Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   36   37   38   39   40   41   42   43   ...   59

128 
 
heç  də  kortəbii  baş  vermir.  Reklamın  xüsusi  lisenziyası  olmalıdır.  Reklam 
xərcləri  material  xərclərinə  və  reklam  ediləcək  obyektlərə  verilən  haqqlarla, 
ödəmələrlə baş verir. Hər bir müəssisə öz məhsulunu yaymaq üçün müəyyən xərc 
çəkir  və  xərcin  hesabında  onun  effekti  formalaşır.  Təcübə  göstərir  ki,  reklam 
xərcləri turizmin məhsulunun maya dəyərinə oturur və bu xərcin dəyişməsi tələb 
və  təklifdən  asılıdır.  Reklamin    əhatə  dairəsi  nə  qədər  çox  olarsa,  nə  qədər 
informasiya  yayılarsa  bir  o  qədər  seçim  üçün  xərclər  çoxalar.  Bu  da  gəliri 
formalaşdırır.  Buna  görə  də  turistlər  turizm  reklam  bazarında  onun  şəraiti, 
göndərişlərin  qiyməti,  kommunikasiya  və  digər  şəraitlərlə  tanış  olur  və  özünə 
turizm obyektlərinə uyğun xərcləri seçir. Turizmin gəliri xalis gəlirdir. 
    Turizmin  xərclərində  maddi  və  reklam  xərcləri  də  öz  əksini  tapır. 
Reklamdan  gələn  gəlir  reklam  təşkilatının  gəliridir.  Reklam  xərclərini  aşağı 
salmaq, artırmaq turizm mənfəətini maksimumlaşdırmağa, artırmağa imkan verir. 
Reklamın  təşkili  informasiya  bazasından  asılıdır.  Hər  bir  turist  müəssisəsinin 
mülkiyyət formasından asılı olaraq onun xarakteristikası, qiyməti və həmin turist 
müəssisəsinə    getməyin,  gəlməyin  şərtləri  elektron  variantda  verilir.  Hər  bir 
reklamın qiyməti ona çəkilən xərclərdən asılı olaraq formalaşır. 
    Reklam  bazarı  turizm  bazarına,  xidmət  bazarına,  sahə  strukturuna 
malikdir.  Xalis  reklamçılar  bazar  münasibətləri  şəraitində  özünün  maliyyə 
resurslarının göstərdiyi xidmətdən yaradır.  Sifarişçilər isə həmin bazara çıxmaq 
üçün özlərinin fəaliyyət dairələrini layihələşdirib reklam bazarında əldə etdikləri 
maraqlara uyğun addımlar atırlar. 
    Reklamın  təşkili  və  idarə  olunması  hər  bir  turist  müəssisəsinin  xüsusi 
vəsaitləri  hesabına  da  baş  verir,  amma  bu  xərclər  məhduddur,  çünki  birbaşa 
xərclərdən  fərqli  olaraq  bu  xərclər  dolayısı  xərc  strukturuna  daxildir.  Hər  bir 
turistin aldığı turist xidməti onun məqsədinə tam cavab verdikdə, o reklamçı kimi 
öz ətrafına yeni müştərilər toplayır. 


129 
 
    Reklam  əhalinin  ictimai  vəziyyətini,  onların  iqtisadi  imkanlarını,  təhsil 
səviyyəsini,  həyat  tərzini  öyrənməklə  real  şəraitə  uyğun  həyata  keçirilir. 
Reklamın təşkilində dövlətin rolu vacibdir. 
Bu  gün  turizm  sənayesində  informasiya  texnologiyalarından  geniş  istifadə 
olunur.  Oteldə  kompüter  sistemi  qonaqların  təhlükəsizliyini  qoruyur, 
mehmanxananın müştəri bazasını genişləndirir və bir çox marketinq məsələlərinin 
həllini tapmağa imkan verir. 
Bu  gün  turizm  sənayesi  kompüterləşməyə  keçib  və  ilk  növbədə  bu  o 
deməkdir ki, kompüterləşmə turizm sənayesində bütövlüklə iş prosesini dəyişdirir 
və tədricən kompüterlərin vasitəsilə bütün mühüm məsələlər həll olunur. İkincisi, 
kompüterləşmə  prosesi  əlavə  vəsait  tələb  edir  və  çox  bahadır.  Üçüncüsü, 
kompüterləşmə  əməyi  yüngülləşdirməyə  xidmət  edir.  Kompüterləşmə  prosesi 
müxtəlif  ölkələrdə,  müxtəlif  müəssisələrdə  müxtəlif  cür  baş  verir.  Bu,  ölkənin 
iqtisadi və turizm sənayesindəki vəziyyətindən, müəssisənin rəhbərliyi tərəfindən 
problemlərin  başa  düşülməsi,  müəssisənin  maliyyə  durumunun  və  ixtisaslaşmış 
kadrların mövcudluğundan asılıdır. 
Turizm  sənayesində  kompüterləşmə  prosesi  başqa  sahələrə  nisbətən  gec 
başlayıb.  Bir  çox  sahələrdə  kompüterləşmə  1960-cı  ildə  başlamışdır.  Turizm 
sənayesi avtomatlaşdırma imkanlarından 1970-ci ilin əvvəlinədək geniş miqyasda 
istifadə  etmirdi.  Kompüterləşmənin  gec  tətbiq  olunması  turizm  sənayesi 
müəssisələrinin  daha  az  vəsaitlə  daha  mükəmməl  kompüter  texnologiyalarını 
almağa imkan verdi.
 
Beynəlxalq  turizmin  təşkil  olunmasında  müasir  səviyyəli  informasiya 
texnologiyasının  rolunun  aydınlaşdırılması  və  tətbiqinin  öyrənilməsi  maraq 
doğuran 
məsələlərdəndir.Beynəlxalq 
turizmin 
inkişafında 
informasiya 
texnologiyasının  rolu  isə  turizmin  bir  sıra  səciyyəvi  xüsusiyyətləri  ilə  daha  da 
ə
həmiyyətlidir.  Bu,  turizm  xidmətinin  daşınılmaz  olması,  onun  təşkil  olunması 
üçün geniş informasiya-reklam tədbirlərinin aparılmasının vacibliyi və s. ilə izah 
olununr.  Bundan  başqa  turizm  biznesinin  müəyyən  dərəcədə  mövsümi  xarakter 


130 
 
daşıması,  movsümlərin  qızğın  çağında  kütləvi  turist  tələbatının  həddən  artıq 
yüksəlməsi,  turistlərin  tələbatlarının  ödəniləməsi  üçün  turizm  müəssisələrindən 
ə
lavə digər çoxlu sayda müəssisələrin də bu işə cəlb olunması da burada etibarlı 
və  sürətli  informasiya  mübadiləsi  zərurətini  ortaya  qoyur.  Kompüter 
texnologiyasının və sürətli  informasiya  mübadiləsinin  tətbiqi  turizmin  təşkilində 
aparıcı rola malik olan   turoperatorların fəaliyyətinə təsir edir.  
Təşkilati cəhətdən istənilən turizm müəsisəsinin informasiya texnologiyaları 
ilə  təchiz  olunması  ənənəvi  olaraq  qəbul  edilən  müəssisə  ofisinin 
avtomatlaşdırılmasından əlavə yerli elektron şəbəkə və elektron sənəd dövriyyəsi, 
habelə  yol  biletləri  və  otel  nömrələrinin  əvvəlcədən  sifariş  olunmasına  qədər 
istənilən  miqyyasda  həyata  keçirilə  bilər.  Əgər  müasir  səviyyəli  informasiya 
texnologiyasının  istifadə  olunmasının  struktur  sxeminə  nəzər  salsaq,  burada  üç 
səviyyənin- müəssisədaxili, müəssisələrarası və interaktiv informasiya əlaqəsinin 
yaradılmasını misal göstərmək mümkündür.  
4.
Müəssisədaxili  səviyyədə  informasiya  texnologiyasınıın  tətbiqi  turizmlə 
məşğul olan müəsisənin profilindən və işinin həcmindən asılı olarq dəyişilə bilər. 
Burada əsas məsələ turizm xidmətinin göstərilməsi zamanı alınan informasiyanın 
qəbul  edilməsi,  işlənib  hazırlanması,  və  mühafizə  olunmasıdır.  Müəssisədaxili 
belə  informasiyanın  (mühasibat,  marketinq  və  s.)  işlənib  hazırlanması  üçün 
müasir  səviyyəli  komputerlər,  informasiyanın  verilməsi  və  qəbul  edilməsi  üçün 
avadanlıqlar tələb olunur. Bundan əlavə turizm müəssisəsində tətbiq olunan digər 
elektron tipli informasiya texnologiyası və onların müəssisədaxili yerli şəbəkədə 
(intrenet)  fəaliyyət  göstərmək  imkanının  olması  həmin  müəssisənin  struktur 
bölmələri  arasında  operativ  əlaqə  yaradılması,  habelə  mühafizə  olunan 
informasiyaları əldə etmək üçün maneələrin ortadan qaldırılması baxımından çox 
ə
həmiyyətlidir.  İnformasiya  texnologiyasının  turizm  biznesində  tətbiq  olunması 
müəssisələrarası şəbəkədə birgə istifadə formasında da geniş yayılmışdır.  Bu cür 
informasiya şəbəkəsinin istifadə olunması ilə müəssisədə idarəetmə işlərini xeyli 
sadələşdirmək, 
turların 
təşkili 
prosesini 
təkmilləşdirmək, 
maliyyə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə