4
MRMG №21
Human Rights Monitoring Group of Ethnic Minorities
M
üvəkkil
ən “Müvəkkil” qəzetinin sentyabr
nömrəsində dərc olunan Mirzə
Məmmədoğlu Maşovun “Çələbilər
və yaxud onun başqa cür anlanıl-
ması barəsində düşüncələr” adlı yazısına
cavab olaraq bu yazımı qələmə aldım. Bil-
dirim ki, mən müəllifin çağırışına cavab ver-
mək və onun əsaslandırılmayan, həmçinin
tariximizin əksinə olan faktlar barədə fikir-
lərimi oxuculara çatdırmaq qərarına gəldim.
Bəli, Azərbaycanlıların Mədəniyyət Mərkə-
zində mənim yazdığım “Çələbilər” poema-
sının təqdimatı keçirilib. (Bəs harda keçi-
rilməliydi?) Təqdimat zamanı əvvəlcədən
kitabımı oxuyan oxucular öz ürək sözlərini
söylədilər və mənim sevə-sevə qələmə al-
dığım poemamı təriflədilər. Təqdimatda yal-
nız sən mənfi fikir bildirdin və cavabını isə
mən yox, tədbir iştirakçılarının özləri ver-
dilər. Çünki hər bir oxucunun özünün fikir
bildirmək hüququ var. Və sən yəqin etdim
ki, bundan çox incidin və yazdığın məqalə-
də də bunu bildirmisən. Mən həmin görüşdə
bir müəllif kimi hamını dinləməyə qərar ver-
mişdim və hörmətlə hamını, həmçinin səni
də dinlədim. Sən isə işlədiyin Gürcüstan
“Xəbərlər” proqramı üçün məndən kitabım
barədə açıqlama aldın və sonra mənə zəng
etdin ki, xəbəri verdim. Mən heç o verilişə
baxmadım da! Çünki mənim vaxtım olmadı
baxmağa.
Sən, Mirzə Maşov məqaləndə yazırsan ki,
Çələbilər heç də mühüm mövzu deyildir.
Belə olan təqdirdə bəs sən Mirzə Maşov bu
mövzuya niyə girişmisən? Sən o poemanı
yaxşı oxusaydın, bilərdin ki, bu əsər bədii
təxəyyülün məhsuludur. Sən köçürüb oxu-
culara sırıdığın və saxtalaşdırdığın tarixi
hadisələr deyil. Sənin yazdığın məqalələr-
də verdiyin fikirlər sənin deyil! Sən o kitab-
dan-bu kitabdan köçürüb deyirsən ki, mən
də varam. Artıq bir ildir ki, “Gürcüstan” qə-
zetində sənin köçürüb, guya tərcümə etdi-
yin və oxuculara heç nə verməyən “Nizami
əsri” adlı yazı boş yerə qəzetdə yerləşdiri-
lir. Bu cəfəngiyyatı oxuyanlar çox azdır və
sənin özün də bir dəfə jurnalistlərin yığın-
cağında bunu mənə etiraf etdin. Mən sənə
araşdırmaçı və tarixçi deməzdim. Axtarış
odur ki, görkəmli tarixçi, professor Kərəm
Məmmədli, professor Şurəddin Məmmədli,
professor Mahmud Kamaloğlu və başqaları
kimi günlərlə kitabxanalarda çalışasan, elmi
axtarışlar aparasan, amma sənin axtarışla-
rın elmi deyil, onun-bunun yazdığını gürcü
dilindən köçürüb, özü də çox zəif şəkildə
tərcümə edərək qəzetlərdə yaymaqdır. Sə-
nin məqalələrinə isə “görkəmli araşdırmaçı
jurnalist (?!) və yaxud filoloq» sözü yazma-
salar möhkəm inciyirsən və başlayırsan
nifrət dolu dişlərini ona-buna qıcamağa və
hədə-qorxu gəlməyə.
Onu bil ki, Çələbilər nəsli görkəmli nəsil ol-
masa, tarixə düşməzdi. Bu mənim birinci
fikrim. İkinci fikrim odur ki, Çələbilər kəndi
hansısa xəstəlikdən tamamilə məhv olub
və olan-qalan insanlar isə Dəmirçihasanlı
(7 kənddən ibarət nahiyə) və digər Borça-
lı kəndlərinə köçüblər və ölən insanları isə
yenə köhnə qaydada Çələbilər qəbiristanlı-
ğında dəfn ediblər. Mən və yaxud sən kim-
sən ki, bu böyük nəsil haqqında fikir yürüdü-
rük. O qəbiristanlıq həm Çələbilər, həm də
eşitdiyimə görə, Xaccaoğlular qəbiristanlığı
adlanır. Ola bilər ki, həmin qəbiristanlıqda
yalnız Çələbilər deyil, başqa nəsillərin də
qohum-əqrəbaları uyuyur. Son sözü tarix-
çilər deməlidr. Mənim yazdığım əsər isə
yenə qeyd edirəm, təxəyyülümün məhsu-
ludur. Orada tarix olmaya da bilər. Kimsə
keçən dövrlərdə Çələbilərin əleyhinə mənfi
fikirlər yazıb deyə sən indi onları mənbə kimi
misal gətirirsən? Kiminsə içkili vəziyyətdə
yazdığı sözün ucundan tutub uzaqlara ge-
dirsən. Tarix isə belə səhvləri bağışlamır!
Onu da deyim ki, sənin yazdığın bəzi əsas-
sız mənbələrin hamısı vaxtilə Azərbaycan
ilə düşmənçilik mövqelərdən əmələ gələn
fikirlərdir. Sən də bu alayarımçıq fikirlərə
əsaslanaraq Borçalı tarixini saxtalaşdırma-
ğa çalışırsan. Onu bil ki, düzgün mövqe tut-
mayıbsan. Bir qələm sahibi ki, öz millətinin
tarixinə barmaqarası baxırsa, ona mən yox,
gələcək nəsillər nifrət bəsləyəcək və lazımi
qiymət verəcək. Bəli, Çələbilər bütün dün-
yanı bürüyüb. Bu barədə mənbələr istənilən
qədərdir. Sən də bunu bəzi mənbələrlə təs-
diq edirsən. Yazırsan ki, “Hacı Çələbi xan
öz oğullarından birini, Ağakişi bəyi Qazax
və Borçalıya hakim təyin edir. Belə ki, Hacı
Çələbi xan oğlu Ağakişi bəy Borçalı və Qa-
zax hakimi təyin olunduğundan bir müddət
bu tərəflərdə yaşayardı və şübhəsiz, onun
nəslindən olanlar, yəni Çələbilər Qazaxa
yaxın olan, Borçalının əsas ticarət yolunun
kənarında yerləşən bu qəbiristanlığın bir
guşəsində dəfn oluna bilərdi.”
Bu yazdığın fikirlərlə sən təsdiqləyirsən ki,
Borçalıda Çələbilər qəbiristanlığı var. Daha
nə istəyirsən? Hələ burda məşhur Damğaçı
düzü də və bu düzdə «Kənd yeri» adlı topo-
nim də var, deyildiyinə görə bu yer Çələnli
kəndinin xarabalıqlarıdır və burda Çələnli
və yaxud Çələbi yolu da var və vaxtilə bu-
radan İpək Yolu keçib! Çələnli nəsli hazırda
qədim Təkəli kəndində də mövcuddur. Bəs
bu tarixi adları niyə çəkmirsən? Çələbilər
haqqında çoxlu mənbələr mövcuddur. Mir-
zə Adıgözəl Bəyin “Qarabağnamə” və A. A.
Bakıxanovun “Gülüstani-İrəm” əsərlərində
və “ Sbornik materialov dlya opisaniya Tif-
lisskoy qubernii” (1870, səh 158.) nəşrində
faktlar var.
Məqaləndə birdən Qırmızı Körpü məsələ-
sinə qayıdırsan. Aşığın sözü olmayanda
neynim-nüynim deyən kimi sən də yazını
uzatmaq xatirinə birdən Qırmızı Körpünü
gürcü memarları tərəfindən tikildiyini yazır-
san: “Gürcü tarixçi Platon İoseliani 1850-ci
ildə yazırdı: «Qədim şəhər (Xunan -M. M.)
yaxınlığında çar Rostom (Xosrov Mirzə
-M. M.) 1640-cı ildə memarlığı indiyədək
səyyahları təəccübləndirən daş körpü inşa
etmişdir. O, «Qırmızı körpü» adı ilə tanı-
nır». «Qırmızı körpünün inşasının başa
çatdırılmasından sonra çar Rostom körpü
həndəvərlərində yolüstü yaşayış məntəqə-
si salmaq qərarına gəlir. Onun sakinləri
körpünü qorumaq, eləcə də səyyahlara və
ticarət karvanlarına xidmət üçün nəzərdə
tutulmuşdu. Bu məqsədlə buraya Güney
Qafqazın müxtəlif rayonlarından kəndlilər
köçürülmüşdür. Onların məskunlaşdığı yer
Körpü kənd adlanmışdır. 1860-cı ildə bu
yerə gələn professor B. Dorn məlumat ve-
rir: «Xram çayı üzərində salınmış körpünü
ruslar Qırmızı körpü adlandırır; gürcülər
isə Qatexili xidi (yəni sınıq körpü), - orada
mövcud olan Körpü kənd tamamilə yox ol-
muşdur». Körpüdə durumun ağır olduğuna
görə burda yeni məskunlaşan əhali başqa-
başqa yerlərə pənah aparmışdır. Şübhə-
siz, çar Rostomun qərarı ilə orada kəndin
salındığı məlumdur və qəbiristanlıq da ora-
da qalıb. Bayaq dediyim kimi, Ağakişi bəy
Hacı xan Çələbi oğlunun özünün və yaxud
da qohumlarının burada da, yəni qəbirista-
nılığın bir guşəsində dəfn olunması istisna
olunmur. Bu guşənin Çələbilər adlandırıl-
ması mümkündür. O da yox ki, bütün qə-
biristanlıq. Yəni harda Çələbilər var idisə,
ölənə yaxın gəlib burdamı dəfn olunub və
yaxud burda dəfn olunmalarınımı vəsiyyət
edib. Onu da qeyd edim ki, Hacı Çələbinin
dəfn olunduğu yer məlum deyildir. Bu yerdə
onu da qeyd edim ki, alicənab adını daşıyan
çələbilik, eyri zamanda dərvişliliyi də əhatə
edib. Müəyyən bir dövrlər tərki vətən, cəle-
yi-vətən olan dərvişlər başqa-başqa yerlər-
dən biz tərəflərə də üz tuturdular. Biz tərəf-
lərə təşrif buyuran ilan gəzdirən və yaxud
ilan oynadan dərvişləri mən yaşlılardan çox
eşitmişəm. Bu dediklərimdə müəyyən mə-
nada çələbiliyin də əhatə olunmasına şübhə
yoxdur.... D. E. Zubarov yazır ki, körpünün
inşası üçün ... fəhlələr pulla tutulmuşdu: -
ordakı sakinlərdən heç nə tələb olunmurdu,
təkcə Qazax və Borçalı distansiyasının hər
bir erməni kəndindən bir ailə gətirilərək bu
körpünün önündə yerləşdirilmişdi. Onlar
həmin fəhlələri yedirib yatırırdılar. Həmin
ailələr kəndi təşkil etmişdi ki, onun da adı
Körpülü (tatar sözü körpüdən - most) (???)
adlanırdı. Körpünün inşası başa çatandan
sonra çar tərəfindən fəhlələrə baxan Q. Ya-
digarova bağışlanmışdır - onun indiki sakin-
ləri kəndin əvvəlki adını saxlayaraq Borçalı
dağlarında məskunlaşmışdır».
D.E. Zubarov kim idi ki, Borçalıda yaşayan
əhalini tanısın. O illərdə erməni deyilən
millət Borçalıda demək olar ki, yaşamırdı.
Yaşayırdısa, bəlkə çox az miqdarda yaşa-
yırdılar. Fikrimcə, Borçalını tanımayan D.E.
Zubarova necə inanmaq olardı. Əfsuslar
olsun ki, sən bu əsassız sözlərə mənbə de-
yirsən!..
Hətta yazırsan ki, “Körpülü kəndi Sadaxlı
kəndi yaxınlığında dağların ətəyində yer-
ləşən, sonralar Ermənistanın tərkibinə daxil
edilən Körpülü kəndinin sakinlərinin məhz
elə buradan getdiyini imamla demək olar.”
Sənin inamın faktlara əsaslanmır. Fakt isə
budur ki, Körpülü kəndi Sadaxlıdan və Qır-
mızı Körpüdən təxminən 30-35 kilometr
uzaqlıqda yerləşir və orada ermənilər yox,
türklər (azərbaycanlılar) yaşayıb və 1989-
cu ildə ermənilər onları tarixi dədə-baba
yurdlarından qovublar.
Sənin yazdığın cümlələrdən belə başa düş-
mək olar ki, Qırmızı Körpünü erməni inşa
edib? Yazdığından belə çıxır ki, Qırmızı
Körpünü ermənilər qoruyurmuş?!! Kimisə
yedizdirirlərmiş?!!! Vallah, çox təəccüblən-
məyim gəlir! D.E. Zubarovun cəfəngiyyat
dolu fikirlərindən istifadə edib mətbuatda
yazmağın düşmən dəyirmanına su tökmək-
dir. Bəs nə üçün düşüncələrini yazanda
Azərbaycan tarixinə və yaxud ərəb mən-
bələrinə müraciət etməyibsən?
Elə indi də elə “tarixçilər” var ki, Ermə-
nistan-Azərbaycan-Dağlıq Qarabağ mü-
naqişəsi zamanı tariximizi saxtalaşdırmaqla
məşğuldurlar. Bunu biz həmişə oxuyuruq.
Fakt isə budur ki, memarlıq abidələrimi-
zin tacı hesab olunan Sınıq Körpü (Son-
ralar-Qırmızı körpü) Qazax-Tiflis yolunda,
Xram (Təpədöy) çayı üzərində qurulub.
Hal-hazırda Gürcüstanla Azərbaycan ara-
sında olan dövlət sərhədi məhz burdan
keçir. Abidə XII əsrdə Atabəy hökmdarı
Məhəmməd Cahan Pəhləvan zamanında
tikilib. Dörd aşırımlı (aşırımların uzunluğu -
8,2 m, 16,1 m, 8 m, 26,1 m) körpünün ümu-
mi uzunluğu 175 metrdir. Sahildə eni 12,4
m, keçid hissədə isə 4,3 m. Başdan-başa
bişmiş kərpiclə üzləşmiş abidə buna görə
də “Qırmızı körpü” adını alıb. Sahil dayaq-
larında vaxtilə karvanların gecələməsi üçün
geniş otaqlar var (sol sahilində 168 kv.m,
sağ sahilində 116 kv.m). Belə iri karvan-
saların olması körpünün karvan yollarında
böyük əhəmiyyət daşıdığını göstərir. Qır-
mızı körpü üslub cəhətdən qədim Gəncə,
Xudafərin, Marağa və Ərdəbil körpüləri ilə
eyniyyət təşkil edir. Hətta Türkiyədə də bu
körpüyə oxşar belə bir körpü var.
Xalq arasında bu körpüyə Sınıq körpü də
deyilir. Lakin Qırmızı körpüdən daha qədim
olan tarixi Sınıq körpü çay axarı ilə 100 metr
aralıda yerləşirdi. Gümana görə o Qafqaz
Albaniyası dövründə (V əsr) inşa edilib. Ti-
kiləndən uzun illər sonra körpünün tacı, daş
çatmasının biri sınır. O vaxtdan adı Sınıq
körpü qalıb. Zaman içərisində dağılan kör-
pünün qalıqları indi də bilinir. Yaxınlıqdakı
məşhur Qırmızı körpü ilə birlikdə ikisinə
Qoşa körpü adını veriblər. (Mən bu mənbə-
ni Qazax.net saytından götürmüşəm, baxa
bilərsən.)
Bu körpüyə görkəmli Azərbaycan şairi Os-
man Sarıvəlli şeir də yazıb:
Xram bir köhləndir, yalmanı dümağ,
Köpüklər qaynayır qıvrım telində.
Baxın, uca tağlı Qırmızı Körpü
Bir qızıl yəhərdir onun belində.
Onu da bildirim ki, Azərbaycan tarixçiləri
qeyd edirlər ki, sənin də adını çəkdiyin çar
Rostom (Rüstəm xan) Şah Abbasın tərbiyə-
si ilə böyüyüb. O,Tiflisdə içki içməyi qada-
ğan eləyib və mömin şiə kimi Qumda dəfn
olunub. Rüstəm xan özünü heç gürcü say-
mayıb. Qırmızı Körpü XVII əsrdə Şah Ab-
FAKTLARA ƏSASLANMAYAN İNAM....
MİRZƏ MAŞOVA MƏKTUB...