|
MüASİr təLİm texnologiyalarinin təTBİQİNƏ Əsaslanan yeni MƏzmunlu təHSİl problemi
|
səhifə | 6/6 | tarix | 28.11.2023 | ölçüsü | 213,46 Kb. | | #133502 |
| 2 AYƏTXAN Məqalə PEDAQOJİ3. İnkişafetdirici təlim prinsipinin tətbiqi zamanı təlim inkişafı qabaqlamalı (L.S.Vıqotskiy), uşağın “qarşıdakı (yaxın) inkişaf zonasına” yönəldilməlidir. Yəni təlim uşağın özünün müstəqil fəaliyyətinin, yaxud böyüklərin köməyi nəticəsində aşkarlanan bilik və bacarığını üzə çıxarmaq imkanlarına istiqamətlənməlidir;
4. “Qabaqlayıcı təlim” prinsipi zamanı təlim cəmiyyətin inkişaf təmayüllərini əks etdirməli və yeni nəsilləri gələcək həyat üçün hazırlamalıdır;
5. Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi ictimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla təlim proqramlarının məzmununun və tədris planlarının qurulmasının, eləcə də təlim-tərbiyə prosesinin təşkilinin və pedaqoji texnologiyaların seçilməsinin müntəzəm təzələnməsini,
6. Əməkdaşlıq prinsipi “müəllim-şagird-valideyn” münasibətində onların tərəf-müqabili kimi iştirak etməklərini,
7. Dialoji təlim prinsipi isə məsələlərin birgə həlli gedişində özünün və qrup yoldaşlarının fikirlərini, imkan və təcrübələrini müəyyən etməkləri və bundan faydalanmaları məqsədilə şagirdlərin hamısının müzakirələrdə və qrupun işində fəal iştirakının təmin edilməsini nəzərdə tutur.
NƏTİCƏ
Yekun olaraq bu qənaətə gəlmək olar ki, Yeni Təlim Texnologiyaları cəmiyyət üçün şəxsiyyət formalaşdırılması işində yaddaşa yox, təfəkkürə əsaslanır. Yeni təlim texnologiyaları ilə müstəqil şəkildə bilik əldə edən təhsilalanın nəinki təfəkkürü, yaradıcılıq qabiliyyəti də formalaşıb inkişaf edir. Müsbət nəticə əldə etmək üçün, hər haldan öncə, öyrənənlər maddi-texniki resurslarla təmin olunmalı, onlar üçün müasir tələblərə cavab verən öyrədici mühit yaradılmalıdır. Belə olan halda Yeni Təlim Metodları öyrənənin mənimsəmə qabiliyyətini yüksəldər, yaddaşını itiləyər, onda hazırcavablıq qabiliyyəti formalaşdırar, onu ayıq-sayıq olmağa, baş verənlərdən düzgün nəticə çıxartmağa, nəzəri cəhətdən öyrəndiklərini həyatda tətbiq etməyə hazırlayar.
İSTIFADƏ OLUNAN ƏDƏBİYYAT
1. “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı”. 19 iyun 1999-cu il.
2. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R. Pedaqoji texnologiyalar. Bakı-2006.
3. Nəzərov Akif. Müasir təlim texnologiyaları (mühazirə xülasələri). Dərs vəsaiti. Bakı-ADPU-2012.
4. “Təhsil haqqında” AR Qanunu.
5. “Yeni təlim texnologiyalarının prinsipləri”. Dərslik. Bakı-2016.
Dostları ilə paylaş: |
|
|