Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   21   22   23   24   25   26   27   28   ...   59

78 
 
Tarixi-mədəni abidələrin istifadə xüsusiyyətləri iki qrupa ayrılır ki, bunlara 
da  mövcud  ehtiyatlardan  ancaq  səyahət  məqsədli  istifadə  olunması,  digəri  isə 
elmi təcrübə əhəmiyyəti kəsb etməsidir. 
Bununla  yanaşı  tarixi-mədəni  obyektlər  xüsusiyyətlərinə  görə  mənəvi  və 
mədəni əhəmiyyət kəsb edir. Mənəvi əhəmiyyətinə turistlərin və ya ekskursiyada 
iştirak  edənlərin  mənəvi  tələbatların  ödənilməsinə  xidmət  edir.  Mədəni 
ə
həmiyyətinə  isə  qeyd  olunan  abidələrin  xalqın  tarixi  və  mədəniyyətindəki  rolu 
ilə müəyyən edilir. 
Arxeoloji  abidələrə  -  qədim  yaşayış  məntəqələrinin  qalıqları,  kurqanlar, 
qədim insanların yaşadığı mağaralar, müxtəlif an tik əşyaların cəmləndiyi ərazilər 
daxildir.  Arxeoloji  abidələr  daha  çox  elmi  əhəmiyyət  kəsb  etməklə  turizm 
məqsədilə  az  istifadə  olunur.  Arxeoloji  abidələrin  yayıldığı  ərazilər  etnoqrafik, 
elmi əhəmiyyət kəsb edən ərazi kimi qorunur. 
2.  Milli  irs  nümunələri. 
Milli  irs  nümunələri  –  xalqın  adət  -  ənənələrin 
özündə  əks  etdirən  turizm  ehtiyatlarına  deyilir.  Milli  irs  nümunələrinə  ənənəvi 
sənətkarlıq milli bayram və festivallar, milli kulinariya, folklor nümunələri və s. 
aid edilir. Milli irs nümunələrindən daha çox beynəlxalq turizmdə istifadə olunur. 
Mədəni  abidələrin  və  xalq  yaradıcılığının  turizmdə  istifadəsi  onların  ayrı  – 
ayrı qrupları üzrə aparılır. Mədəni-mənəvi abidələrə etnoqrafiya, xalq yaradıcılığı, 
suvenir istehsalı, milli mətbəx nümunələri də daxil olduğuna görə onların turizm 
baxımından birgə istifadəsi mümkündür. 
Etnoqrafik  abidələrə  xalqların  adət-ənənələri,  milli  bayramı  və  dil 
xüsusiyyətlərinin  müxtəlifliyi  daxil  edilir.  Etnoqrafik  abidələr  istifadə 
xüsusiyyətinə  görə  hər  hansı  bir  xalqın  və  ya  etnik  qrupun  yayıldığı  ərazilərdə, 
yaşayış məntəqələrində turizm və elmi məqsədli səyahətlərin təşkili ilə bağlı olur. 
Etnoqrafik  abidələrin  turizmdə  rolu  –  mövcud  marşrutlarda  istifadə 
olunmasına,  kütləvi  turizm  tədbirlərinin  keçirilməsində  şərait  yaratmasıdır.  Belə 
ki,  xalqların  milli  adət-ənənələrinin,  bayramlarının,  beynəlxalq  və  yerli 
festivalların keçirilməsi kütləvi turistlərin cəlb olunmasına imkan verir. 


79 
 
Azərbaycanda  belə  etnoqrafik  abidələr  Xınalıq,  Basqal,  Lahıc,  Şəki  və 
Ordubadda  yayılıb.  Həmçinin  milli  bayram  olan  Novruz  bayramının 
keçirilməsində  bölgələr  üzrə  müxtəliflik  etnoqrafik  turizmin  inkişafına  şərait 
yaradır. Misal üçün qeyd edək ki, Türkiyədə milli irs nümunələri ilə bağlı olan 26 
– dan çox kütləvi tədbirləri hər il keçirilir. 
Xalq  yaradıcılığının  və  suvenir  istehsalının  turizm  ehtiyatları  kimi  əsas 
ə
həmiyyəti  bölgələrdə  və  ya  hər  hansı  bir  dövlət  daxilində  turizm  hərəkatının 
ümumi imkanları ilə birbaşa bağlı olur. Yəni xalq sənətkarlığının inkişafı birbaşa 
turistlərin  cəlb  olunmasına  tam  şərait  yaratmasa  da  ölkəyə  gələn  turistlərin 
suvenir istehsalı nümunələrinin alması və hədiyyələr kimi təqdim olunması geniş 
yayılıb.  Bu  baxımdan  milli  irs  turizmin  inkişafı  yerli  kustar  sənətkarlığın 
genişlənməsinə təkan vermiş olur. 
Bununla yanaşı kənd turizminin inkişafında da xalq sənətkarlığından istifadə 
olunması  əksər  ölkələrdə  geniş  yayılıb.  Ölkəmizdə  xalq  sənətkarlığı 
nümunələrindən  dulusçuluq,  ipəkçilik,  keramika,  taxta  üzərində  oyma  sənəti, 
xalçaçılıq, misgərlik və s. geniş yayılıb ki, bunlar da bölgəyə gələn turistlərin əsas 
maraq dairəsinə daxildir. 
Turizmin  milli  ehtiyatlarına  daxil  olan  digər  komponentə  milli  mətbəx 
nümunələri  aiddir.  Turizmdə  milli  mətbəx  nümunələrindən  istifadə  olunması 
beynəlxalq miqyasda daha çox yayılıb. Bunun da əsas xüsusiyyətlərini aşağıdakı 
kimi qruplaşdırmaq olar: 

  Milli 
mətbəx  nümunələrini  turizm  məqsədilə  istifadəsi  –  iaşə 
müəssisələrində,  kulinariya  turizmdə,  qidalanma  prosesi  kimi  istifadə  olunması. 
Bu  baxımdan  milli  mətbəx  nümunələrinin  turizm  əhəmiyyəti  qeyd  olunan 
amillərlə yanaşı turistlərin ərazini seçməsində rolu, səyahət zamanı qidalanmanın 
vacibliyi və onun mövsümi xarakter daşımaması ilə bağlıdır.  
Ə
sas turizm mərkəzləri və bölgələrində milli mətbəxi əks etdirən nümunələr 
istirahətçiləri daha çox cəlb etmiş olur. Onu da qeyd edək ki, turizm məhsulunda 


80 
 
qidalanma  ilə  bağlı  olan  xidmətlər  yerləşmə  müəssisələrindən  sonra  ikinci  yeri 
tutur. 

  Milli  kulinariya  turizm  məhsulunun  inkişafında  və  bazarda  məhsulların 
satılmasında  mühüm  vasitə  olmaqla  yanaşı,  xalqlar  arasında  mədəni  əlaqələrin 
genişlənməsində yerli istehsalın artmasında əhəmiyyətli rol oynaya bilər. 

  Milli  kulinariya  içki  -  ərzaq,  müxtəlif  kulinariya  nemətlərinin  turizm 
məhsulu kimi formalaşmasına və təbliğinə kömək edir. 
Milli  irs  nümunələrindən  turizm  məqsədilə  istifadənin  aşağıdakı 
istiqamətlərin qeyd etmək olar: 
o  Milli  irsi  nümunələrin  daha  çox  yayıldığı  ərazidən  dərketmə  turizm 
məqsədilə istifadə olunması; 
o  Milli  irsi  nümunələrin  yayıldığı  yaşayış  məntəqələrində  etnoqrafik 
muzeylərin təşkil olunması yolu ilə beynəlxalq turizmin inkişaf etdirilməsi; 
o  Yerli və turizm marşrutlarında milli irsi nümunələrdən istifadə olunması; 
o  Milli irsi nümunələrdən kənd turizmində istifadə olunması. 
Turizm  sənayesinin  inkişafı  kustar  sənətkarlığın,  milli  geyimlərin,  suvenir 
istehsalının  artmasına  təkan  vermiş  olur.  Türkiyə,  Kipr,  Misir,  Tunis  və  s. 
ölkələrdə  kustar  sənətkarlıq  və  suvenir  istehsalından  əldə  olunan  gəlirlər  yerli 
ə
halinin  məşğulluğunun  təmin  olunmasında  əhəmiyyətli  rola  malikdir.  Misal 
üçün  qeyd  edək  ki,  Türkiyədə  suvenir  istehsalının  satışı  yerli  icma 
nümayəndələrinə 3,5 – 4 mln. ABŞ dolları gəlir gətirir. 
Şə
hərsalma  və  arxitektur  abidələrin  antropogen  turizm  ehtiyatı  kimi 
təsnifatında  dekorativlik,  kompleks  ansanbıl  təşkil  etməsi,  tarixi  –  mədəni 
ə
həmiyyət kəsb etməsi və s. nəzərə alınır. 
Müasir  şəhərsalma  nümunələrinə  misal  olaraq  Nyu  –  york,  Los  –  Anceles, 
San – Paula, Reo – de – Janeyro, Osaka, Şanxay, Sidney və s. qeyd etmək olar. 
Bu  şəhərlər  öz  möhtəşəmliyi  ilə  yanaşı,  müasir  tikililəri,  küçə  və  meydanları 
turistləri cəlb edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə