Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   23   24   25   26   27   28   29   30   ...   59

85 
 
Çin  və  Nepalda  olan  budist  məbədlərinə  turistlərin  gəlməsi  üçün  əlverişli  şərait 
yaradılır. Yalnız dini ayinlər zamanı bu məbədlər turistlər üçün baölı elan olunur. 
 Dini  abidələrin  yerli  turist  marşurutlarında  və  ritual  turlarda  istifadə 
olunması. Dini abidələrin beynəlxalq və yerli turist marşurutlarına salınması əksər 
ölkələrdə  yayılmışdır.  Dini  abidələrdən  yerli  turist  marşurutlarında  istifadə 
edilməsi  turistlər  üçün  nostalji  hisslər  yaradır.  Bununla  yanaşı  dinin 
ziyarətgahların  tarixi  ilə  tanış  olur,  həmçinin  din  tarixində  xüsusi  rolu  olur, 
həmşinin din tarixində xüsusi rolu olan şəxsiyyətlər barədə  məlumat alır. Ritual 
turlarda istifadə isə öz tarixi vətənlərinə gələn xarici turistlərin, həmçinin qohum 
və  yaxinlarını  ziyarət  edənlərin  dini  abidələrdən  istifadə  olunması  geniş 
yayılmışdır.  Məsələn:  Rusiyadan  Azərbaycanın  bölgələrinə  gələn  azərbaycanlı 
Rusiya vətəndaşları yerli ziyarətgahlara baş çəkirlər və orada qurbanlar kəsirlər. 
Ümumiyyətlə  dini  turizm  abidələri  dünyanın  əksər  ölkələrində  yayılmaqla 
beynəlxalq və yerli turizm növlərində də istifadəsi genişlənmişdir. 
ÜTT  –  nin  məlumatına  görə  beynəlxalq  turizm  hərəkatının  8  –  10%  -  ə 
qədəri dini turizmin payına düşür. Dini turizmdən ən çox gəlir əldə edən ölkələrə 
Səudiyyə Ərəbistanı, Vatikanı, Italiya, Suriya, Türkiyə, Iran, Nepal, Israil, Fransa 
və s. aiddir. 
Dini  turizmdə  ən  çox  ziyarət  olunan  ərazilərə  Məkkə,  Mədinə  ildə  2  –  2,5 
milyon;  Roma  1  –  1,5  milyona  yaxın;  Fransada  Lurd  kilsəsi  1  milyondan  çox; 
Yərüsəlim 1 milyondan çox; Məşəd, Qum 300 – 500 mindən çox; Nəcəf, Kərbəla 
200  mindən  çox  (qeyd  edək  ki,  iraqda  baş  verən  müharibə  ilə  əlaqədar  bu 
şə
hərlərə  gələn  zəvvarların  sayı  kəskin  azalmışdır.);  Türkiyədə  Aya  Sofiya 
məqbərəsi  300  mindən  çox;  Məryam  Ana  evi  100  minə  yaxın;  Suriyada  sufi 
məbədləri  30  minə  yaxın  və  s.  qeyd  etmək  olar.  Qeyd  olunan  rəqəmlər  bu  dini 
abidələrə ancaq turist məqsədilə gələnlər əcnəbilər göstərilmişdir. 
Qeyd  olunanlarla  yanaşı,  Hindistan,  Nepal,  Çində  olan  dini  ziyarətgahlara 
ildə  on  minlərlə  zəvvar  gəlir.  Dini  turizm  məqsədilə  gələn  turistlər  üçün 
xidmətləri  təşkilindən  əldə  olunan  gəlirlər  milyon  dollarla  ölçülür.  Həmçinin 


86 
 
ə
halinin  böyük  bir  hissəsinin  məşğulluğunun  təmin  olunmasında,  yeni 
xidmətlərin yaradılmasında əhəmiyyətli rol oynayır. 
4.
  Tarixi  arxitektur  abidələrdən  turizm  əhəmiyyəti  daxil  olan  əsas 
komponentlərə  ondan  dərketmə  və  ekskursiya  məqsədilə  istifadə  olunmasıdır. 
Tarixi  arxitektur  abidələrin  yayılma  arealı  müxtəlif  tarixi  hadisələrlə  bağlı 
olduğuna  görə  onlardan  istifadənin  əsas  göstəriciləri  də  antropogen  ehtiyatlar 
kimi təsnif olunmasına imkan verir. Tarixi arxitektur abidələrin yayılma arealına 
görə aşağıdakı subregionlara ayrılır. 
1. Aralıq dənizi hövzəsi, Şimali afrika və Balkan ölkələrin əhatə edən tarixi 
arxitektur  abidələr.  Qeyd  olunan  bölgədə  tarixi  arxitektur  abidələrin  yığcam 
yerləşməsinə, beynəlxalq turizmdə daha çox istifadə olunmasına və zənginliyinə 
görə  fərqlənir.  Burada  tarixi  arxitektur  abidələr  İtaliya,  İspaniya,  Fransa, 
Yunanistan  və  misirdə  yayılan  beynəlxalq  əhəmiyyətli  tarixi  arxitektur 
abidələrdən ibarətdir. 
Fransada  tarixi  arxitektur  abidələr  əsasən  Paris,  Normandiya,  Nitsa,  Kann  
turizm bölgələrində daha çox yayılıb. Qeyd olunan turizm mərkəzlərində 1700 – 
dən  çox  tarixi  memarlıq  abidəsi  vardır  ki,  onların  da  əsas  hissəsi  beynəlxalq 
ə
həmiyyət  kəsb  edir.  Fransanın  məşhur  tarixi  –  memarlıq  abidələri 
aşağıdakılardır: 

 Parisin  ürəyi  sayılan  –  Site  adası  şəhərin  qədim  hissəsidir,  başqa  sözlə 
desək bura açıq səma altında qədim abidələr muzeyidir. Qədim Roma məbədinin 
yerində  1163  –  cü  ildə  inşa  edilən,  orta  əsr  memarlıq  möcüzəsi  sayılan  – 
Müqəddəs  Məryəm  kilsəsi  burada  yerləşir.  9  min  nəfərlik tutumu  olan bu kilsə, 
ə
srlər boyu böyük tarixi hadisələrin şahidi olmuşdur. Parisin Müqəddəs Məryəm 
kilsəsini  hər  il  350  mindən  çx  turist  ziyarət  edir.  Fransanın  görkəmli 
şə
xsiyyətlərinin,  o  cümlədən  Volterin,  Russonun,  Hüqonun  məzarları  yerləşən 
möhtəşəm  Panteon,  naməlum  əsgərin  məzarı  önündə  əbədi  məşəl  yanan  Zəfər 
tağı,  milli  teatr  –  Qrand  Operanın  binası,  ədalət  məhkəməsi  sarayı,  Müqəddəs 
Maqdalina  kilsəsi,  Bonapart  Napaleonun  məzarı  olan  əlillər  məbədi  və  bir  çox 


87 
 
başqa  tikililər  Parisə  təkrarolunmaz  xüsusiyyət  verir.  Eyfel  qulləsi  Parisin 
simvolu  hesab  edilir.  Iki  min  il  yaşı  olan  və  həmişəcavan  şəhərin  mənzərəsini 
seyr etmək üçün hər il 3 mln – a yaxın turist hündürlüyü 300 metr olan bu qülləyə 
qalxır.  Luvr,  1973  –  cü  ildən  muzey  kimi  fəaliyyətə  başlamışdır.  Muzeydə 
kataloq  üzrə  eksponantların  sayı  4  mln  –  a  çatır.  Parisdə  1300  –  dən  çox  tarixi 
memarlıq abidəsi vardır. Bu xüsusiyyətlərinə görə Paris dünyada Roma, London, 
Sankt – Peterburq, Afina və s. şəhərlərlə eyni sıradadır. 
Fransanın  digər  memarlıq  abidələrinə  Versal,  Sen  –  Jermen,  Kompyen, 
Pambule,  Fotenblo,  Şantiyi  kimi  çoxsaylı  tarixi  və  memarlıq  abidələri  ilə 
zəngindir. Parisdən 18 km. cənub – qərbdə yerləşən, XIV Lüdovikin Versal sarayı 
– fransız dünyəvi memarlığının zirvəsidir. Bir çox tarixi olaylar Versal sarayı ilə 
bağlıdır.  1793  –  cü  il  inqilabına  qədərki  dövrdə  saray  XIV,  XV  və  XVI 
Lüdoviklərin iqamətgahı olmuşdur. Versal sarayına hər il 1,5 mln – dan çox turist 
gəlir.  Versaldan  cənub  –  qərbdə,  parisdən  təqribən  50  km  aralıda  böyük  parkla 
ə
hatə  olunmuş  qədim  kral  qəsrinin  qorunub  saxlandığı  Rambuye,  geniş  meşə 
assivində  yerləşir.  Hazırda  ölkə  prezidentinin  yay  iqamətgahı  Rambuyedədir. 
Parisdən  təqribən  75  km  aralı,  Şartr  şəhərində,  Er  çayının  hündür  sahilində 
yerləşən qotik üslubda tikilmiş yeganə abidə olan Notr – Dam  kilsəsi (XIII əsr) 
uzaqdan görünür. Versal sarayı fransız dünyəvi memarlığının zirvəsi olduğu kimi, 
Notr  –  Dm  kilsəsi  də  fransız  dini  memarlığın  zirvəsidir.  Erkən  orta  əsrlərdə 
tikilmiş  ovçulq  qəsri,  I  Napoleonun  dövrünədək,  yüzillər  ərzində  dəfələrlə 
yenidən qurulmuşdur. Parisdən 41 km şimalda, Şantiyi meşə massivində qorunub 
saxlanılan  XVI  əsrə  aid  qəsr  hazırda  zəngin  rəsm  kolleksiyası  olan  muzeykimi 
fəaliyyət  göstərir.  Bu  zonanın  tarixi  memarlıq  abidələri  içərisində  seçilən,  XV 
Lüdovikə  məxsus  qəsrdə  hazırda  bir  neçə  muzey  yaradılmışdır.  Normandiyanın 
çoxsaylı tarixi – memarlıq abidələrinə Notr – Dam, Sent – Uan, Sen – Maklu, Sen 
–  Vensen  kilsələri  xüsusilə  seçilir.  Fransanın  keşməkeşli    tarixinin  şahidi  olan, 
Lanje, Aze – le – Rido, Şenonso, Ambuaz, Şomon, Blua, Vilandri və Şamborun 
XV və XVI əsrlərə aid məşhur qəsrləri görkəmli yerləri sayılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə