Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   22   23   24   25   26   27   28   29   ...   59

81 
 
Son  illər  tikilən  möhtəşəm  obyektlərə  Azadlıq  heykəli,  Eyfel  qülləsi, 
Kolumbiya çayı üzəridə olan kaskad SES, Sidneydə opera teatrının binası, Sankt 
–  Peterburqdakı  Ermitajın  binası,  Los  –  Anceles,  Sankt  –  Peterburq, 
Yaponiyadakı körpülər və s. turizm əhəmiyyəti kəsb edir. 
Antropogen  turizm  ehtiyatlarından  istifadənin  digər  istiqamətləri 
aşağıdakılardır: 

  Estetik və dərketmə məqsədilə istifadə; 

  Kütləvi ekskursiyalar zamanı istifadə; 

  Vətənpərvərlik məqsədilə ekskursiyaların təşkili; 

  Elmi – təcrübi əhəmiyyət daşıyan ekskursiyalar zamanı istifadə; 

  Xalqın tarixi ilə bağlı olan arxeoloji abidələrin və kurqanların öyrənilməsi 
məqsədilə istifadə; 

  Mədəniyyət və incəsənət abidəsi kimi turizmdə istifadə olunması. 
Ümumiyyətlə  bəzi  komplekslər  maddi  və  mənəvi  obyektləri  özündə 
birləşdirməklə  turizmdə  müxtəlif  məqsədlərlə  istifadə  olunur.  Geniş  həcmli 
mədəni komplekslərə memarlıq nümunələri ilə yanaşı, eyni zamanda xalqın sosial 
- mədəni mühiti, adət - ənənələri, məişət və təsərrüfat fəaliyyəti də daxil edilir. 
Mədəni komplekslər dəyərindən, davamlılığından və həcmindən asılı olaraq 
turizm  sənayesinə  tələbatı  formalaşdırmış  olur.  Mədəni  komplekslər  turizm 
sistemlərinin  normal  fəaliyyətin  təmin  etmək  üçün  insanların  dünya  görüşünün 
artırılmasında,  biliklərinin  çoxalmasında  rol  oynamaqla  yanaşı,  mühitin  estetik 
sərvətlərini artırır, sağlamlıq və müalicə üçün əlverişli şərait yardır. 
Tarixi  –  mədəni  obyektlərin  turizm  xidmətinə  daxil  edilməsinin  digər 
yollarına  daxildir:  turist  –  ekskursiya  marşurutlarına  salınması,  muzeylərə 
səyahət, tarixi ərazilərə ekskursiya, dini ziyarətlər. 
 


82 
 
 
 
Cədvəl 3. Antropogen turizm ehtiyatlarından istifadənin növləri. 
 
Cədvəldən  göründüyü  kimi  antropogen  antropogen  turizm  ehtiyatları  daha 
çox  ekskursiya  və  dərketmə  turlarında  istifadə  olunur.  Bununda  səbəbi 
antropogen  ehtiyatların  çox  funksiyalı  olması  və  turizmin  müxtəlif  növlərinin 
inkişafına təkan verməsi ilə bağlıdır. 
3. 
Dini abidələr tarixi – mədəniyyət abidələrinin tərkib hissəsi olub, onlardan 
istifadə  olunması  din  tarixində  rolu,  istifadənin  xüsusiyyətləri  və  məqsədi  daxil 
edilir. Dinin tarixi hadisələrlə bağlı olan əlamətdar günlərdə istifadə olunur. Dini 
abidələrin  yerləşdiyi  ərazi, onun  tarixi,  əhalinin  mənəvi  tələbatında oynadığı  rol 
və istifadə üçün yararlığı əsas götürülür. İl ərzində 200 mln – a qədər insan dini 
xüsusiyyətlərinə görə seçilir: 

  Müxtəlif  dini  kitablarda  qeyd  olunan  ibadətlərin  yerinə  yetirilməsi  üçün 
mövcud olan dini abidələr (Məkkə, Mədinə). 

  Əsas  dini  ziyarət  yerləri  və  din  tarixində  əhəmiyyətli  yeri  olan  abidələr 
(Ziyarətgahlar, Məryam ananın evi). 
Antropogen 
turizm 
Dərketmə 
turizmi 
Ritual turizmi 
Kənd
 turizmi
 
Memarlıq 
abidələri 
Milli irs 
nümunələri 
Müasir 
memarlıq 
Mədəniyyət 
ocaqları 
Milli irs 
nümunələri 
Mədəniyyət 
ocaqları 
Dini abidələri 
 
Arxeoloji 
abidələr 
Milli irs 
nümunələri 


83 
 

  Tarixi arxutekturası ilə seçilən gündəlik ibadət yerləri (mədrəsə, məscid və 
s.). 
Xristianlıq  abidələri  Avropada,  Yaxın  Şərqdə  daha  çox  yayılıb.  Avropada 
Roma katolik kilsəsinə xristian bayramlarında 500000 yaxın ziyarətçilər gəlir. Il 
ə
rzində Roma katolik kilsəsinə 11 mln yaxın insan ziyarətə gəlir. 
Avropada  digər  xristianlıq  məbədlərində  Parisdə  müqəddəs  Mariya  kilsəsi 
və lurd məbədi daxildir ki, bunlara da il ərzində 3 mln – a yaxın zəvvar ziyarət 
edir.  Qeyd  olunan  xristian  ziyarət  mərkəzi  Romadan  sonra  II  yer  tutur.  Digər 
ziyarət  yerlərinə  Türkiyədə  Məryəm  ana  evi,  Portuqaliyada  Fatimə  məbədi, 
İ
spaniyada  Monserat  məbədi,  Polşada  müqəddəs  Varşava  kilsəsi  və  s.  daxildir. 
Yerüsəlimdə  üzərində  İsa  peyğəmbərin  şəkili  olan  müqəddəs  Pyotr  kilsəsi  yerli 
xristian  yerlərindəndir.  Rusiyada  Nijni  Novqorod,  Moskvada  olan  Provaslav 
kilsələri də dini turizm əhəniyyətinə malikdir. 
Islamda  dini  turizmdə  istifadə  olunan  müqəddəs  yerlərə  Məkkə,  Mədinə 
(Sıudiyyə  Ərəbistan),  Kərbala,  Nəcəf  (İraq),  Qum,  Məşhəd  (İran),  Əfqanistanda 
Məzari Şərif, Yerüsəlimdə olan məscid daha çox ziyarət olunur. İl ərzində 20 – 
30  mln  müsəlman  qeyd  olunan dini  abidələri  ziyarət  edir.  Bununla  yanaşı əksər 
ş
iə mənsəbli müsəlman ölkələrində dini ziyarətgahlar yerli əhəmiyyətli turizmdə 
istifadə olunur. 
Buddizmə  aid  olan  ziyarət  yerləri  Çındə,  Tibetdə,  Hindistanda,  Cənub  – 
Şə
rqi  Asiyada  yayılıb.  Bunlardan  ən  məşhurları  IV  –  V  əsrləri  əhatə  edən-
Nepalda yerləşən Dalay – Lama məbədidir. Bu məbədi il ərzində 1 mln – a yaxın 
buddist  ziyarət  edir.  Tibet  yaylasında  olan  buddist  məbədləri  qeyd  olunan  dini 
təriqətdə ən müqəddəs yerlərdən sayılır. 
Israilin Qüds şəhərində olan iudaizm məbədləri, xristian kilsələri və islamda 
qeyd  olunan  müqəddəs  məsciddə  dini  bayramlar  zamanı  ən  çox  ziyarət  olunan 
ə
razilərdən sayılır. 


84 
 
Iordaniya  və  Suriyadakı  sufist  məbədləri  dini  turizm  məqsədilə  yerli 
ə
halinin,  bəzi  ərəb  ölkələtindən  gələn  müsəlman  turistlərin  istifadə  etdiyi  dini 
abidələrdən sayılır. 
Dini  abidələrin  turizm  məqsədilə  istifadəsi  təkcə  zəvvarlıq  məqsədilə  deyil 
tarixi  memarlıq  abidəsi  kimi  əhəmiyyət  daşıyır.  Buna  görə  də  dini  abidələrdən 
turizm məqsədilə istifadəsin aşağıdakı qruplara bölmək olar: 
 Dini  ziyarətgah  kimi  istifadə  olunması.  Buraya  gələn  insanların  əsas 
məqsədi dini ziyarət olsa da, onlara müxtəlif xidmətlər gpstərilir ki, bu da turizm 
ə
həmiyyəti  kəsb  edir.  Belə  ki,  dini  ziyarətgaha  gələn  zəvvarlara  yerləşmə, 
qidalanma,  müxtəlif  dini  tədbirlərdə  iştirak  üçün  xidmətlərin  göstərilməsi 
daxildir.bununla  yanaşı  dini  ziyarətgahların  turizm  məqsədilə  istifadəsində 
nəqliyyat, kommunikasiya, sosial – mədəni xidmətlərdə göstərilir ki, bu da ölkə 
üzrə  ümumi  turizm  xidmətlərinə  aid  edilir.  Misal  üçün  qeyd  edək  ki,  Səudiyyə 
Ə
rəbistanda zəvvarlıq turizmi ilə məşğul olan şirkətlərin qazanclarının 70 % - dən 
çoxun  müxtəlif  xidmətlərin  göstərilməsindən  əldə  edilir.  Bununla  yanaşı  dini 
turizmin  inkişafı  kustar,  ənənəvi  sənatkarlığın  inkişafına  təkan  vermiş  olur. 
Səudiyyə  Ərəbistanı,  Suriya,  Iran,  türkiyə,  Italiya,  Nepal  və  Hindistanda  dini 
turizmlə  bağlı  ənənəvi  sənətkarlıq  inkişaf  etmişdir.  Bu  da  kiçik  yaşayış 
məntəqələrində  əhalinin  məşğulluğunun  təmin  olunmasına,  yerli  istehsalın 
genişlənməsinə imkan verir. 
 Dini  abidələrdən  tarixi  –  memarlıq  abidəsi  kimi  dərk  etmə  turizmində 
istifadə  olunması.  Bildiyimiz  kimi  dini  abidələr  öz  memarlıq  üslubuna  və 
arxitekturasına görə tarixi – memarlıq abidələri siyahısına daxil edilir. Buna görə 
də  dini  abidələri  dərk  etmə  turlarında  və  səyahətlərdə  istifadə  olunması  geniş 
yayılmışdır. Məsələn: Romaya gələn turistlər katoliqlərin oturduqları binaları və 
Müqəddəs  Piotur  kilsəsin  ziyarət  edirlər.  Buraya  gələn  xarici  turistlərin 
marşurutlarına  şəhərin  dini  ziyarətgahlarının  demək  olar  ki,  hamısı  daxil  edilir. 
Onu  da  qeyd  edək  ki,  Səudiyyə  Ərəbistanında  Məkkə  və  Mədinə  şəhərlərinin 
müqəddəs  dini  ziyarətgahlarına  yalnız  mömin  müsəlmanlar  buraxılır.  Hindistan, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə