Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   20   21   22   23   24   25   26   27   ...   59

74 
 
3  personal  xidmət  göstərdiyi  halda,  bu  rəqəm  mövsümlər  arası 
dövründə iki dəfəyə qədər azaır. 
Yüksək  kateqoriyalı  otellərdə  iki  və  ya  üç  turistə  bir  personal 
nəzərdə  tutulduğu  halda,  biznes  mərkəzi  olmayan  ərazilərdə 
yaradılan  mehmanxanalarda mövsümi işlərə cəlb olunanlar üstünlük 
təşkil etdiyinə görə çoxlu sayda xidmətçilərin saxlanılmasına ehtiyac 
qalmır. 
Mövsümi işlərə cəlb olunan əmək ehtiyatları turizm sənayesində 
üstünlük  təşkil  edir.  Apardığımız  araşdırmalar  göstərir  ki,  turizm 
sənayesində mövsümi işlərə cəlb olunanlar ümumi personal heyətinin 
yarısından çoxunu təşkil edir. Bu göstərici istirahət mərkəzlərində 55 
–  65%,  motellərdə  40%  -  ə  qədər, dörd  və  beş ulduzlu  otellərdə  isə 
50%  -  ə  qədər  təşkil  edir.  Turizm  sənayesində  mövsümi  işlərə 
tələbələr, yerli əhali və bu sahənin peşəkarları daha çox cəlb edilir. 
Azərbaycanda  turizm  sənayesində  əmək  ehtiyatlarından  istifadə 
səviyyəsi  rəsmi  statistik  rəqəmlərdə  çox  aşağı  olduğu  göstərilir. 
Ölkədə  2007  –  çi  ilin  rəsmi  statistik  məlumatına  görə  243  turizm 
ş
irkəti  fəaliyyəti  ilə  məşğul  olan  şirkətlərdə  800  yaxın  əməkdaş 
vardır. Bu göstərici 24500 yerlik yerləşmə müəssələrində 4500 nəfərə 
catır.  Nəzərə  alsaq  ki,  hər  bir  ciddi  turizm  şırkətində  3-5  nəfər 
fəaliyyət göstərməlidir, onda qeyd olunan rəqəm 1000 nəfərdən çox 
olmalıdır. Yerləşmə müəssələrində isə diqqəti cəlb edən məqam cəlb 
olunan personal heyətinin bəzən 70% - dən çoxunun mövsümü işlərə 
cəlb olunmasıdır. Bakıdan başqa digər rayonlarda fəaliyyət göstərən 


75 
 
yerləşmə  müəssələrində  yerləşmə  müəssələrinin  əksəriyyətində  əsas 
personal  heyətinin  sayı  30-35%  -  dən  çox  olmur.  Belə  vəziyyət 
birbaşa  bölgələrdə  olan  yerləşmə  müəssələrində  daha  çox  mövsümü 
xidmətlər  göstərməsi  ilə  bağlıdırsa,  digər  tərəfdən  işçilərlə 
müqavilələrin  bağlanması  əmək  ehtiyyatlarından  istifadənin 
kəmiyətini öyrənməyə  imkan vermir. 
Turizm  ehtiyatı  kimi  nəqliyyat  xidmətlərindən  istifadə  onun 
sıxlığından,  mövcud  ehtiyyatlarından  istifadəyə  imkan  verən 
amillərdən  asılıdır.  Nəqliyyat  sistemlərinin  inkişafı  ərazinin  turizm 
baxımından  mənimsənilməsinə,  turizm  tələbatının  artmasına, 
yerləşmə  müəssələrinin  təşkilinə  və  genişlənməsinə  təkan  vermiş 
olur. 
Nəqliyyatı  inkişafı  digər  tərəfdən  ətraf  mühitə  dəyən  zərərlə 
bağlı  olduğuna  görə  turizm  müəssələrinin  tranzit  yollara  yaxın 
yerləşməsinə  görə  də  qruplaşdırılmış  olur.  Belə  ki,  nəqliyatın 
sıxlığının  yüksək  olması  istirahət  mərkəzlərində  turizm  sənayesinə 
tələbatı artırır. Lakin istirahət mərkəzlərinin sıx nəqliyyat şəbəkəsinin 
formalaşdığı  ərazilərdən  ən  azı  15-25  km  kənarda  yerləşməsi 
tövsiyyə  olunur.  Bu  müalicə  -  sanatoriya  müəssələrində  30-50  km, 
Milli parklarda isə 25-30 km kənarda olmalıdır. 
Turizm 
məqsədilə 
mənimsənilən 
ə
razilərdə 
nəqliyyat 
infrastukturunun  inkişafı  yolları  keyfiyyətindən,  turist  cığırarının 
mövcudluğundan  da  asılıdır.  Burada  əsas  üstünlük  turist 
marşurutlarında  istifadə  olunan  nəqliyyatın  infrastrukturunun 


76 
 
ehtiyyat  kimi  daha  çox  digər  turizm  resurslarının  mənisənilməsinə 
xidmət göstərməsi ilə bağlıdır. 
Ümumiyyətlə  sosial  –  iqtisadi  turizm  ehiyyatları  digər  turizm 
resurslarından  fərqli  olaraq  onların  mənimsənilməsinə  vasitəci  kimi 
çıxış  edir.  Sosial  –  iqtisadi  turizm  ehiyyatları  təbii  və  antropogen 
resurslardan istifadəyə şərait yaradır, regional, yerli səviyyədə turizm 
sənayesinin inkişafına təkan vermiş olur. 
Sosial  –  iqtisadi  turizm  ehiyatlarının  qruplaşdırılması  bəzi 
tədqiqatçılar  tərəfindən  ümumi  antropogen  resurs  kimi  verilir. 
Onların  əsaslandığı  əsas  göstərici  sosial  –  iqtisadi  komponentlərin 
birbaşa insan əməyinin təsirindən yaranmasıdır. Aparılan tədqiqatlar 
göstərir ki, turizm sənayesindəki sosial – iqtisadi komponentlər onun 
inkişafına  təkan  verən  amillərdən  əsası  olmaqla  yanaşı,  onun  maddi 
bazasını  təşkil  edir.  Buna  görə  də  sosial  –  iqtisadi  komponentlərin 
ayrı – ayrı elementləri, xüsusilə əmək ehtiyyatları ayıca rekreasiya – 
turizm ehtiyyatı kimi götürülə bilər. 


77 
 
Mövzu: 7. Antropogen turizm ehtiyatları 
Plan: 
1. 
Antropogen rekreasiya-turizm ehtiyatları 
2.
 Milli irs nümunələri və ondan turizm məqsədilə istifadə istiqamətləri 
3. 
Dini abidələrdən turizm məqsədilə istifadə imkanları 
4. 
Tarixi arxitektur abidələrdən turizmdə istifadənin əhəmiyyəti və yayıldığı 
     ərazilər 
 
1.
 Turizm ehtiyatları arasında antropogen turizm resursları əhəmiyyətli rola 
malikdir.  Antropogen  turizm  ehtiyatları  turizm  sənayesində  daha  çox  məqsədli 
dərk etmə turlarında istifadə olunur. 
Antropogen  turizm  ehtiyatları  daha  çox  maddi  və  mənəvi  növlərə  bölünür. 
Maddi  antropogen  turizm  ehtiyatlarına  tarixi-memarlıq,  arxeoloji  abidələri, 
müasir  şəhərsalma  nümunələri  və  s.  aid  edilir.  Mənəvi  antropogen  turizm 
ehtiyatlarına isə bağlı olan abidələr və s. aiddir. 
Ümumilikdə  bütün  memarlıq  nümunələri,  qədimliyi  ilə  seçilən  tarixi  – 
mədəni  abidələr  antropogen  turizm  ehtiyatlarına  aid  edilir.  Antropogen  turizm 
ehtiyatları aşağıdakı qruplara bölünür: 
  Tarixi – memarlıq abidələri                   
  Arxitektur abidələr 
  Mədəni irs nümunələri 
  Müasir şəhərsalma və arxitektur abidələr 
  Mədəniyyət müəssisələri və muzeylər 
  Dini abidələr        
Tarixi  abidə  -  qədimliyi  ilə  seçilən  tikililər,  mühüm  tarixi  hadisəni  özündə 
ə
ks  etdirən  məntəqələrə,  müxtəlif  arxitektur  binalar  deyilir.  Tarixi  abidələrə 
xalqın tarixində xüsusi yeri olan şəxsiyyətlərin həyatı və fəaliyyəti ilə bağlı maddi 
nümunələrdə daxil edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə