Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

70 
 
Mövzu: 6. Sosial – iqtisadi rekreasiya və turizm resursları  
Plan: 
1. 
Turizm ehtiyatlarının sosial – iqtisadi mahiyyəti  
2. 
Sosial-iqtisadi  turizm  ehtiyatları,  onlardan  turizmdə  istifadə 
istiqamətləri 
3.
 Turizmdə əmək ehtiyatlarından istifadənin xüsusiyyətləri 
 
1.
  Turizm  ehtiyatlarının  sosial  –  iqtisadi  mahiyyətinə  ona  olan 
tələbatın  formalaşması,  ehtiyyatların  istifadə  səviyyəsi,  əhalinin 
məşğulluğunun  təmin  olunmasında  roli  və  s.  daxildir.  Turizm 
ehtiyatlarına olan tələbatın formalaşması 3 qrupa bölünür: 
1. Ictimai  tələbat  –  buraya  turizm  ehtiyyatlarından  istifadəsinə 
görə  müxtəlif  sosial  təbəqələrin  maraqlarını  əhatə  edir.  Belə  ki, 
mövcud  antropogen  və  təbii  turizm  ehtiyyatlarının  sosial  maraqlara 
uyğun təmin tələbatı üçün təbii komplekslər mühüm olan digər əhali 
şə
rt kimi qəbul edilir. Əgər əhalinin kütləvi turizm tələbatı üçün təbii 
komplekslər  mühüm  rol  oynayırsa,  müxtəlif  sosial  qruplara  məxsus 
olan digər əhali tələbatlarında 4 kateqoriya ayırmaq mümkündür. 
a) Turizm  ehtiyyatlarından  istifadənin  “Qənaətcil  alıcıları”  belə 
xidmətlərdə ehtiyyatların çeşidi və müxtəlifliyi əsas yer tutur. 
b) Turizm  ehtiyyatlarından  istifadə  edənlərə  istehsalçı  amili. 
Istehsalçı amili istirahətin təşkili ilə bağlı olduğuna görə ehtiyyatların 
keyfiyyəti, mənimsənilmə səviyyəsi özündə əks etdirir. 


71 
 
c) Turizm  ehtiyyatlarından  istifadənin  kütləvi  istirahətçi 
göstəricilərinə  ayrı  –  ayrı  təbii  və  antropogen  ehtiyyatlarından 
istifadənin  daha  münasib  qiymətə  başa  gəlməsidir.  Belə  hal  təbii 
turizm  ehtiyyatlarında  az  olsada,  sosial  –  iqtisadi  turizm 
ehtiyyatlarında qiymətlərin yüksək olması ilə seçilir. 
d) Turizm  ehtiyyatlarının  keyfiyyətinə  üstünlük  verən,  onların 
yığcamlığını  qiymətləndirən  təşkilatçılara  qoyulan  əsas  tələblər 
resursların yayıldığı ərazidən asılıdır. Əksər hallarda bir neçə turizm 
ehtiyatlarının  müəyyən  bir  ərazidə  yığcam  yayılması  ona  olan 
tələbatı artırmış olur. 
2. Qrup  halında  rekreasiya  turizm  ehtiyatlarına  tələbatın 
yaranması əsasən turist qruplarının müəyyən ehtiyatlardan istifadəyə 
görə seqmentləşdirilməsindən ibarət olur. Belə seqmentləşmə sosial – 
iqtisadi amilləri özündə əks etdirir ki, bunlara da daxildir: insanların 
həyat  səviyyəsi  və  gəliri;  xidmət  sahələrinin  inkişafı;  ərazinin 
mənimsənilmə səviyyəsi. 
Qrup  halında  turizm  ehtiyatlarına  tələbatın  formalaşması  təbii, 
psixoloji  və  rekreasion  səbəblərə  görə  dəyişə  bilər.  Bu  baxımdan 
ehtiyatların  reklamı,  hazırki  dövrdə  istifadə  səviyyəsi,  məsafə  amili 
ondan istifadə üçün əsas rola malikdir. 
3. Ayrı – ayrı fərdi tələbatlara görə turizm ehtiyatlarından istifadə 
olunması.  Belə  fərdi  tələbatlar  Milli  Parklara,  arxitektur  abidələrə, 
milli  mədəni  irs  nümunələrinə  aid  ola  bilər.  Fərdi  tələbatlar 


72 
 
rekreasiya  coğrafi  mövqeyi,  digər  turizm  ehtiyatları  ilə  əlaqəsi, 
xidmətlərə görə qiymətlərə və s. təsir göstərir. 
Turizm  ehtiyatlarının  digər  sosial  əhəmiyyətinə  aşağıdakılar 
aiddir: 
 
 Asudə vaxtdan səmərəli istifadə 
 
 Sağlamlığın bərpaedici funksiyası 
 
 Dərketmə funksiyası 
 
 Məşğulluğun təmin olunması 
 
 Ekoloji maarifləndirmə. 
2. Sosial-iqtisadi turizm ehtiyatları 
Sosial  iqtisadi  turizm  ehtiyatlarına  daxildir:  iqtisadi  coğrafi 
mövqeyi,  nəqliyyat  xətlərinə  görə  təminat  səviyyəsi,  iqtisadi  inkişaf 
səviyyəsi, təminat və əhalinin  məşğulluğu, daxili və xarici turizmdə 
istifadə  olunma  imkanları,  xidmətin  səviyyəsi.  Iqtisadi  coğrafi 
mövqeyin xarakterik xüsusiyyətlərinə ehtiyatların yerləşdiyi ərazinin 
mənimsənilmə səviyyəsi daxildir. 
Nəqliyyat  xətlərinin  təminat  səviyyəsi  isə  hər  kv  km  -  ə  düşən 
nəqliyyat  xətlərinin  sıxlığı,  turizm  ehtiyatlarının  mövcud  nəqliyyat 
xətlərinə yaxınlığı əsas götürülür. 
Ə
mək  resursları  amili  ərazidə  əhalinin  məşğulluq  səviyyəsi  ilə 
yanaşı onların xidmətin mədəniyyəti, qonaqpərvərlik imkanları daxil 
edilir. 
3.
  Turizmdə  əmək  ehtiyatlarından  istifadə  turistlərə  xidmət 
göstərən  personal  heyyəti  ilə  yanaşı,  yerli  icmalardan  mövsümi  və 


73 
 
ilboyu xidmətdə istifadə olunmasıdır. Əmək ehtiyatlarından turizmdə 
istifadənin aşağıdakı istiqamətləri mövcuddur: 
 
 Turistləri  yerləşdirmə  müəssisələri.  Buraya  yerləşmə 
müəssisəndə xidmət göstərənlər, iaşə xidmətində çalışanlar daxildir. 
 
 Turizmdə  menecment  fəaliyyəti  və  dolayısı  yola  turizm 
fəaliyyətinə cəlb olunanlar. Menecment fəaliyyəti turizm şirkətlərinin 
idarə  edilməsindən,  bu  sahədə  elmi  tədqiqat  müəssisələrində 
çalışanlardan  ibarət  olur.  Dolayısı  yolla  turizmə  xidmət  edən 
müəssisələrinin  personal  heyətində  əmək  ehtiyatları  kimi  sosial  – 
iqtisadi turizm ehtiyatı sayıla bilər. 
İ
nsan ehtiyatlarının turizm sənayesində istifadə olunmasının ikili 
xarakteri  vardır.  Bunlardan  birincisi  əmək  ehtiyatları  turizm 
sənayesini  hərəkətə  gətirən  vasitə  kimi  meydana  çıxır.  İkincisi  isə 
insan  ehtiyatları  turizm  məhsulunun  alıcısı  funksiyasını  yerinə 
yetirməsidir. Buna görə də turizm sənayesində əmək ehtiyatlarından 
istifadə onların göstərdiyi xidmət sahələri üzrə qruplaşdırılır. Belə ki, 
iaşə  müəssisələrində  mövsüm  dövrü  olmadıqda  belə  yerli  əhaliyə 
xidmətlər  göstərilir,  bu  da  əmək  ehtiyalarından  turizmdə  istifadəyə 
uyğundur.  Turizm  mövsümündə  isə  onların  fəaliyyəti  aktivləşərək 
daha geniş xidmət sahələrin əhatə etmiş olur. 
Buna görə də əmək ehtiyatlarından turizmdə istifadə mövsümlər 
üzrə  müxtəlifləşir.  Belə  ki,  istirahət  mərkəzlərində  turist  tipli 
otellərdə (iki və üç ulduzlu olur) istirahət mövsümündə hər 10 turistə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə