirahət,  müalicə  imkanlarına  görə  ayrılır.  Landşaftın  vizual  dərk 
olunması  ərazinin  turizm  potensialı  ilə  düz  mütənasiblik  təşkil  edir  ki,  bu  da 
landşaftın dəyişmə xüsusiyyətlərinə görə qruplaşdırılmiş olur. 
Ə
razidə təbii komponenlərin cəmi onun yüklənmə səviyyəsi ilə də müəyyən 
olunur.  Burada  inteqral  indeks  cəlb  olunan  turistlərin  sayından  asılıdır.  Təbii 
ekzotiklik aşağıdakı düsturla müəyyən olunur: 
              S
i
c
 = ∑



     c - hər hansı təbii komponent  
     i  başqa ərazi ilə əlaqəsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə